Məhkəmə qərarları › İş №3(005)-2071/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2071/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2071/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə X1 Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsinin Xİİ Tağım YPX İnspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsinin Xİİ Tağım YPX İnspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarından şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Məhkəməsinin 3(060)-743/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsinin Xİİ Tağım YPX İnspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi ərizəsi aidiyyəti üzrə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra X3 vəsatətlə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, işin onun qeydiyyatda olduğu yer üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 3(056)-793/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə, vəsatət təmin edilərək, X1 Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsinin Xİİ Tağım YPX İnspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarından vermiş olduğu şikayət baxılması üçün X1 yaşayış yeri üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi **-UD- *** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz C220 Bluetec minik” nəqliyyat vasitəsilə Laçın Şəhərindən Sumqayıt istiqamətinə qayıdarkən Hacıqabul-Horadiz yolunun 9-cu km-də YPX əməkdaşı saxla işarəsi verdi və o da idarə etdiyi avtomobili sağa çəkib saxlamışdır. Polis əməkdaşı orada ona bildirmişdir ki, ona YPX postunda saxla işarəsi veriblər o tabe olmadan sürüb getmişdir. Orada polis əməkdaşına etiraz edərək, heç bir postda qayda pozuntusu və tabesizlik etmədiyini bildirmişdir. Polis əməkdaşı kobud rəftar edərək, 4 bal və 100 manat cərimə yazaram gedib ödəyərsən bildirdi. Sumqayıt şəhərinə çatanda ona, sms vasitəsilə 100 manat cərimə və 4 bal yazılan qərarar gəldi. Qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsini müdafiə edərək qərarın qanunsuz olaraq tərtib olunduğunu bildirərək, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsinin Xİİ Tağım YPX İnspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 “Mersedes Benz C220 Bluetec minik” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X3 İXM-in 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə- yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan, müvafiq sübutlara, videogörüntülərə baxış keçirilmədən X3 barəsində xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, onun haqlı narazılığına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından, iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq sübutlara, videogörüntülərə baxış keçirilərək müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Baş X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 327.3-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərar ləğv edilməli X3 barəsində işə yenidən baxılması üçün Baş X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsinin Xİİ Tağım YPX İnspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar