Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2094/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi X5, Şikayət vermiş şəxs X2 iştirakları ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etməkdə məqsədi idarə etdiyi 50EV718 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ona tərtib olunan İXP ******* saylı qanunsuz protokol və onun qərarıdır. Belə ki, elektron informasiya sisteminə daxil olarkən barəsində məlumatsız olduğu xx.xx.2024-cü il tarixli, İXP6038529 saylı protokolu və ona əsasən verilmiş inzibati tənbeh haqqında qərarı görmüşdür. Həmin qərara əsasən inzibati xəta hadisəsi Nərimanov rayonu, X11 ərazisində törədilmişdir. Qeyd olunan qərar əsassız və qanunsuz olduğundan ləğv olunması üçün tərəfindən Nərimanov rayon məhkəməsinə müraciət edilmişdir. Bakı səhər Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-978 saylı qərarı ilə barəsində Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər X10 İdarəsinə tapşırılmışdır. Həmin qərardan qismən (işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İslər Nazirliyinin Bakı səhər X10 İdarəsinə tapşırılsın) hissəsində narazı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 899 saylı xx.xx.2024-cü il tarixli qərarı əsasında şikayəti təmin edilməmişdir. Səlahiyyətli orqan isə işin icraatda olduğu yəni icraya yönəlmədiyi bir vaxtda onun iştirakı olmadan yenidən eyni protokol əsasında xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh qərarı tərtib etmişdir. Həmin Qərar səlahiyyətli orqan tərəfindən rəsmi olaraq ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Səlahiyyətli orqanın bu qanunsuz hərəkətləri nəticəsində idarə etdiyi 50EV718 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur və hal-hazırda idarə edə bilmir. Hesab edir ki, qeyd olunanlar qanunsuzdur. Qeyd olunan Qərar məhkəmə icraatı dövründə və tərəfin iştirakı olmadan qəbul edilmişdir. İXM-nin 100-cü maddəsinin tələblərinə görə inzibati protokol tərtib edilərkən mütləq şəkildə qarşı tərəfə bildirilməlidir. İnzibati xəta xüsusi texniki vasitə ilə aşkarlanıbsa bunun göstəriciləri tərtib edilən protokolda mütləq qeyd olunmalıdır. Bu qanunvericiliyin tələbidir. İnzibati xəta ilə bağlı protokol ya səlahiyyətli orqan tərəfindən əyani şəkildə pozuntu aşkar olunduqda, ya da müvafiq pozuntu xüsusi texniki vasitə ilə aşkarlandıqda tərtib olunmalıdır. Ancaq müvafiq səlahiyyətli orqan onun xəbəri olmadan qeyd olunan inzibati xəta protokolu tərtib etmiş və onun iştirakı olmadan qərar çıxartmışdır. Əgər protokol əyani şəkildə aşkarlanmış İnzibati xəta ilə bağlıdırsa, o mütləq şəkildə yazılı qaydada tərtib olunmalıdır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində iş üzrə icraat aparılan fiziki və hüquqi şəxsin nümayəndəsi tərəfindən aparılır. Qeyd olunan protokola əsasən inzibati xətanın törədilmə vaxtı xx.xx.2024-cü il tarixi göstərilir, ancaq protokolun tərtib olunma vaxtı isə xx.xx.2024-cü il tarix qeyd olunub. Bu halda İXM-nin 101-cü maddələrinin tələblərini pozur. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd olunan normadan da göriiniir ki, səlahiyyətli orqan həm inzibati tənbeh barədə protokol və qərarı real vaxt rejimində, həm də onun əlavələrini yəni video görüntüləri elektron informasiya sisteminə yerləşdirməmişdir. Bu pozuntular qeyd olunan qərar və protokolun qanunsuz olduğunun bariz nümunəsidir. Qeyd etdiklərinin nəzərə alınaraq ərizənin təmin edilməsi, barəsində tərtib olunan 01.05..024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın tam şəkildə ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, X6 1.1, 1.3 və 1.11 nişanlarının tələblərini pozaraq təhlükəli qəza şəraiti yaratmışdır. Şəxs tərəfindən törədilmiş inzibati xəta X10nin əməkdaşı tərəfindən vizual olaraq aşkar edilmişdir. Bu səbəbdən də inzibati icraat Azərbaycan Respublikası İXM-nin 124-cü maddəsinin tələblərinə uyğun aparılmışdır. Hesab edir ki, “İnzibati tənbeh vermə haqqında” qərar qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri DYPİ-nin nümayəndəsi X7 tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd DVD-R formatlı diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:01-də Nərimanov rayonu, X11 küçəsində X6 idarə etdiyi “KİO SORENTO” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi müəyyən edilir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X1 rayonu, X11 küçəsində idarə etdiyi “KİO SORENTO” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı minik markalı nəqliyyat vasitəsi ilə tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Bu hal məhkəməyə təqdim olunmuş 01 ədəd DVD-R formatlı diskdə olan görüntülərlə tam təsdiqini tapır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2094/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2094/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver