Məhkəmə qərarları › İş №3(005)-2093/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2093/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2093/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Qurbanov Vüsal Rafiq oğlu, İcraatımda olan Şəxs barəsində inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati material daxil olmuşdur. Həmin materiala baxılması hakimin səlahiyyətinə aiddir. İşin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmişdir. İşin icraatını rədd edən və dayandıran hallar mövcud deyildir. İnzibati işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İnzibati iş üzrə vəsatət və etirazlar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 102.3, 109 və 109.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati material üzrə icraata başlanılsın. İşin açıq məhkəmə baxışı 15 iyul 2022-ci il tarixə saat 15:30-a təyin edilsin. (Nərimanov rayon Məhkəməsində, ünvan 1 ünvanda) Məhkəmə iclası Azərbaycan dilində aparılsın. Məhkəmə iclası inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin iştirakı ilə aparılsın. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar