Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-211/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X1 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 518.1-ci maddəsi ilə 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar tərtib edilərək məcburi icra edilməsi üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə inzibati xəta haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, lakin iş materiallarında həmin protokol üzrə qəbul edilən qərarın icra edilməməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Həmçinin Şəxs barəsində tətbiq edilmiş cərimə tədbiri icra etmiş və bu barədə qəbzi məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı sənəd təqdim olunmadığından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X2 geri qaytarılmalıdır. Belə ki, İXM-nin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənləri və İXM-nin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsinə geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-211/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-211/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver