Məhkəmə qərarları › İş №3(005)-2063/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2063/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2063/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı, İcraatımda olan Şəxs barəsində inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 10 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X2 İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı 09 iyul 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara dair materiallar 10 iyul 2024-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Həmin materiala baxılması hakimin səlahiyyətinə aiddir. İşin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokollar İXM-in tələblərinə uyğun tərtib edilmişdir. İşin icraatını rədd edən və dayandıran hallar mövcud deyildir. İnzibati işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müxtəlif vaxtlarda törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati xəta haqqında protokollar bir materialda 10 iyul 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan inzibati xəta haqqında protokolların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə İXM-in 34.2-ci maddəsinə əsasən, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolların bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. İnzibati iş üzrə vəsatət və etirazlar yoxdur. Göstərilənlərə əsasən və İXM-in 102.3, 127 və 127.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində İXM-in 535.1, 334-1.1 və 511.1.1-ci maddələri ilə inzibati material üzrə icraata başlanılsın. İşin açıq məhkəmə baxışı 10 iyul 2024-cü il tarixə saat 12:00-a təyin edilsin. (Nərimanov rayon Məhkəməsində, ünvan 1 ünvanda) Məhkəmə iclası Azərbaycan dilində aparılsın. Məhkəmə iclası inzibati xəta törətmiş şəxsin, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxslərin iştirakı ilə aparılsın. Hakim Gültəkin Əsədova İş № 3(005)-2063/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol 10 iyul 2024-cü il Bakı şəhəri Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Şəxs barəsində toplanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1, 334-1.1 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında material üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib olunmuş 3(005)-2063/2024 və İXM-in 334- 1.1 və 511.1.1-ci maddələri ilə tərtib olunmuş 3(005)-2064/2024 nömrəli inzibati işlər daxil olmuşdur. Hakim inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab etdi ki, inzibati materiallar bir icraatda birləşdirilməlidir. Hakim iş üzrə birləşmiş materialların icraata qəbul edilməsi və işin məhkəmədə baxılmağa hazırlanması barədə qərardadı elan etdi. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar