Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2055/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Toğrul Məmmədovun 05 iyun 2023-cü il tarixli qərarından və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ondan qarşıda hərəkət edən "NİSSAN TİDA" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən hərəkət sürətini azaltmışdır. Bu zaman o həmin avtomobillə düzgün ara məsafəsi saxlaya bilməmiş va nəticədə idarə etdiyi avtomobilin ön hissəsi ilə qeyd olunan avtomobilin arxa hissəsinə zərbənin təsirindan "NİSSAN TİDA" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı ön hissəsi isə ondan qarşıda olan "Opel Astra-minik" markalı **-EF-*** dövlət şanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində X2 yüngül dərəcəli xəsarət yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs işə baxılmasının yeri və müddətinin vaxtında bildirilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Şəxs bildirirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:20 radələrində o etibarnamə əsasında idarə etdiyi Mercedes Benz S430- minik" markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətindən üzü Koroğlu Mt-si istiqamətində 3 zolaqdan ibarət körpünün üzərində sağdan 3-cü zolaqla saatda 40 km sürətlə düzünə hərəkət etmişdir.Həmin vaxt avtomobil yolunda avtomobillərin çox olması səbəbindən sıxlıq yaranmışdı və tıxac var idi.O idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda ondan qarşıda hərəkət edən "NİSSAN TİDA" 77-BU 530 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən hərəkət sürətini azaltmışdır. Bu zaman o həmin avtomobillə düzgün ara məsafəsi saxlaya bilməmiş və nəticə də idarə etdiyi avtomobilin ön hissəsi ilə qeyd olunan avtomobilin arxa hissəsinə zərbənin təsirindan "NİSSAN TİDA" markalı ** BU *** dövlət qeydiyyat nişanlı ön hissəsi isə ondan qarşıda olan "Opel Astraminik" markalı ** EF *** dövlət şanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər köməyə gəlmişlər. Bir müddət sonra isə Nərimanov RPİ-nin əməkdaşı hadisə rək araşdırma aparmağa başlamış və o da həmin araşdırmada iştirak etmişdir. Hadisə zamanı xəsarət almadığı üçün MTE-dan keçməkdən imtina etmişdir.Hadisə zamanı avtomobildə tək olmuşdur. Araşdırma zamanı izahatı alınmış X3 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 11 radələrində o sərnişini olduğu Opel Astra markalı **-EF-*** dövlət qeydiyyat nişanlı ilə Nərimanov rayonu Z.Bünyadov prospekti ilə üzü 20 yanvar dairəsi istiqamətindən Koroğlu metrosu istiqamətinə 1 zolaqdan ibarət avtomobil yolunda sağdan 3-cü zolaqla hərəkət etmişlər.Həmin vaxt onlardan arxada avtomobil toqquşmuş və Nissan Tida markalı dövlət qeydiyyat nişanını fikir vermədiyi avtomobilin ön hissəsi ilə sərnişini olduğu avtomobilin arxa hissəsinə çırpılmışdır.Bundan sonra o xəsarət aldığı üçün onu xəstəxanaya yola salmışlar,. Material üzrə təyin edilmiş və 27 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 115-M saylı rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1972-ci il təvəllüdlü X1 aşkar edilmiş xəsarətlər- sağ dirsək oynağının əzələ bağ aparatının gərilməsi-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ vastiəsilə Nərimanov rayon məhkəməsinə göndərilmişdir. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 115-M nömrəli rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2055/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2055/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver