Məhkəmə qərarları › İş №3(005)-211/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-211/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-211/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Ağdam rayonu, Zəngişanlı kəndində anadan olan, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5 Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2509/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3126/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-2922/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-398/2022 nömrəli xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-892/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-960/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1562/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1589/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-1880/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2261/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3570/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-5164 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3006/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3481/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri 38 Saylı Notariat Ofisinin 8İ-987 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-876/2023 nömrəli, xx.xx.2023-cü il tarixli,Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1400/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etməyən borclu "Bakinşaat Group” MMC-nin rəhbəri Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməməsi ilə bağlı barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 15 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, “Bakinşaat Group“ Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu olduğu icra sənədləri üzrə tələb Bakinşaat Group“ Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs tələb olunmuş, lakin Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməmiş və icra sənədi üzrə öhdəliyi təmin etməmişdir. Nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, bəzi ödənişlər etmiş və hal-hazırda maddi sıxıntıları olduğundan digər ödənişləri edə bilməmişdir. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2509/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 61550,22 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3126/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 29370,90 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “Ruslan Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2021 -ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "Bakinşaat Group” MMC-dən 874372 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2021 -ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2922/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 1500 manat məbləğində inzibati cərimə tutularaq Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 62790,83 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-892/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 100000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-960/2022 nömrəli, xx.xx.2022-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən 21570 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1562/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 33328,57 manat məbləğində pul vəsaiti və 400 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur Nərimanov Rayon Məhkəməsinin 2(005)-1589/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 147605,12 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" X6 xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 3(005)-1880/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 6000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2261/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 12000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 37719,64 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməli, borclu tərəfindən 1900 ədəd tikinti avadanlıqları tələbkara geri qaytarılmalıdır. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3570/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 12036,53 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-5164 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 170,59 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3006/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 2.291083,45 manat məbləğində pul vəsaiti tələbkar Holcim (Azərbaycan) ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3481/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "Bakinşaat Group” MMC-dən cəmi 560913 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə digər tərəflərə göndərilmişdir Bakı Şəhəri 38 Saylı Notariat Ofisinin 8İ-987 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 2973,22 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-876/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 10000 ABŞ dolları məbləğində inzibati cərimə Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə digər tərəflərə göndərilmişdir Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1400/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 98679,90 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 16010 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə digər tərəflərə göndərilmişdir Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2509/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3126/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, “SC 1040FW8 Yük” markalı, 99-JG- 149 dövlət qeydiyyat nişanlı, “Kamaz 5410 Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, "964801 X9” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, "Kamaz 5511 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, "96480l yarımqoşqu sement daş” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, "Qaz 3302 yük” markalı, 90-JN- 151 dövlət qeydiyyat nişanlı, "Kamaz 5320 yük” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz 814 D yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin borclu "Bakinşaat Group” MMC-nin mülkiyyətində olduğu müəyyən olunmuş, həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-783/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə "Kamaz 5410 Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, "Kamaz 5511 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, "Qaz 3302 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz 814 D yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, qərardad icra olunması Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilmiş, xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitələri barəsində axtarış elan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 3(005)-2922/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə həmin nəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 89/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə "SC 1040FW8 Yük” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, "Kamaz 5410 Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, "964801 X9” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, "Qaz 3302 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz 814 D yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, qərardad icra olunması Azərbaycan Respublikası DİN BDYPİnə göndərilmiş, xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitələri barəsində axtarış elan edilmişdir. "Bakinşaat Group” MMC-nin borclu olduğu icra sənədlərinin sayı artmış, bu səbəbdən bütün icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə həmin nəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-604/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclu "Bakinşaat Group” MMCnə məxsus "SC 1040FW8 Yük” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, "Kamaz 5410 Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, "964801 X9” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, "Kamaz 5511 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, "964801 yarımqoşqu sement daş” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, "Qaz 3302 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, "Kamaz 5320 yük” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz 814 D yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, qərardad icra olunması Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilmiş, xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitələri barəsində axtarış elan edilmişdir. "Elektron İcra” İnformasiya Sistemində borclunun adına aşkar olunmuş nəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat verilməmişdən əvvəl eyni zamanda "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələbinə uyğun olaraq icra məmurunun qərarı ilə həbs qoyulmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin axtarışı ilə bağlı görülmüş tədbirlər barədə məlumat verilməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə məktub göndərilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X4 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, "Bakinşaat Group”-nin mülkiyyətində 1 ədəd Körpülü kran (yük/q 5 ton), 2 ədəd Körpülü kran (yük/q 10 ton), 2 ədəd Hava tutumu, 1 ədəd Tırtıllı kran RDK- 250 (yük/q 25 ton) aşkar edilmiş, həmin əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 285/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və icra olunması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X4 Agentliyinə göndərilmişdir. Qeyd edilən əmlaklar "xxxx" MMC-nin rəhbəri Şəxs tələb olunmuş, Şəxs həmin əmlakların müəssisənin ayrılmaz hissəsi olduğunu bildirmiş, bu səbəbdən müəssisəyə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, üzərinə həbs qoyulmuş əmlakların tikiliyə bitişik olduğu və tikilinin ayrılmaz hissəsi olduğu müəyyən olunmuşdur. Eyni zamanda əmlakların bitişik olduğu binanın üzərinə iddianın təmin tədbiri qaydasında həbs qoyulduğu məlum olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, "Bakinşaat Group”-nin mülkiyyətində XCMGZL-50GL markalı, AZ90K-305 dövlət qeydiyyat nişanlı frontal yükləyicinin, EO 3211 markalı, AZ10N-195 dövlət qeydiyyat nişanlı ekskavatorun, T-130 markalı, AZ10N-193 dövlət qeydiyyat nişanlı, DT 75 markalı, AZ10N-196 dövlət qeydiyyat nişanlı və DZ-42 Q markalı, AZ10N-194 dövlət qeydiyyat nişanlı buldozerlər aşkar edilmiş, həmin əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və icra olunması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinə göndərilmişdir. Qeyd edilən əmlaklar "xxxx" MMC-nin rəhbəri Şəxs tələb olunmuş, Şəxs həmin əmlakların hal-hazırda müəssisənin istifadəsində olmadığını və yeri barədə məlumatının olmadığını bildirmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun bank hesabları ilə bağlı xx.xx.2021- ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə inkasso sərəncamları qəbul edilərək müvafiq banklara göndərilmiş, lakin bank hesablarında pul vəsait aşkar olunmamışdır. xx.xx.2022- ci il tarixdə üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin təhvil verilməsi "xxxx" MMC-nin rəhbəri Şəxs tələb olunmuş, Şəxs hal-hazırda yalnız "Qaz 3302 yük” markalı, **- JN-*** dövlət qeydiyyat nişanlı və "Kamaz 5320 yük” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin müəssisənin ərazisində olduğunu bildirmiş, həmin nəqliyyat vasitələrinə baxış keçirilmiş, nəqliyyat vasitələrinin qənaətbəxş vəziyyətdə olduğu müəyyən olunmuş və Azərbaycan Respublikası CM-nin 303-cü maddəsinin tələb və mahiyyəti izah və elan olunmaqla Şəxs saxlancına təhvil verilmiş, həmin nəqliyyat vasitələrinin qiymətləndirilməsi məqsədilə xx.xx.2022-ci il tarixli qərarla "Heba Consulting” MMC-dən qymətləndirici dəvət edilmiş, xx.xx.2022ci il tarixli hesabata əsasən "Qaz 3302 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 11000 manat, "Kamaz 5320 yük” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 13000 manat dəyərində qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitələrinin açıq hərrac vasitəsilə satışını təşkil etmək məqsədilə "Külək” MMC-nə sifariş məktubu göndərilmiş, "Külək” MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə hərracda heç bir alıcı müraciəti olmadığından sifariş geri qaytarılmış, xx.xx.2023-cü il tarixdə həmin nəqliyyat vasitələri borcun 24000 manat hissəsinin əvəzi olaraq tələbkar "Elektrogas” MMC-nə təklif edilmiş, "Elektrogas” MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təklif qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə həmin nəqliyyat vasitələrinin "Elektrogas” MMC-nin adına rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə məktub göndərilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun rəhbəri Şəxs izahat alınmış, Şəxs izahatında müəssisənin hal-hazırda işləmədiyini, 4-5 ay müddətində müəssisənin fəaliyyətinə davam edəcəyini, şirkətin balansında olan əmlaklardan iki nəqliyyat vasitəsini icra qurumuna təklif etdiyini, digər nəqliyyat vasitələrinin yeri barəsində heç bir məlumatının olmadığını, üzərinə həbs qoyulmuş digər əmlakların yeri barədə məlumatsız olduğunu, həmin əmlakların ondan əvvəlki rəhbərin dövründə olduğunu, ona görə əmlakları təqdim edə bilmədiyini, qısa zaman ərzində hər bir tələbkara borcdan qismən də olsa ödəniş edəcəyini izahatında qeyd etmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəsində 1200 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərar Şəxs yaşadığı ünvan üzrə icra olunması üçün Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və inzibati cərimə Şəxs tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixdə borclunun rəhbəri Şəxs növbəti izahat alınmış, Şəxs izahatında müəssisənin hal-hazırda işləmədiyini, şirkətin balansında olan əmlaklardan iki nəqliyyat vasitəsinin hərraca çıxdığını, digər nəqliyyat vasitələrinin yeri barəsində heç bir məlumatının olmadığını, üzərinə həbs qoyulmuş digər əmlakların yeri barədə məlumatsız olduğunu, həmin əmlakların ondan əvvəlki rəhbərin dövründə olduğunu, ona görə əmlakları təqdim edə bilmədiyini, vəzifəli şəxs kimi inzibati qaydada cərimə olunduğunu, məhkəmə qərarlarının icrasından qətiyyən yayınmadıqlarını, onlara ödənilməli olan pulları ala bilmədiklərini, bank hesablarında daim sərəncam olduğunu, qısa zaman ərzində hər bir tələbkara borcdan qismən də olsa ödəniş edəcəyini izahatında qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ünvanına təkrar olaraq baxış keçirilmiş, baxış zamanı üzərinə həbs qoyulmuş "Mercedes Benz 814 D yük” markalı, 99- JA-520 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş, həmin nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin qənaətbəxş vəziyyətdə olduğu müəyyən olunmuş və Azərbaycan Respublikası CM-nin 303-cü maddəsinin tələb və mahiyyəti izah və elan olunmaqla Şəxs saxlancına təhvil verilmiş, həmin nəqliyyat vasitəsinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixli qərarla "Tərəqqi” MMC-dən qiymətləndirici dəvət edilmiş, xx.xx.2023-cü il tarixli hesabata əsasən "Mercedes Benz 814 D yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14000 manat dəyərində qiymətləndirilmiş, xx.xx.2023-cü il tarixdə həmin nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə satışını təşkil etmək məqsədilə "Külək” MMC-nə sifariş məktubu göndərilmiş, "Külək” MMC-nin xx.xx.2024cü il tarixli məktubu ilə hərracda heç bir alıcı müraciəti olmadığından sifariş geri qaytarılmışdır. Qeyd edilən nəqliyyat vasitəsi Şöbənin icraatına daxil olmuş ilk icra sənədi üzrə tələbkara təklif edilmiş, həmin tələbkar təklifi qəbul etmədiyindən Şöbənin icraatına daxil olma tarixi ilə növbəliliklə tələbkarlara təklif edilib. xx.xx.2023-cü il tarixdə borclu "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərək mə Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, yuxarıda sadalanan icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədlərinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar