Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2046/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 10 iyun 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 10 iyun 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, 10 iyun 2025-ci il tarixdə saat 14:30 radələrində “Mercedes Benz” markalı, **-KO-*** d.q.n. avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə hərəkət edib, svetoforla nizamlanan yol kəsişməsini keçdikdən sonra ərazidə xidmət aparan DYP əməkdaşı xidməti avtomobili ilə saxla əmrini vermiş və svetoforun qırmızı işığı yanarkən hərəkətini davam etdiyini söyləmişdir. O,inspektorla razılaşmayaraq svetoforun hərəkətə icazə verən yaşıl işığı yanarkən yolayrıcını keçdiyini bildirib etiraz, etməyinə baxmayaraq inşpektor İXM-nin tələblərini pozaracı barəsində İXMnin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta protokolu təqdim edib 10 gün (Bakı səhəri DYPİ-nə şikayət müddətini) gözləmədən birbaşa hazırda şikayət etdiyi İXM-nin 327.2-ci maddəsi ilə cərimə qərarının çıxarıb məlumatı sistemə yerləşdirmişdir. Hesab etmişdir ki, tərəfindən İXM-nin 327.2-ci madəsi ilə xəta törədilməmişdir. Ona görə də qərar əsassız və qanunsuz olduğundan onu əldə edib məhkəməyə hazırkı şikayətlə müraciət etmişdir. Qərarı əldə etdikdə onun İXM-nin tələblərinin pozulması ilə tərtib edildiyi məlum olmuşdur. Belə ki, İXM-nin 115.1.3-cümaddəsinə görə işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi DYP qərarında qeyd edilməmişdir. Xətanın nədən ibarət olması, necə və hansı şəraitdə baş verməsi, eləcə də onun xüsusi texniki vasitə (XTV) ilə qeydə alınması ilə bağlı həmin XTV-nin Qanunvericilikdə qeyd edilən tələblərə uyğun olması barədə müvafiq sənədlər və sübutlar məhkəmədə təqdim edilməli və araşdırılmalıdır. İnzibati Qanunvericilik bu növ işlərdə birmənalı olaraq ilk öncə xətanın baş verməsi ilə bağlı mütləq sübutun təqdim edilməsini və sübut təqdim edildiyi halda onunla bağlı işin araşdırılmasını və xətanın olubolmamasına qiymət verilməli olmasını göstərir. Bundan başqa inzibati qanunvericilikdə xəta ilə bağlı sübutun olmaması və ya onun mötəbər və təkzibedilməz olmadığı, yaxud xətam sübut edəcək qanunla əldə edilmiş digər əlavə sübutlarla təsdiqini tapmadığı halda şübhələr yarandıqda işin nəticəsi şikayətçinin xeyrinə həll edilməli olması qeyd edilir (İXMnin 8-ci maddəsi). Odur ki. inzibati xəta sübut edilmədikdə və ya xətanın mövcudluğu ilə bağlı şübhələr yarandığı halda barəmdə İXM-nin 327.2-ci maddəsi ilə Bakı şəhəri DYPİ-nin MEB YPX baş inspektoru R.H.İbrahimovun inzibati tənbeh vermə haqda TP ******* saylı, 10 iyun 2025-ci il tarixli qərarı qanııni və əsaslı sayıla bilməz. Odur ki, şikayət təmin edilməsini və barəsində İXM-nin 327.2-ci maddəsi ilə Bakı şəhəri DYPİ-nin MEB YPX baş inspektoru R.H.İbrahimovun inzibati tənbeh vermə haqqında TP ******* saylı, 10 iyun 2025ci il tarixli qərarının ləğv edilməsini, 3 bal və 100 (bir yüz) manat cərimənin sistemdən silinməsini. İnzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsini müdafiə edərək heç bir yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, svetoforun qadaşanedici işarəsi yanarkən hərəkət etmədiyini bildirmişdir. Video görüntüdəki avtomobili idarə edən şəxsin özü olduğunu söyləmişdir. Qərarın qanunsuz olaraq tərtib olunduğun, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 10 iyun 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən X3 "MERCEDES BENZ C280" minik markalı, **-KO-*** nömrəli avtonəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmədə tədqiq edilən DVD disk görüntüsündən aydın olur ki, X1 idarə etdiyi "MERCEDES BENZ C280" minik markalı, **-KO-*** nömrəli nəqliyyat vasitəsi nizamlayıcının qadağanedici işarəsi yanarkən, digər avtomobillərin hərəkətlərini dayandırdığı vaaxtda avtomobilini saxamamış və yol hərəkəti qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 10 iyun 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2046/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2046/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver