Məhkəmə qərarları › İş №3(005)-2051/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2051/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2051/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində İnzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-01602/23 nömrəli, 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin "Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi" informasiya mn banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən 01. 12.2022-ci il tarixdə alınmış məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olan "X3 X5’’ əvvəlki "xxxx" MMC) tərəfindən xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilən ********* sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 7640,00 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından İran İslam Respublikasında fəaliyyət göstərən “X6 Ghazvin Zamin” şirkəti ilə bağlanılmış xx.xx.2017 xx.xx.2017-ci il tarixli müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 7640,00 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-01602/23 nömrəli, 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 X5” MMC İran İslam Respublikasında fəaliyyət göstərən “X6 Ghazvin Zamin” şirkəti ilə arasında mış 11,07/2017 nömrəli xx.xx.2017-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük idarəsində xx.xx.2017-ci il tarixdə **********3685 sorğu nömrəli gömrük bəyannaməsi rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 7640,00 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi at nəticəsində əldə edilmiş 7640,00 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bank hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Şəxs X8 Respublikasında fəaliyyət göstərən “X7 Ghazvin Zamin” şirkəti ilə xx.xx/2017 nömrəli xx.xx.2017 tarixli müqavilə bağlanılmış, həmin müqavilə əsasında **********3685 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumi dəyəri 7640,00 ABŞ dolları olan divar örtüyü taxta yükü İran İslam Respublikasına ixrac edilmiş, ixrac edilmiş mallar müqabilində 7640,00 ABŞ dolları məbləğində valyuta vəsaiti “X7 Ghazin Zamin” şirkətinin rəhbəri Beheshtı Shahram tərəfindən tam şəkildə nağd formada ödənilmiş, **********3685 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 20-ci qrafasında malların “konsiqnasiva sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində “003” kodu ilə bəyan edərək Azərbaycan Respublikasından İran İslam Respublikasına ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal- ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci varım bəndinin tələblərinə riayət etməklə konsiqnasiva volu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, milli valyutaya nisbətdə 12988,00 (iki iki min doqquz səksən səkkiz) manat təşkil edilən 7640,00 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində "xxxx" ASC-nin müvafiq Filialındakı müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi bildirdi ki, X4 Engineering Group” MMC təmir-tikinti, liftlərə texniki xidmət fəaliyyətini həyata həmçinin, 2017-ci il tarixdə MMC tərəfindən İran İslam Respublikasına ixrac əməliyyatını həyata keçirilmişdir, xx.xx.2020-ci il tarixədək şirkətin adı “Piramida-F.R." MMC həmin tarixdən isə şirkətin adı dəyişdirilərək “X4 Engineering Group” MMC olmuşdur, İran İslam Respublikasında fəaliyyət göstərən “X7 Ghazvin Zamin” şirkəti ilə xx.xx/2017 nömrəli xx.xx.2017 tarixli müqavilə bağlanılmış, həmin müqavilə əsasında **********3685 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumi dəyəri 7640,00 ABŞ dolları olan divar örtüyü taxta yükü İran İslam Respublikasına ixrac edilmiş, ixrac edilmiş mallar müqabilində 7640,00 ABŞ dolları məbləğində valyuta vəsaiti “X7 Ghazin Zamin” şirkətinin rəhbəri Beheshtı Shahram tərəfindən tam şəkildə nağd formada ödənilmiş, belə ki, İran İslam Respublikasına tətbiq edilmiş sanksiyalar səbəbindən sözügedən məbləğin bank vasitəsilə Azərbaycan Respublikasına köçürülməsi mümkün olmamışdır. Bu baxımdan məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-01602/23 nömrəli, 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 X5” MMC İran İslam Respublikasında fəaliyyət göstərən “X6 Ghazvin Zamin” şirkəti ilə arasında mış 11,07/2017 nömrəli xx.xx.2017-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük idarəsində xx.xx.2017-ci il tarixdə **********3685 sorğu nömrəli gömrük bəyannaməsi rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 7640,00 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi at nəticəsində əldə edilmiş 7640,00 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bank hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs **********3685 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə ixrac edilmiş malların müqabilində milli valyutaya nisbətdə 12988,00 (iki iki min doqquz səksən səkkiz) manat təşkil edilən 7640,00 ABŞ dolları xarici valyuta vəsaitini müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. Göründüyü kimi, Şəxs MMC ixrac etdiyi məhsulun dəyəri olan 7640,00 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 7640,00 ABŞ dolları məbləğinin 30 faizi miqdarında, yəni 2.292 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar