Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2047/2022 03.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X11 nümayəndəsi X12, X14 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X16 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 Xidməti tərəfindən “Resant Consulting and Management" MMC-nin direktoru X16 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə dair MN № 1496504, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu protokol əsasında X14 Xidməti tərəfindən MN № ******* xx.xx.2022-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərar verilmiş və həmin qərarda ona 1400 (bir min dörd yüz) manat məbləğində inzibati cərimə yazılmışdır. MN № 0647045 xx.xx.2022-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərar “Resant Consulting and Management" MMC-nə xx.xx.2022-ci il tarixində daxil olub. Qərarda qeyd olunmuş İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Lakin, "xxxx" MMC-nin tərkibində olan "Xaçapuri Garden" restoranında qonaqlara xidmət qrupunun ofisiant köməkçisi vəzifəsində işləyən X2 son haqq hesabı qanunvericiliydə nəzərdə tutulmuş müddətdə və məbləğdə ödənilib. X14 Xidməti tərəfindən “Resant Consulting and Management" MMC-nə X2 şikayəti daxil olunduqda, araşdırma zamanı onun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi faktı aşkar olunub. Lakin, X15 Xəzər ilə xx.xx.2021 -ci il tarixli Əmək müqaviləsi bağlanarkən, o bu haqda işəgötürənə heç bir məlumat bildirməyib və medal ilə təltif edilməsi ilə bağlı heç bir sənəd təqdim etməyib. Qeyd edir ki, Əmək Məcəlləsinin 48-ci maddəsinin 1 -ci bəndinə əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin siyahısında hərbi bilet qeyd olunmamasına baxmayaraq, "xxxx" MMC-ti tərəfindən X2 hərbi biletinin sürəti götürülmüşdür. Həmin sürətə əsasən, vətəndaş X13 xx.xx.2016-ci il tarixində Silahlı Qüvvələrdə hərbi xidmətinə daxil olmuş və sürücü vəzifəsində 2017-ci il tarixində bitirmişdir, lakin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı dövlət tərəfindən təltif olunması qeyd olunmayıb. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 10 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 17 iyun 2022-ci il tarixində təyin olunmuşdur. Həmin görüşdə X14 Xidmətinin əməkdaşları tərəfindən vətəndaş X1 və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı dövlət tərəfindən təltif olunması barədə təsdiq edən sənəd “Resant Consulting and Management’' MMC-nə təqdim olunması ilə bağlı sübut təqdim etməyiblər. “Resant Consulting and Management” MMC-nin qanuni nümayəndəsi tərəfindən vətəndaş X9 hesablanmamış məzuniyyət günləri üzrə kompensasiyasının ödənilməsini təklif etməsinə baxmayarq, həmin təklif qarşı tərəf ilə qəbul olunmayıb. Hesab edirik ki, sözügedən protokol və qarar ciddi şəkildə yolverilmiş qanun pozuntuları və uyğunsuzluqlarla qəbul edilmiş, orada yazılanlar həqiqiətə uyğun olunmadığında etibarsız hesab edilərək ləğv edilməlidir. Şikayət vermiş şəxs X11 nümayəndəsi X17 məhkəmə iclasında şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X14 Xidmətinin nümayəndəsi X6 bildirmişdir ki, müfəttişliyin əməkdaşları tərəfindən “Resant Consulting and Management’' MMC-nin rəhbəri X16 tərəfindən AR ƏM-in 120-ci, 83,2-ci və 172.4-cü maddələrinin tələblərinin pozulmasının aşkar edildiyi və bu səbəbdən X16 barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X16 əmək müqaviləsinə xitam verərkən AR ƏM-in 120-ci, 83,2-ci və 172.4-cü maddələrinin tələblərini pozaraq əmək məzuniyyətinə görə ödənilməli olan kompensasiyanı ödəməmişdir. X5 tərəfindən AR İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X14 Xidmətinin 17.066.2022-ci il tarixli “Resant Consulting and Management’' MMC-nin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, X2 rəhbərlik etdiyiniz müəssisədə əmək hüquqularının pozulması barədə müraciətinə X14 Xidmətində baxılmışdır. Aparılan araşdırma zamanı X7 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən (öz xahişləri ilə) qanunvericiliyin tələbləri gözlənilməklə xitam verildiyi, lakin işəgötürənin son haqq-hesabının hal-hazıradək düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. Bununla əlaqədar barənizdə verilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar icra edilməsi və X9 işəgötürənin son haqqhesabının hesablanıb ödənilməsi və nəticəsi barədə X14 Xidmətinə məlumat verilməsi üçun Sizə göndərilir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 120-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, X8, 1941- 1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə X16 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən qeyd edilən pozuntulara yol verilməməsi heç bir sübutla öz təsdiqini tapmır, inzibati orqan iş üzrə toplanmış sübutlara düzgün qiymət verərək X16 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və onu haqlı olaraq inzibati məsuliyyətə cəlb edərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXM-in 12.1-ci maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərarı qanunidir, X16 tərəfindən verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-in 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İXM-in: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və AR İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X16 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2047/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2047/2022
03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver