Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2046/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, “X5 Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsindən daxil olmuş 00100-01554/23 nömrəli, 22 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X5 Ticarət” MMC-nin ünvanına Türkiyə Respublikasından 28K5583/28K5120 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2023-cü il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi “X5-Ticarət" MMC tərəfindən təmin edilməmişdir. Aparılan araşdırma zamanı “X5 Ticarət” MMC tərəfindən **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli gömrük bəyannamələri ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin hal-hazırda “X5 Ticarət” MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsi, döngə 1 (qeyd edilən gömrük bəyannamələrinin 27-ci qrafası) ünvanında yerləşən anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyisdirilibdəyisdirilmədiyinin müəyyən olunması məqsədilə Mobil gömrük şöbəsinə 34/013/016039 saylı xx.xx.2023-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Mobil gömrük şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş 34/015/016450 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən raportun icrası ilə əlaqədar olaraq Mobil gömrük şöbəsinin və “İpək Yolu” gömrük postunun əməkdaşları “X5 Ticarət" MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsi, döngə 1 (qeyd edilən gömrük bəyannamələrinin 27-ci qrafası) ünvanında yerləşən anbarında olan yüklərə baxış keçirmişlər, baxış zamanı **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin anbarda olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X5 Ticarət” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "X5 Ticarət" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, "X5 Ticarət" MMC tərəfindən **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487, **********4483 saylı GB-ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023-ci il tarixindən bitməsinə baxmayaraq şirkət tərəfindən bu yüklərin sərbəst dövriyyəyə buraxılışı üçün gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixində tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin raportda ünvan 2 ünvanında qeydiyyatda olan “X5 Ticarət” MMC-nin (VÖEN:**********) ünvanına daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491,**********4487 və **********4483 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti saxlanc müddətinin başa çatdığı göstərilmişdir. Yuxarıda qeyd olunanları və Dövlət Gömrük Komitəsinin 1000/199 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamını nəzərə alaraq “X5 Ticarət” MMC tərəfindən **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsi, döngə 1 (qeyd edilən gömrük bəyannamələrinin 27-ci qrafası) ünvanında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdirilib- dəyişdirilmədiyinin və malların müvəqqəti saxlanc qaydalarına uyğun saxlanılıb- saxlanılmadığının müəyyən olunması məqsədilə sözügedən yüklərin şərti buraxılışını həyata keçirən və gömrük nəzarətini həyata keçirməli olan gömrük əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilməsi, baxışın nəticəsinə dair fotoşəkillər əlavə olunmaqla akt tərtib olunması və mallardan istifadə olunduğu müəyyən edildiyi halda konkret olaraq istifadə olunmuş malları adı, sayı, markalanma göstəricilərinin tərtib olunan akta əlavə olunmaqla Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Mobil gömrük şöbəsinə və “İpək Yolu” gömrük postuna göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4, prospekti, ev 85, mənzil 31 ünvanında qeydiyyatda olan “X5 Ticarət" MMC-nin adına idxal olmuş və Bakı Baş Gömrük İdarəsində **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin hal-hazırda “X5 Ticarət” MMC-nin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsi, döngə 1 (qeyd edilən gömrük bəyannamələrinin 27-ci qrafası) ünvanında yerləşən anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdiriİib-dəyişdiriİmədiyinin və malların müvəqqəti saxlanc qaydalarına uyğun saxlanılıb-saxlanılmadığının müəyyən olunması məqsədilə icraata 34/013/016039 saylı raport daxil olmuşdur. Raportun icrası ilə əlaqədar olaraq Mobil gömrük şöbəsinin və İpək yolu gömrük postunun əməkdaşları “X5 Ticarət” MMC-nin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsi, döngə 1 (qeyd edilən gömrük bəyannamələrinin 27-ci qrafası) ünvanında yerləşən anbarında olan yüklərinə baxış zamanı xx.xx.2023-ci il tarixli, **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin anbarda olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4, prospekti, ev 85, mənzil 31 ünvanında qeydiyyatda olan “X5 Ticarət” MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 28K5583/28K5120 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2023-cü il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2023-çü il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi “X5 Ticarət” MMC tərəfindən təmin edilməmişdir. Aparılan araşdırma zamanı “X5 Ticarət” MMC tərəfindən **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli gömrük bəyannamələri ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin hal-hazırda “X5 Ticarət” MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albahlıq küçəsi, döngə 4 (qeyd edilən gömrük bəyannamələrinin 27-ci qrafası) ünvanında yerləşən anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdirilib-dəyişdirilmədiyinin müəyyən olunması məqsədilə Mobil gömrük şöbəsinə 34/013/016039 saylı xx.xx.2023-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Mobil gömrük şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş 34/015/016450 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən raportun icrası ilə əlaqədar olaraq Mobil gömrük şöbəsinin və “İpək Yolu” gömrük postunun əməkdaşları "X5 Ticarət” MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsi, döngə 1 (qeyd edilən gömrük bəyannamələrinin 27-ci qrafası) ünvanında yerləşən anbarında olan yüklərə baxış keçirmişlər, baxış zamanı **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin anbarda olduğu müəyyən edilmişdir. Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı “X5 Ticarət” MMC-nin ünvanına 1400-013/0xx-xx/005971 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, lakin çağırış üzrə sözügedən MMC-dən Bakı Baş Gömrük İdarəsinə heç bir nümayəndə gəlməmiş və gəlməmələrinin səbəbi barədə Təhqiqat şöbəsinə heç bir məlumat verilməmişdir. İş materiallarında olan “X5 Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti-nin nümayəndəsi X2 izahatından görünür ki, nümayəndəsi olduğu “X5 Ticarət” MMC-nin ünvanına Türkiyə Respublikasından 28K5583/28K5120 nömrə nişanlı yük avtomaşınında müxtəlif adda kimyəvi maddələr yükü daxil olmuş, həmin mallar **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2023-cü il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş, idxal edilmiş mallara dair müvafiq sənədlər çatışmadığı səbəbindən **********4490, **********4486, **********4583, **********4488, **********4484, **********4489, **********4485, **********4491, **********4487 və **********4483 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların rəsmiləşdirilməsi təmin edilməmiş və müvəqqəti saxlanc müddəti pozulmuşdur. Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “X5 Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvəqqəti saxlanc gömrük prosedurunda bəyan edilərək 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti başa çatsa da, lakin “X5 Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi təmin edilməmişdir. Bununla da, “X5 Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X5 Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X5 Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2046/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2046/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver