Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2041/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X7 nümayəndəsi X3 Şikayət verən şəxs - X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilməsi barədə elektron qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsi X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24724899 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli EQ24724899 nömrəli elektron qərarla Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində etibarnamə ilə idarə etdiyi “Mercedes” minik **-OR-*** dövlət nömrə nişanlı avtomobillə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirirəm ki, o inzibati xəta törətməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsinin tələblərini pozmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixli EQ24724899 nömrəli onun barəsində inzibati tənbeh tədbiq edilməsinə heç bir əsas olmamışdır. xx.xx.2025-ci il tarixli EQ24724899 nömrəli dövlət nömrə “Mercedes Benz 240” 90OR696 nişanlı avtomobillə bağlı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 şikayətini müdafiə edərək, avtomobili saxladığı ərazidə ddayanma durma işarəsinin ağacın altında olduğunu və onu görmədiyini bildirmiş və Bakı şəhər Baş Polis İdarəsi X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilməsi barədə elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Baş Polis İdarəsi X7 Polis İdarəsinin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, şikayətçi X1 idarə etdiyi “Mercedes Benz 240” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi inzibati xətaların aşkar olunması və sənədləşdirilməsi zaman hüquqazidd hərəkətlər müəyyən edilməmişdir. Foto şəkillərdən də aydın olur ki, avtomobil qadağan olunmuş ərazidə saxlanılmışdır. Müvafiq sənədləri məhkəyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmədə tədqiq edilən Bakı şəhər Baş Polis İdarəsi X9 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilməsi barədə elektron qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən aydın olur ki, avtomobilin saxlanıldığı ərazidə avvtomobilləri saxlanması üçün ayrılmış yerlər olduğu müəyyən edilmir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Lakin, X2 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X2 Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsində dayanma qaydalarını pozmuşdur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. O, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə qərar mövcuddur. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər Baş Polis İdarəsi X9 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ24724899 nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsi X9 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ24724899 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin olunmasın, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2041/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2041/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver