Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2106/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 11 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:50-də Şəxs MMC-nin Bakı şəhəri Nərimanov rayonu, X7 küçəsi, ev 36 ünvanında yerləşən təsərrüfat subyekti üzrə lisenziya olmadan sürətli poçt xidməti həyata keçirdərək 122,50 manat gəlir əldə etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun təşkili Baş İdarəsi (bundan sonra "xxxx") Hüquqi şəxs GOLD R.N MMC-yə (bundan sonra "Maraqlı şəxs") qarşı tətbiq etdikləri MN ******* nömrəli İnzibati xəta haqqında pratakol ilə razı deyillər. Şəxs MMC ünvan 2 ünvanında Sürətli Poçt xidməti fəaliyyətini göstərir. Fəaliyyət göstərdiyinə dair qanunvericiliyin tələblərinə uyğun İNİL-124/2021 nömrəli 31 mart 2021 tarixli Xususi lisenziya almışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN XİDMƏT MƏRKƏZLƏRİ ) ilə xidmət müqaviləsi bağlayaraq Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzinə əməkdaşını ezam edərərk xidmət pəncərəsində yerləşdirmişdir. Şəxs MMC nin əməkdaşı Asan Xidmət Mərkəzində oturaraq vətəndaşlardan Poçtları qəbul edib Şəxs MMC-nin fəaliyyət göstərilən ünvanına göndərir. Fəaliyyət göstərilən ünvanda adreslər və alıcılar müəyyən olunub bandrollanır və poçt daşıması həyata keçirilir. Poçt xidmətinin həyata keçirilməsi isə Şəxs MMC nin yerləşdiyi ünvan 2 ünvanında müəyiyənləşir. Vergi Xidmətinin əməkdaşları da eyni ilə Asan xidmət mərkəzlərində xidmət göstərilər, bununla da bu anlama gəlir ki, Vergi Xidməti Asan Xidmət mərkəzlərində şöbə açıblar? Xeyir yalnız Vergi xidməti əməkdaşları Asan xidmət mərkəzlərinə ezam ediliblər. Bununla da Şəxs MMC-nin asan xidmət mərkəzləri strateji dövlət obyektinin içində obyekt kodu alıb orada obyekti qeydiyyata qoyması mümkünsüz hal olduğu nəzərə alınmalıdır. Dövlət Vergi Xidmətinin Şəxs MMC haqqında tərtib etdiyi MN ******* nömrəli protokolun müvafiq bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən protokol tətrib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 11 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərə alaraq hesab edirlər ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X5nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 36 ünvanında yerləşən təsərrüfat subyektində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X5nin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, KY242117767 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, Şəxs MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 36 ünvanında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plandankənar (növbədənkənar) X5nin həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, İNİL-124/2021 nömrəli “Xüsusi Lisenziya”dan görünür ki, Şəxs MMC-yə sürətli poçt xidmətinin göstərilməsinə lisenziya verilmişdir. Şəxs MMC-nin direktoru X.Y.Quliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01 saylı Əmrdən görünür ki, Şəxs MMC-nin inzibatçısı X4 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 12 ay müddətinə Bakı şəhəri, X7 küçəsi 36 ünvanında yerləşən ASAN 1 mərkəzinə ezamiyyətə göndərilmişdir. Orada müəssisə rəhbərliyi ilə kommersiya əlaqələrinin qurulması üçün lazımi tədbirlər görməsi və vəzifə öhdəliklərini yerinə yetirməsi, ezamiyyə xərclərinin mühasibatlıq tərəfindən normalara uyğun hesablanaraq ödənilməsi əmr edilmişdir. 17 aprel 2019-cu il tarixli, FYX-19/04/01 saylı “Funksional yardımçı xidmətin təşkilinə dair” Müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavədən görünür ki, bir tərəfdən "xxxx" MMCnin direktor vəzifəsini müvəqqəti icra edən X2 şəxsində, digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və öz nizamnaməsinə əsasən fəaliyyət göstərən Şəxs MMC-nin direktoru X3 şəxsində həmin Əlavəni imzalayaraq aşağıdakı məzmunda razılığa gəlmişlər: Tərəflər arasında bağlanmış “17” aprel 2019-cu il tarixli 19/04/01 saylı “Funksional yardımçı xidmət göstərilməsinə dair” Müqavilənin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 1.1. Bu Müqavilə ilə Sifarişçi 1, 2, 3, 4, 5, 6 saylı Bakı, Sumqayıt “ASAN xidmət" mərkəzlərində (bundan sonra - Mərkəzlər) poçt daşıma və kuryer xidmətlərin göstərilməsini, icraçı isə həmin xidmətlərin göstərilməsi üçün zəruri şəraitin yaradılmasını öhdəsinə götürür. Məhkəmə, ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir; 3.1-ci maddəsinə əsasən bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə sürətli poçt xidmətinin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli, İNİL-124/2021 nömrəli “Xüsusi Lisenziya” verilmişdir. 17 aprel 2019cu il tarixli, FYX-19/04/01 saylı “Funksional yardımçı xidmətin təşkilinə dair” Müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən bir tərəfdən "xxxx" MMC-nin direktor vəzifəsini müvəqqəti icra edən X2 şəxsində, digər tərəfdən Şəxs MMC-nin direktoru X3 şəxsində həmin Əlavəni imzalayaraq razılığa gəlmişlər ki, qeyd olunan Müqavilənin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 1.1. Bu Müqavilə ilə Sifarişçi 1, 2, 3, 4, 5, 6 saylı Bakı, Sumqayıt “ASAN xidmət" mərkəzlərində poçt daşıma və kuryer xidmətlərin göstərilməsini, icraçı isə həmin xidmətlərin göstərilməsi üçün zəruri şəraitin yaradılmasını öhdəsinə götürür. Şəxs MMC-nin direktoru X.Y.Quliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01 saylı Əmrə əsasən Şəxs MMC-nin inzibatçısı X4 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 12 ay müddətinə Bakı şəhəri, X7 küçəsi 36 ünvanında yerləşən ASAN 1 mərkəzinə ezamiyyətə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qanunvericiliyin tələblərinin pozulması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 398-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib edilmiş olmuş MN seriyalı ******* nömrəli, 11 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2106/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2106/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver