Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2099/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət verən şəxs X5 nümayəndəsi X7 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli Qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12 Xidməti tərəfindən “Resant Consulting and Management" MMC-nin direktoru X13 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu protokol əsasında X12 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar verilmiş və həmin qərarda ona 4000 (dörd min) manat məbləğində inzibati cərimə yazılmışdır. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərar “RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC-nə xx.xx.2022-ci il tarixində daxil olub. Qərarda qeyd olunmuş İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Lakin, onun tərəfindən vətəndaş X8 qərarda qeyd edilən müddətdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) işə cəlb edilməmişdir. Bildirmək istəyir ki, vətəndaş X8 “RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC-də heç vaxt işləməyib. Həmin şəxs işə qəbul olmaq üçün CV-ni göndərib, lakin müsahibə mərhələsini keçməyib. Bundan əlavə, xx.xx.2022-ci il tarixində X8 tərəfindən "RESAN'T CONSULTİNG AND MANAGEMENT” MMC-yə və “İstanbul Meyhane" restoranına dair heç bir şikayəti olmadığını və işinə xitam verilməsinə dair teleqram göstərilib. Məlumat üçün bildirir ki. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 23 iyun 2022-ci il tarixli MN №1497535 nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 4 iyul 2022-ci il tarixində təyin olunmuşdur. Həmin görüşdə təyin olunub ki. sözü gedən protokol MN №1497536 “RESANT CONSULTİNG AND MANAGMENT» MMC-yə göndərdiyi protokolun məzmunu daşıyır. Odur ki. X12 tərəfindən inzibati xəta üzrə 2 eyni protokol tərtib olunub. Həmçinin xx.xx.2022-ci il tarixində 3(005)-2022/2022 saylı iş üzrə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranov sədrliyi ilə “Resanl Consulting and Management" MMC-yə veridliyi 23 iyun 2022-ci il tarixli MN №1497536 nömrəli inzibati xəta haqqında protokola əsasən eyni fakta və eyni şikayətçiyə dair məhkəmə icraatı aparılıb. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci madəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı oldunduğu halda həmin işə icraat başlanıla bilməz və ya başlanmış icraata isə xitam verilməlidir. Hesab edirlər ki, sözügedən protokol və qarar ciddi şəkildə volverilmiş qanun pozuntuları və uygunsuzluqlarla qəbul edilmiş, orada yazılanlar həqiqiətə uyğun olunmadığında etibarsız hesab edilərək ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X5 nümayəndəsi X15 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaş X8 əmək müqaviləsi qüvvəyə minmədən vəzifəli şəxs X13 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, X13 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və X13 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 04 iyul 2022-ci il tarixli, 22/302 42235 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı məlumat üçün X9 göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC -nin direktoru X10 ünvanlanmış 23 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 23 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 04 iyul 2022-ci il tarixdə saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X12 Xidmətinin Bakı şəhər İdarəsinə çağırılmışdır. Özünün və səlahiyyətli nümayəndənizin iştirakını təmin etməkləri və iş üzrə onlarda olan bütün sübutların təqdim olunması təklif olunmuşdur. Gəlmədiykləri və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədikləri halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə iştirakınız olmadan baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, «RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC-nin direktoru X13 vətəndaş X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən vəzifəli şəxs X13 tərəfindən xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək “RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla əlaqədar X2 ərizəsi X12 tərəfindən araşdırılmış və həqiqətən də X4 tərəfindən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə X12 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi tərəfindən MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli haqqında protokol tərtib olunmuş, protokola baxan X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X1 Emin Pənah oğlunun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən « RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC -nin vəzifəli şəxsi əmək qanunvericiliyinin tələblərini pozaraq işçi X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “RESANT CONSULTİNG ANDMANAGEMENT" MMCdə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu fakt işdə olan sübutlarla bir daha təsdiq olunmuşdur.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi « RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC -nin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş «RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC -nin direktoru X13 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliiyn tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, «RESANT CONSULTİNG ANDMANAGEMENT" MMC -nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2099/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2099/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver