Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2047/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 505-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Şəxs MMCnin barəsində İXM-in 505-ci maddəsi ilə 00100-01588/23 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Şəxs elektron kabinet vasitəsi ilə vəsatət təqdim etmişdir. Həmin vəsatətdə Şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 00100-01588/23 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs 'MMC-nin adına İtaliyadan 33BKL29/33AJN707 nömrəli avtomaşında CFX23-00013 nömrəli xx.xx.2023-cü il tarixli invoysla daxil olmuş 1 verdən ibarət, brutto çəkisi 81.01 kq olan mallar **********196 sorğu nömrəli, 11,04.2023-cü il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan CFX23-00013 nömrəli xx.xx.2023-cü il tarixli invoysda dəyərin araşdırılması üçün DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinə 1400-011/0xx-xx/003879 nömrəli xx.xx.2023-cü il tarixli sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq DGK tərəfindən 3-33/2-009958/2023 saylı xx.xx.2023-cü i tarixli məktubla BBGİ-yə göndərilən İtaliya Respublikasının Aksiz, Gömrük və İnhisarçılıq Agentliyindəndən alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləsdirilməsi zamanı təqdim edilən CFX23-00013 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 2501.00 avro deyil, 5038.51 avro olduğu halda 718.71 azn idxal gömrük rüsumu, 991.82 azn əlavə dəyər vergisi, 85.53 azn dəbbə pulu olmaqla, ümumilikdə 1796.06 azn əlavə ödəniləcək gömrük ödənişləri təşkil edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gömrük borct gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və va gömrük bəyannaməsiniı əsdiqi ilə eyni vaxtda ödənilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər basa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin adına İtaliyadan 33BKL29/33AJN707 nömrəli maşında CFX23-00013 nömrəli xx.xx.2023-cü il tarixli invoysla daxil olmuş 1 yerdən ibarət, brutto çəkisi 81.01 kq olan mallar **********8196 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan CFX23-00013 nömrəli xx.xx.2023-cü il tarixli invoysda dəyərin araşdırılması üçün DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinə 1400-011/0xx-xx/003879 nömrəli xx.xx.2023-cü il tarixli sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq DGK tərəfindən 3-33/2-009958/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla BBGİ-yə göndərilən İtaliya Respublikasının Aksiz, Gömrük və İnhisarçılıq Agentliyindən alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən CFX23-00013 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 2501.00 avro deyil, 5038.51 avro olduğu halda 718.71 azn idxal gömrük rüsumu, 991.82 azn əlavə dəyər vergisi, 85.53 azn dəbbə pulu olmaqla, ümumilikdə 1796.06 azn əlavə ödəniləcək gömrük ödənişləri təşkil edir Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən gömrük ödənişləri dedikdə, gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu başa düşülür. Həmin Məcəllənin 247-ci maddəsin əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəvvən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş səxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs MMC barəsində 21 dekabr 2022-ci il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-02807/22 nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1,10-cu maddəsinə əsasən xitam verilmişdir. Şəxs MMC tərəfindən **********8251 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəvannaməsi üzrə yaranmış 1042.72 azn idxal gömrük rüsumu. 1438.95 azn əlavə dəyər vergisi, 120 azn gömrük yığımı olmaqla ümumilikdə 2601.67 azn gömrük ödənişi və 74.45 azn dəbbə pulu gömrük borcu ödənməmişdir. Şəxs MMC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 2601.67 (iki min altı yüz bir manat altmış yeddi qəpik) manat məbləğində yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə "az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 70 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 1710.53 ( bir min yeddi on manat, əlli üç) manat gömrük ödənişləri məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 1.197,37 (bir min yüz doxsan yeddi manat, otuz yeddi ) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gültəkin Əsədova