Məhkəmə qərarları › İş №3(005)-2090/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2090/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2090/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nin sahə inspektoru polis baş leytenantı X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8, Müdafiəçi “Femida” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu Əfəndilər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu Dərnəgül qəsəbəsi 1 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 15 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X12 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X4 məxsus 400 manat dəyərində velosipedi oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nin sahə inspektoru polis baş leytenantı X2 protokola uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 yaşayan vətəndaş X5 DİN-in 102 XMZS-nə və 16-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, özünə məxsus 400 manat dəyərində olan “Stell Sport” markalı velosipedi yaşadığı Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi, ev 57A-nın 5-ci mərtəbəsində bloka qoymuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat təxminən 14:00 radələrində qeyd olunan yerdə velosipedin olduğunu görmüşdür. Həmin günü saat təxminən 16:00 radələrində Z.Əhmədova mənzildən bloka çıxdıqda velosipedinin orada olmadığını gördükdə velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinə əsasən baş vermiş hadisəyə o zaman cinayət hüquqi qiymət verilir ki, zərərçəkmiş şəxsə 500 manat məbləğində ziyan dəymiş olsun. X10 Məcəlləsinin 227-ci maddəsinə əsasən talanmış əmlakın dəyəri 500 (beş yüz) manatdan yuxarı olmadıqda, bu xırda talama hesab edilir. Daha sonra törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X12 məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirmişdir ki, maddi imkanının çox zəif olmasından və maddi ehtiyaclarını ödəyə bilmədiyindən velosiped oğurluğu edərək sonradan satıb pul əldə etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 16:00 radələrində Nərimanov rayonu, İ.P.Dadaşov küçəsində yerləşən 57A saylı binanın qarşısına gələrək həmin binanın blouna daxil olub mərtəbə-mərtəbə pilləkənlərlə qalxaraq oğurlamaq üçün velosiped axtarmışdır. Həmin vaxt binanın 5-ci mərtəbəsinə gəlib çatdıqda orada blokda açıq və sahibsiz vəziyyətdə velosipedin olduğunu görmüşdür. Bu zaman o, dərhal həmin velosipedi götürüb oğurlayaraq aşağı düşüb oradan çıxıb getmişdir. Həmin günü axşam saatlarında Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan yerə gedərək orada əvvəllər tanımadığı bir naməlum şəxsə 70 manata satmışdır. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, özünə məxsus 400 manat dəyərində olan “Stell Sport” markalı velosipedi yaşadığı Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi, ev 57A-nın 5-ci mərtəbəsində bloka qoymuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat təxminən 14:00 radələrində qeyd olunan yerdə velosipedin olduğunu görmüşdür. Həmin günü saat təxminən 16:00 radələrində Z.Əhmədova mənzildən bloka çıxdıqda velosipedinin orada olmadığını gördükdə velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Son olaraq ona dəymiş zərərin əvəzinin ödənilmədiyini, Şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə saat 10:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə cinayət işinin rədd edilməsi haqqında qərarı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx.xx.2022-ci il tarixdə saat 10:00-dan hesablanmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 iyul 2022-ci il tarixdən saat 10:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. “Femida” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən təqsirləndirilən şəxs Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar