Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2042/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 22 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 149 Q küçəsində yerləşən xx.xx.2023-cü il tarixdə BRİNGLY” MMC tərəfindən bağlamaların öncədən bəyan edilən müddətdə çatdırılmamış, bununla iş keyfiyyətli yerinə yetirilməmişdir. Protokolu tərtib etmiş şəxs və BRİNGLY” MMC-yə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, protokolu tərtib edən və hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada təhbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə xx.xx.2023-cü il tarixdə vət. X2 daxil olmuş müraciətindən görünür ki, Vətəndaş öz müraciətində bildirmişdir ki, xx.xx.2023cü il tarixində “bringly.az” daşımacılıq şirkəti vasitəsilə Türkiyədən 3370.79 TL dəyərində mal gətirilməsini sifariş etmişdir. Sifariş ləğv olunduğu üçün ödədiyi məbləğ daşıamacılıq şirkətindəki şəxsi hesabda qalmış və ona pul məbləğ geri qaytarılmamışdır. Vət. X1 xx.xx.2023-cü il tarixində “Bringly.az” şirkəti (ünvan: Bakı şəhəri, Ağa Neymətulla küçəsi 49, əlaqə nömrəsi; **********) vasitəsi ilə ABŞ-dan vitamin gətirilməsini sifariş (müştəri kodu: ********) etmişdir. İddia etdiyinə görə, bu qədər müddət keçməsinə baxmayaraq, mal çaldırılmamış, şirkətlə də əlaqə saxlamasına baxmayaraq, problem indiyədək həlimi tapmamışdır. Vət.X4 2023-cü il may ayının ortalarında Şəxs daşımaçılıq şirkəti (ünvan: Bakı şəhəri. Ağa Neymətulla küçəsi 49 Q, əlaqə nömrəsi: **********) vasitəsi ilə ABŞ-dan 1 ədəd idman ayaqqabısı gətirilməsini sifariş (müştəri kodu: ********) etmişdir. İddia etdiyinə görə, sifariş zamanı malın çəkisi doğru hesablanmamış, bağlamanın çəkisi deyil, sırf həcm çəkisi əsas götürülmüşdür. Başqa daşımacılıq şirkətləri tərəfindən isə sifariş sırf bağlamanın çəkisi ilə hesablanır. Vət. X5 xx.xx.2022-ci il tarixində "bringly.az" iaşımacılıq şirkəti vasitəsi ilə telefon nömrəsi: **********, müştəri kodu: ********) Türkiyədən 3342 TL dəyərində mal gətirilməsini sifariş etmişdir.Sifariş etdiyi mala ehtiyac olmadığı üçün malı Türkiyədəki şirkətə geri qaytarmış, ödədiyi məbləğ onun karqo şirkətindəki şəxsi hesabında qalmış və şirkətə dəfələrlə müraciət etməsinə baxmayaraq, vəsait indiyədək ona geri qaytarılmamışdır. Vət. X6 xx.xx.2023-cü il tarixində “Bringiy.az” daşımacılıq şirkəti vasitəsi ilə (ünvan: Bakı şəhəri, Ağa Neymətulla küçəsi 49 Q, əlaqə nömrəsi: **********) Türkiyədən 796.95 TL dəyərində 3 ədəd geyim sifariş etmişdir, İddia etdiyinə görə, link olaraq sifarişi göndərməsinə baxmayaraq, “Bringiy.az” şirikəti tərəfindən sifarişi icra edilməmiş, nəticədə mal satışda bitmişdir. Belə olduqda ödədiyi məbləğin kart hesabma qaytarılmasını tələb etmiş, lakin heç bir müsbət cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, vətəndaşlar istehlak hüquqlarının pozulduğunu iddia edərək, vəsaitlərin onlara geri qaytarılmasına qanunvericiliyə uyğun olaraq müvafiq köməklik göstərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə -fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 447.0.1-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2042/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2042/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver