Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2088/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə 00100-1170/22 nömrəli, 10 iyun 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvəqqəti ixrac gömrük prosedura altında yerləşdirilmiş malların ixrac müddətinin bitdiyi, lakin adı qeyd olunan hüquqi şəxs tərəfindən malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmadığı və ya bu əraziyə qaytarılmadığı faktı aşkar edilmişdir. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında inzibati xəta haqqında protokola etiraz edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 iyun 2022-ci il tarixli, 00100-1170/22 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən 1 ədəd metalların emalı üçün əymə, kənaraəymə, düzləşdirmə dəzgahı (istixana kompleksinin jeloblarını hazırlayan maşın; marka: Karaca, ser.№ 201607, maşının № 90C417, b/i 2016, rəngi: boz, müh.markası №:BD30, müh №:030261, zavod №:201607; demontə vəziyyətdə) yükü **********3058 saylı, xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsi və uzatma ərizələri əsasında xx.xx.2022-ci il tarixinədək müvəqqəti ixrac gömrük proseduranda rəsmiləşdirilmişdir. Lakin müvəqqəti ixrac müddətinin bitməsinə baxmayaraq "xxxx" MMC tərəfindən 1 ədəd metalların emalı üçün əymə, kənaraəymə, düzləşdirmə dəzgahı (istixana kompleksinin jeloblarını hazırlayan maşın; marka: Karaca, ser.№ 201607, maşının № 90C417, b/i 2016, rəngi: boz, müh.markası №:BD30, müh №:030261, zavod №:201607; demontə vəziyyətdə) yükünün müvəqqəti ixrac müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və yaxud digər gömrük prosedura ilə rəsmiləşdirilməmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, verdiyi izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən müvəqqəti ixrac edilmiş 1 ədəd metalların emalı üçün əymə, kənaraəymə, düzləşdirmə dəzgahı (istixana kompleksinin jeloblarını hazırlayan maşın; marka: Karaca, ser.№ 201607, maşının № 90C417, b/i 2016, rəngi: boz, müh.markası №:BD30, müh №:030261, zavod №:201607; demontə vəziyyətdə) yükünü ilkin olaraq geri qaytarmaq niyyətində olmuşlar, lakin həmin müddətdə pandemiya və müharibə olduğu üçün yükləri geri qaytara bilməmiş, daha sonra qəza keçirdiyi üçün səhhəti ilə əlaqədar olaraq müddətin uzadılması ilə bağlı ərizə ilə müraciət edə bilməmişdir. Həmin yükə dair xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müddətin uzadılması ilə bağlı ərizə ilə müraciət edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 1 ədəd metalların emalı üçün əymə, kənaraəymə, düzləşdirmə dəzgahı (istixana kompleksinin jeloblarını hazırlayan maşın; marka: Karaca, ser.№ 201607, maşının № 90C417, b/i 2016, rəngi: boz, müh.markası №:BD30, müh №:030261, zavod №:201607; demontə vəziyyətdə) yükünün müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixində bitmiş, bitdikdən 03 ay 06 gün sonra xx.xx.2022-ci il tarixdə **********3058 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac gömrük proseduranda rəsmiləşdirilmişdir. Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli **********3058 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq xx.xx.2020-ci il tarixli **********3058 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş "xxxx" MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli **********3058 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı "xxxx" MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 03 (üç) ay 06 (altı) gün sonra, yəni xx.xx.2022-ci il tarixdə xx/xx/012177 qeydiyyat nömrəli ərizə ilə Bakı Bas Gömrük İdarəsinə müraciət edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan **********3058 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 10200.00 manat təşkil edir. İş materiallarında olan sənədlərlə, habelə hüquqi şəxsin nümayəndəsinin inzibati araşdırma zamanı səlahiyyətli orqana inzibati xətaya hüquqi şəxs tərəfindən yol verilməsini təsdiq edən etirafedici izahatı ilə müəyyən olunur ki, "xxxx" MMC tərəfindən malların müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq MMC tərəfindən həmin müddətin uzadılması ilə bağlı yalnız 03 (beş) ay 06 (on altı) gün sonra, yəni xx.xx.2022-ci il tarixdə gömrük idarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.2-ci maddəsinə əsasən ixrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtinaya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 499.1.4-cü maddəsinə əsasən üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ixrac gömrük prosedura altında yerləşdirilmiş malların ümumi dəyəri 10200.00 manat pul vəsaitinin 20 (iyirmi) faizi həcmində, yəni 2040.00 manat məbləğində inzibati cərimə növündə tənbeh edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2088/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2088/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver