Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2064/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X14 İdarəsinə bilvasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4/A ünvanında yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X14 İdarəsindən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X14 İdarəsindən daxil olmuş 09 iyul 2024-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:46 radələrində idarə etdiyi “Lada Priora” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomaşını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və “Hyundai” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş X5 ilə birgə aşkar surətdə 2 mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar 334-1.1 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin 10 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs BDYPİ-nin polis əməkdaşlarının qanuni əmrlərinə tabe olmayaraq narkoloji dispanser mərkəzinə getməkdən imtina etmişdir, bununla da 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X14 İdarəsinə bilvasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru X6 tərtib etmiş olduğu inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:46 radələrində idarə etdiyi “Lada Priora” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomaşını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və “Hyundai” markalı **- RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş X5 ilə birgə aşkar surətdə 2 mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs BDYPİ-nin polis əməkdaşlarının qanuni əmrlərinə tabe olmayaraq narkoloji dispanser mərkəzinə getməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək onun uşağının xəstə olmasını bildirmiş, bu səbəbdən xx.xx.2024-cü il tarixdə saat 20:46 radələrində idarə etdiyi “Lada Priora” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürətlə sürərək evinə tez getmək istəmişdir. Şəxs polis əməkdaşlarına qarşı müqavimət göstərmədiyini bildirmişdir. O barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol patrul xidməti inspektoru X7 ifadəsində göstərmişdir ki, xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 20:46 radələrində “Lada Priora” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hyundai” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bir-biri ilə sürüş edərək mütəmadi qayda pozaraq digər nəqliyyat vasitələrinə təhlükə yaradaraq hərəkərləri görmüş, polis əməkdaşları tərəfindən dərhal onlar saxlanılmış, sürücüyə yaxınlaşıb, özlərini təqdim etmiş, onların qayda pozduğunu izah etdikdə məlum olmuşdur ki, sürücülər Şəxs və X2 anlaqsız və narkotik vasitələrin təsiri altında olduğu şübhə doğurmuşdur. Polis əməkdaşları onları Respublika Narkoloji Mərkəzinə dəvət etmiş, bu zaman sürücülər polis əməkdaşlarına tabesizlik göstərmişlər. Daha sonra digər polis əməkdaşlarının köməyi ilə sürücülər Respublika Narkoloji Mərkəzinə aparılmış, orada müayinə nəticəsində Şəxs və X2 ağır dərəcəli narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol patrul xidməti inspektoru X9 ifadəsində göstərmişdir ki, xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 20:46 radələrində “Lada Priora” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hyundai” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bir-biri ilə sürüş edərək mütəmadi qayda pozaraq digər nəqliyyat vasitələrinə təhlükə yaradaraq hərəkərləri görmüş, polis əməkdaşları tərəfindən dərhal onlar saxlanılmış, sürücüyə yaxınlaşıb, özlərini təqdim etmiş, onların qayda pozduğunu izah etdikdə məlum olmuşdur ki, sürücülər Şəxs və X2 anlaqsız və narkotik vasitələrin təsiri altında olduğu şübhə doğurmuşdur. Polis əməkdaşları onları Respublika Narkoloji Mərkəzinə dəvət etmiş, bu zaman sürücülər polis əməkdaşlarına tabesizlik göstərmişlər. Daha sonra digər polis əməkdaşlarının köməyi ilə sürücülər Respublika Narkoloji Mərkəzinə aparılmış, orada müayinə nəticəsində Şəxs və X2 ağır dərəcəli narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 535.1, 334-1.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyevə ünvanlanan 09 iyul 2024-cü il tarixli raportdan görünür ki, polis əməkdaşları xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 20:46 radələrində “Lada Priora” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hyundai” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bir-biri ilə sürüş edərək mütəmadi qayda pozaraq digər nəqliyyat vasitələrinə təhlükə yaradaraq hərəkərləri görmüş, polis əməkdaşları tərəfindən dərhal onlar saxlanılmış, sürücüyə yaxınlaşıb, özlərini təqdim etmiş, onların qayda pozduğunu izah etdikdə məlum olmuşdur ki, sürücülər Şəxs və X2 anlaqsız və narkotik vasitələrin təsiri altında olduğu şübhə doğurmuşdur. Polis əməkdaşları onları Respublika Narkoloji Mərkəzinə dəvət etmiş, bu zaman sürücülər polis əməkdaşlarına tabesizlik göstərmişlər. Daha sonra digər polis əməkdaşlarının köməyi ilə sürücülər Respublika Narkoloji Mərkəzinə aparılmış, orada müayinə nəticəsində Şəxs və X2 ağır dərəcəli narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilmişdir. Həmin şəxslər barəsində qanuni tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. “İnzibati qaydada tutma haqqında” 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan CD diskə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:46 radələrində idarə etdiyi “Lada Priora” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomaşını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və “Hyundai” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş X5 ilə birgə aşkar surətdə 2 mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi № 1/716 saylı, 09 iyl 2024-cü il tarixli aktından görünür ki, Şəxs oğlundan götürülmüş sidik nümunəsində TCH(+) aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs İXM-nin 535.1, 334-1.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 10 iyul 2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 334-1.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş materialında olan şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi kimi müəyyən olunur. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1, 334-1.1 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və və nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetməsinin əvvəli 09 iyul 2024-cü il saat 23:00-dan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1, 334-1.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, ona nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 09 iyul 2024-cü il saat 23:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2064/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2064/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver