Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-21/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Borclu hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi - X1, X3 Xalıq oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən "xxxx" ASC barəsində MN seriyalı ******* nömrəli, 15.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-499/2020 saylı, 08.01.2020-ci il tarixli icra sənədinə əsasən Mustafayev Həmid Xalıq oğlunun 01.05.2008-ci il tarixdən 03.11.2009-cu il tarixə qədər "xxxx" ASC-də çalışdığı müddət ərzində məcburi dövlət sosial sığorta haqlarının əmək haqqına uyğun hesablanıb ödənilməsi borclu "xxxx" ASC tərəfindən qərəzli olaraq icra edilməmişdir. Bununla da borclu hüquqi şəxs "xxxx" ASC İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, icra sənədi şöbənin icraatına 14.02.2020-ci il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. 14.02.2020-ci il tarixdə "xxxx" ASC-yə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu "xxxx" ASC-nin 18.08.2021-ci il tarixli məktubuna əsasən X3 Xalıq oğlunun 01.05.2008-ci il tarixdən 03.11.2009-cu il tarixə qədər "xxxx" ASC-də çalışdığı müddət ərzində məcburi dövlət sosial sığorta haqlarının əmək haqqına uyğun hesablanması aparılmış, Mustafayev Həmid Xalıq oğlunun əmək haqqısından 3261,32 manat məbləğində dövlət sosial sığorta haqqı "xxxx" ASC tərəfindən 17.08.2021-ci il tarixdə Nərimanov rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Mustafayev Həmid Xalıq oğlunun sosial sığorta haqqı üzrə 3261,32 manat məbləğində pul vəsaiti 30.08.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının təqdim etdiyi bank hesabına köçürülmüşdür. İcra sənədinin icrası ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın 01,09.2021-ci il tarixli məktub göndərilmiş, cavab olaraq yuxarıda qeyd olunan məsələyə sığortaedən tərəfindən uçotda olduğu vergi orqanına müvafiq dövrlər üçün məcburi dövlət sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. İcra sənədinin icra olunması məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 20.09.2021ci il məktubunun nəzərdən keçirilərək, Nərimanov rayon məhkəməsinin 2(005)-499/2020 saylı, 08.01,2020-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi üçün borclu "xxxx" ASCyə məktub göndərilmiş, lakin borclu tərəfindən uçotda olduğu vergi orqanına müvafiq dövrlər üçün məcburi dövlət sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilməmiş və nəticədə icra sənədinin icrası borclu cəmiyyət tərəfindən təmin edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu "xxxx" ASC-yə dəfələrlə xəbərdarlıq məktubu göndərilməsinə və icra sənədinin tələblərinin dəfələrlə izah edilməsinə baxmayaraq borclu "xxxx" ASC icra sənədinin icrasından yayınmışdır. Bununla da borclu "xxxx" ASC Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədi üzrə tələbləri müəyyən edilmiş müddətdə icra etməmişdir. Məhkəmə iclasında iştirak edən borclu hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 tərtib olunmuş protokolla razılaşmamış və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 Xalıq oğlu məhkəmə iclasında "xxxx" ASC-nin qanuna müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-499/2020 saylı, 08.01.2020-ci il tarixli icra sənədinə əsasən Mustafayev Həmid Xalıq oğlunun 01.05.2008-ci il tarixdən 03.11.2009-cu il tarixə qədər "xxxx" ASC-də çalışdığı müddət ərzində məcburi dövlət sosial sığorta haqlarının əmək haqqına uyğun hesablanıb ödənilməsi borclu "xxxx" ASCnin üzərinə qoyulmuşdur. İcraata başlamaq haqqında 14.02.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-499/2020 saylı, 08.01.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. 14.02.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-499/2020 saylı, 08.01.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra olunması "xxxx" ASC xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X2 "xxxx" ASC barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 15.12.2021-ci il tarixli inzibati xəta haqqında protokola əlavəsindən görünür ki, icra sənədinin icra olunması məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 20.09.2021-ci il məktubunun nəzərdən keçirilərək, Nərimanov rayon məhkəməsinin 2(005)-499/2020 saylı, 08.01,2020-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi üçün borclu "xxxx" ASC-yə məktub göndərilmiş, lakin borclu tərəfindən uçotda olduğu vergi orqanına müvafiq dövrlər üçün məcburi dövlət sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilməmiş və nəticədə icra sənədinin icrası borclu cəmiyyət tərəfindən təmin edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu "xxxx" ASC-yə dəfələrlə xəbərdarlıq məktubu göndərilməsinə və icra sənədinin tələblərinin dəfələrlə izah edilməsinə baxmayaraq borclu "xxxx" ASC icra sənədinin icrasından yayınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" ASC məhkəmə qərarları ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqələrinin icrasını təmin etməmiş, icra sənədlərinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-21/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-21/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver