Məhkəmə qərarları › İş №3(005)-2049/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2049/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2049/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs oğlu "xxxx" MMC-nin nümayəndəsi X1, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri İdarəsinin 19 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri İdarəsinin 19 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, vət. X7 şikayəti əsasında X13 Xidmətinin əməkdaşları tərəfindən "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə, AR İXM-nin 192.4 maddəsinin tələblərinin pozulması əsas gətirilərək MN ******* nömrəli Protokola əsasən inzibati tənbeh vermə Qərarı ilə 1000 manat məbləğində cərimə edilmişdir. Toplanmış sənədlər xx.xx.2021-ci il tarixdə səhvən rayon məhkəməsi əvəzinə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli Qərardadında qeyd edilir ki, AR İPM-nin 2-ci və AR MPM 25-ci maddəsinin inzibati xətalar haqqında icraata aidiyyəti baxımından şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına əsasən inzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktdan (qərarlardan) verilən şikayət və protestlərə AR İXM 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. (Qərardadın surəti əlavə edilir) Bildirmək istəyir ki, ”Horeca Servis” MMC yarandığı tarixdən otelçilik fəaliyyətilə məşğul olmuşdur. COVİD -19 pandemiyası ilə əlaqədar şirkət, 2020-ci ilin mart ayının sonlarından fəaliyyətini dayandırmışdır və bu günə qədərdə işləmir. Bu səbəbdən inzibati protokol barədə qərarı almamışlar. Fəaliyyət göstərdikləri ünvan 1 ünvanında şirkətdən əlavə bir neçə şirkətdə fəaliyyət göstərir. Ola bilsin şirkətə ünvanlanmış məktub digər şirkətin əməkdaşlarına verilib, lakin onlara çatmayıb. Qərarı vaxtında ala bilmədikləri üçün Qərardan şikayət verə bilməmişlər. Qərardan xx.xx.2021-ci il tarixdə X13 Xidmətinə şikayət verərək vət. X7 şikayətinin birtərəfli araşdırıldığını qeyd etdik. T.R.Məmmmədovun şirkətdə iş fəaliyyəti və məzuniyyətə çıxması ilə əlaqədar olan əmrlərin və digər müvafiq sənədlərin surətlərini əməkdaşımızla bir yerdə bir daha araşdırılmasını Müfəttişlik Xidmətindən xahiş etdik. DƏM Xidmətinin xx.xx.2021-ci il tarixli **********821 nömrəli Qərardadından görünür ki. ” Məlum olur ki, X14 şikayət vermək üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki Xidmətin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 19 aprel 2021-ci tarixli inzibati tənbeh vermə haqqında qərar 20 aprel 2021 -ci tarixdə barəsində inzibati icraat aparılan şəxsə göndərilmiş və poçt göndərişinin izlənməsi barədə saytdan əldə edilmiş məlumata görə Qərar 26 aprel 2021 -ci il tarixdə qəbul edilmişdir.” Şikayətə baxılması barədə X13 Xidmətinin məktubunda qeyd edilənlər onları qane etmir. Yaranmış vəziyyət pozulmuş hüquqlarının məhkəmə qaydasında həll olunmasını zəruri etmişdir. Belə ki, şirkət Pandemiya ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırsa da müəyyən səbəblərdən indidə fəaliyyət göstərmir. Bu səbəbdən də cari ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 40B ünvanındakı binanın 3-cü mərtəbəsində yerləşən otelin qapıları bağlı olub. Binanın 1-2-ci mərtəbələrində isə digər şirkətlər fəaliyyət göstərdiyindən bizə aid olan poçt göndərişləri həmin şirkətlərin əməkdaşlarına verilib. Bu səbəbdəndə onlar inzibati protokol üzrə qərarı gec almış və ondan vaxtında şikayət verə bilməmişlər. X13 Xidmətinə vət. X12 ilə bağlı göndərdikləri müvafiq sənədlərdən görünür ki, T.R.Məmmədovun işə qəbul edilməsi, iş yerində başqa vəzifəyə təyin edilməsi, məzuniyyətə buraxılması və sair sənədlər qanunvericiliyə müvafiq olaraq tərtib edilmiş və surətləri əməkdaşa vaxtında təqdim edilmişdir. Bu səbəbdən hesab edir ki. X13 Xidməti tərəfindən "Horeca Servis” MMC-yə qarşı xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında Qərar vaxtından əvvəl, tam və hərtərəfli araşdırılmadan tələsik qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə iclasında çıxış edən şikayət vermiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri İdarəsinin nümayəndəsi X14 izahatında göstərdi ki, X7 əmək hüquqlarının pozulması ilə bağlı müraciətə baxılarkən əldə olunmuş sənədlər əsasında inzibati hüquq pozuntusu faktı aşkar edilmiş 19 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü - maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. X14 inzibati xəta haqqında iş üzrə 19 aprel 2021-ci il tarixli MN ******* nömrəli qərardan şikayət vermişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfndən tərtib edilmil 09 aprel 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X7 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilməsində qanunvericiliyin tələbi pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 19 aprel 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, vətəndaş X7 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilməsində qanunvericiliyin tələbi pozulmuşdur. X5 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli **********426200 nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və qanuni təmsilçisi X10r. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MMC-nin direktoru X14 ilə “İşçi” X12 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verilmişdir. Həqiqətən də X9 işdən çıxdığı gün son haqq-hesabın verilmədiyi müəyyən olunmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə X13 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi tərəfindən 19 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, protokola baxan X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X3 Aidə Şükür qızının Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən "xxxx" MMC-nin vəzifəli şəxsi əmək qanunvericiliyinin tələblərini pozaraq işçi X4 haqq-hesabını sonuncu iş günü işçiyə verməmişdir. Bu fakt işdə olan sübutlarla bir daha təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş “"xxxx" MMC-nin direktoru X14 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliiyn tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 19 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 19 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar