Məhkəmə qərarları › İş №3(005)-2104/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2104/2022

02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2104/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin DYPŞ Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.6 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. AP seriyalı ******* nömrəli, 30 iyun 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, sürücü Şəxs dönmə əməliyyatı edərkən vət. X2 idarə etdiyi “Moon” markalı mopedlə toqquşub. Toqquşmadan sonra sürücü Şəxs hadisə yerindən yayınmışdır. Hadisə zamanı vət. X1 “yüngül” dərəcəli bədən xəsarəti dəymişdir. Sürücü Şəxs avtomobili idarə etmək üçün sürücülük hüququ olmayıb. xx.xx.2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsi tərəfindən məhkəməyə ərizədən görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunanları və Nərimanov rayon Polis İdarəsi tərəfindən daxil olmuş ərizəni nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar