Məhkəmə qərarları › İş №3(005)-21/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-21/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-21/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi X1 ilə, Şikayət vermiş şəxs X4 iştirakı ilə X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarılarından verdiyi şikayəti açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə qəbul eidlmiş qərarlarının ləğv edilməsi və hər bir iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştriak edən şikayət vermiş şəxs X5 qərarların Baş X9 İdarəsi tərəfindən təqdim olunmadın, yalnız eyni gündə bir neçə qərarın elektron qaydada kabinetinə yerləşdirildiyini bildirmişdir və bu halların qanunsuz olduğunu bildirəərkə şikayətini müdafiə etdiyini və həmi qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə inzibati xəta materialı araşdırıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş bir neçə inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi prosedurunun, hər bir qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Bundan başqa X5 tərtib edilmiş hər bir inzibati xəta haqqında qərarı əldə edib həmin qərarı mübahisələndirməli olduğu halda, həmin qərarı əldə etməyərək iş materiallarına əlavə etməmişdir. Həmçinin şikayətdə bir neçə qərar olduğunu göstərsə də hansı qərarlar olması, həmin qərarların kimin barəsində qəbul edilməsi və inzibati xətanın hansı ərazidə törədilməsi qeyri müəyyən olmuşdur. Sadalanan hallar həmin qərarın mövcudluğunu şübhə altına almaqla yanaşı, həmçinin şikayətin məhkəmə aidiyyətinin müəyyən edilməsini də qeyri-mümkün edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin inzibati xəta haqqında qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar