Məhkəmə qərarları › İş №3(005)-2099/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2099/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2099/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, EQ 15041046 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15041046 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 08:20 radələrində ona məxsus ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti, X1rşısına yola çıxaraq, sağda ictimai nəqliyyatın hərəkəti üçün müəyyən olunmuş zolaqda hərəkət etməmək şərtilə yerdə nişanlanmış qırıq-qırıq xəttin tələbini gözləyərək ondan solda hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməklə sol cərgəyə keçərək hərəkətini davam etdirən zaman orada quraşdırılmış videomüşahidə kamerası bunu inzibati xəta kimi qeydə almış və bununla bağlı mobil telefonuna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmağı barədə SMS məlumatı göndərilmiş, daha sonra xx.xx.2023cü il tarixli “qərarlı” statusu ilə EQ 15041046 Protokol barədə məlumat verilmişdir. O, Z.Bünyadov prospektinə çıxarkən yolun sağ zolağı ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulduğundan sürücünün üzərinə həmin zolaqda hərəkət etməməklə yanaşı sol zolağa çıxmaq üçün qırıq-qırıq xətti ehtiyatla keçmək, eyni zamanda solda hərəkətdə olan nəqliyyat vasitələrini buraxmaq və onların keçməsini gözləməklə bərabər qəza şəraitini və təhlükəli vəziyyəti yaratmamaq kimi mürəkkəb vəzifə düşür. Ona görə də həmin vaxt bunları gözləməklə əməlində yol hərəkəti qaydalarına uyğunsuzluq olmamış, inzibati xətaya yol verməmişdir. Eyni zamanda qeyd edir ki, inzibati işlə bağlı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən Azərbaycan Respublikasın İXM-nin tələbləri pozulmuşdur. xx.xx.2023-cü il tarixdə inzibati xəta barədə onun mobil telefonuna SMS məlumatı ilə yanaşı qanunvericiliyin tələbinə uyğun şəkildə elektron qərar tərtib olunmalı və elektron kabinetə yerləşdirilməli idi. xx.xx.2023-cü il tarixdə qeydə alınan xəta ilə bağlı AR DİN və BDYPİ rəhbərliyinə elektron qaydada şikayət etsə də, bu günədək şikayətə baxılmamışdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin onun barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə olan xx.xx.2023-cü il tarixli EQ 15041046 nömrəli qərarının ləğv olunması və əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15041046 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 İXM-də nəzərdə tutulmuş yol hərəkəti qaydalarını pozaraq, idarə etdiyi ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən hərəkət zolağında çəkilmiş düz xətdin üzərindən keçmişdir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, EQ 15041046 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar