Məhkəmə qərarları › İş №3(005)-2049/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2049/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2049/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük məsləhətçisi X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 00100-01644/23 nömrəli, 21 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına AM98521/A7711E1 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş və **********2887 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş yüklər üçün təqdim ed **********7566 sorğu nömrəli qısa idxal bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi fərqli qeyd olunmaqla gömrük bəyannaməsində qeyd olunan göstəricilərlə uyğunsuzluq təşkil etməsi aşkar olunmuşdur. Beləki, **********7566 sorğu nömrəli qısa idxal bəyannaməsinin 18-ci qrafasında nəgliyyat vasitəsinin nömrəsi WWL5130P/WWL4168M göstərildiyi halda **********2887 nömrəli gömrük bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi AM98521/A7711E1 göstərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X1 izahatında göstərmişdir ki, Şəxs MMC-nin ünvanına AM98521/A7711E1 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərə dair **********7566 nömrəli qısa idxal bəyannaməsi təqdim edilmişdir. Qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsinin fərqli qeyd edilməsinə səbəb nəqliyyat vasitəsində nasazlıq olması və onlara məlumat vermədən nəqliyyat vasitəsini dəyişməkləri olmuşdur. Həmçinin qeyd etmək istəyir ki, şirkət mart ayından yeni fəaliyyətə başlamışdır. İdxal ixrac əməliyyatlarında təcrübəsi yoxdur. Bunu nəzərə alaraq barələrində daha yüngül inzbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli gömrük prosedurları və ödənişləri şöbəsi tərəfindən ünvanlanmış raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn xx.xx.2023-cü il tarixində AM98521/A7711E1 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********2887 sorğu nömrəli GB ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim etməli olduğu qısa idxal bəyannaməsində göstərilən nəqliyyat vasitəsinin nömrəsi və gömrük bəyannaməsində göstərilən nəqliyyat vasitələri arasında tərəfimizdən uyğunsuzluq aşkar olunmuşdur. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs MMC-nin ünvanına AM98521/A7711E1 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərə dair **********7566 nömrəli qısa idxal bəyannaməsi təqdim edilmişdir. Qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsinin fərqli qeyd edilməsinə səbəb nəqliyyat vasitəsində nasazlıq olması və bizə məlumat vermədən nəqliyyat vasitəsini dəyişməkləri olmuşdur. Həmçinin qeyd etmək istəyirəm ki, şirkət mart ayından yəni yeni fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə və ya görük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatların verilməsinə, yaxud malların və nəqliyyat vasiələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğində, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 485.1-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar