Məhkəmə qərarları › İş №3(005)-2096/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2096/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2096/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 vəkili və nümayəndəsi Vəkil, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci il təsis edilmişdir. Məişət avadanlıqları idxalı və satış ilə məşğul olan cəmiyyət Almaniyanın “Teka” firmasının Azərbaycandakı rəsmi distrübüteridir. Az müddət fəaliyyət göstərməsinə baxmayaraq böyük uğurlar əldə etmişdir. Şirkət yerli müqavilələrlə yanaşı bir sira beynəlxalq müqavilələrədə imza atmışdır. X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin əməkdaşı tərəfindən 27 iyun 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 03 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunmuşdur. Şirkət 2014-cü ildə əməkdaşlıq etdiyi “CELNİ XOLOD” müəsisəsinin xx.xx.2024-cü il istehsalı tarixli, xx.xx.2026-cı il son istifadə tarixli, ümumi çəkisi 2870.40 kq və xx.xx.2024-cü il istehsal tarixli, xx.xx.2026-cı il son istifadə tarixli, ümumi çəkisi 1708.56 kq “OOO TORQOVAYA KOMPANİYA” dondurma partiyasına idxal sağlamlıq aktı verilməsi barədə Azərbaycan Respublikası Qida Təhkukəzisliyi Agentliyinin Bakı regional bölməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Qida Təhükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən imtina verilərək xx.xx.2024-cü il tarixli 103 nömrəli və xx.xx.2024-cü il tarixli 114 nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması məhv ediməsi və ya utilizasiyası haqqında” qərar qəbul edilmişdir. Cəmiyyət tərəfindən qəbul edilmiş hər 2 qərardan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə şikayət verilmiş şikayət təmin edilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, X6 Azərbaycan Respublikasının Qida Təhükəsizliyi Agentliyi Bakı X5 Baki İnzibati Məhkəməsinə şikayət vermişdir. İş hakim Tural Məlikovun icraatındadır. Qərarın əsaslığı subuta yerilməmişdir və işə baxılıb yekun qərar verilənədək barəsində verilmiş inzibati xətta haqqında qərar əsasızdır. Azərbaycan Respublikasının Qida Təhükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 03 iyul 2024-cü il tarixli MN № ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarın ləğv edilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 vəkili və nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, qeyd edilən qərar qanunsuz və əsassızdır. Bütün bunları nəzərə alaraq barəsində olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv olunaraq işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X7 məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarını müdafiə edərək bildirmişdir ki, dondurma məhsulundan nümunə götürülmüş, bakteriyalar aşkar olunmuş və qərar qəbul olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 103 nömrəli və xx.xx.2024-cü il tarixli 114 nömrəli qərarı icra etmədiyinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində 4000 (dörd min) manat miqdarında cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 24 may 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli AZ-AZ-20011175/LAB02-24003- T-003 saylı tədqiq nəticələrinə dair protokola əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Enterobacteriacea aşkar olunduğuna görə məhsul Azərbaycan Respublikasının Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 19 saylı qərarın tələblərinə cavab vermir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Rusiya Federasiyasından idxal olunmuş, xx.xx.2024-cü il istehsal tarixli, xx.xx.2026-cı il son istifadə tarixli, ümumi çəkisi 1708.56 kq istehsalçısı "OOO TORQOVAYA KOMPANİYA “CELNİ XOLOD" müəssisəsi olan dondurma məhsulu partiyası barədə qəbul edilmiş “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 114 nömrəli xx.xx.2024-cü il tarixli qərarı icra olunması üçün cəmiyyətə göndərilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli, 114 nömrəli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli. İD********** nömrəli Rusiya Federasiyasından idxal olunmuş, xx.xx.2024-cü il istehsal tarixli, xx.xx.2026-cı il son istifadə tarixli, ümumi çəkisi 1708.56 kq istehsalçısı "QOQ TORQOVAYA KOMPANİYA “CELNİ XOLOD” müəssisəsi olan dondurma məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli, 103 nömrəli qərardan görünür ki, “Az-Tex" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, İD********** nömrəli Rusiva Federasiyasından idxal olunmuş xx.xx.2024-cü il istehsal tarixli, xx.xx.2026-cı il son istifadə tarixli, ümumi çəkisi 2870.40 kq istehsalçısı "QOQ TORQOVAYA KOMPANİYA «CELNl XOLOD» müəssisəsi olan dondurma məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati şikayətin təmin edilməməsi haqqında” 13 iyun 2024-cü il tarixli, №006/2024 saylı qərardan görünür ki, "xxxx" MMC-nin şikayəti təmin edilməsin və Agentliyin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 103 nömrəli "Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında" Qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati şikayətin təmin edilməməsi haqqında” 13 iyun 2024-cü il tarixli, №007/2024 saylı qərardan görünür ki, "xxxx" MMC-nin şikayəti təmin edilməsin və Agentliyin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 114 nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” Qərar qüvvədə saxlanılmışdır. “Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 31.9-cu maddəsinə əsasən, aparılan nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir və idxalatçıya və ya onun səlahiyyətli nümayəndəsinə, habelə gömrük orqanına bu barədə bir gün müddətində kağız və ya elektron formada məlumat verilir. “Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 31.10-cu maddəsinə əsasən, bu Qanunun 31.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. “Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 31.11-ci maddəsinə əsasən, bu Qanunun 31.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş təhlükəli qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda, həmin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların məhv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunur və bu qərar əsasında həmin qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində məhv edilir. “Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 544.2ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar