Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2056/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Əmək və X5 Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan MN seriyalı ******* nömrəli, 04 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-19003/2025 nömrəli məktubunda nəzərdə tutulan tədbirlər görülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X7 protokola uyğun çıxış edərək, protokolun əsaslı olduğunu və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclası və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlmat verməmişlər. Məhkəmə qeyd edilən şəxslərin iştirakları olmadan iclasın keçirilməsini uyğun hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-nin vəzifəli şəxsi X3 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Şəxs MMC-nin vəzifəli şəxsi X2 ünvanlanan xx.xx.2025-ci il tarixli 3-17-5/2- 19003/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması ilə bağlı vəzifəli şəxs məlumatlandırılmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İlk olaraq məhkəmə qeyd edir ki, İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Bunun üçün ilk növbədə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəsini almalı, daha sonra qanuni qüvvəsini almış qərarın icrası ilə əlaqədar tədbirlər görülməməsinə görə təqsirli şəxslər inzibati məsuliyyətə cəlb edilməlidir. Lakin hazırkı inzibati icraatın materiallarından müəyyən edilir ki, Şəxs MMC-nin vəzifəli şəxsi X1 İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar rəsmi qaydada təqdim edilmədiyindən həmin qərar qanuni qüvvəsini almamışdır. Eyni zamanda həmin qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-19003/2025 nömrəli məktubununun da Şəxs MMC-yə çatdırılmasını təsdiq edən sənəd iş materialında mövcud deyildir. Qərarın və həmin qərarın icrası ilə əlaqdar tədbirlərin görülməsi barədə göndərilmiş məktubun rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənəd məhkəməyə də təqdim edilə bilməmişdir. Qanuni qüvvəsini almamış qərara və həmin qərarın icrası ilə əlaqədar tədbirlərin görülməsi barədə məktubun çatdırılmasını təsdiq edən sübut olmadan hər hansı şəxsin İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsi qanunsuz və əsassızdır. Protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri iş materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsində Şəxs MMC-nin qəsdi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür Məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2056/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2056/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver