Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2113/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili “Şimal” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 11 iyul 2022-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddasinin 3-cü hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Ə.Əliyev küçəsi 22 saylı ünvanın yaxınlığında “Saipa markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomaşınla, “Toyota” markalı **-OA-*** dövlət nömrə nişanlı avtomaşın və Toyota markalı **-TT-*** dövlət nömrə nişanlı avtomaşınlar toqquşmuşdur. Hadisə nəticəsində vətəndaş X1 boyun və sağ diz oynağın küt xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 20 may 2022-ci il tarixdə təxminən saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “SAİPA SAİNAminik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 45-50 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ilə, H.Əliyev prospekti istiqamətindən Təbriz küçəsi istiqamətinə 2 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı ilə hərəkət edirdim. Ə.Əliyev küçəsi ilə N.Hacıyev küçəsinin kəsişməsinə çatanda ondan qarşıda hərəkətdə olan “TOYOTA PRİUS-minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anidən əyləci basıb avtomobilinin sürətini dayanma həddinədək azaltdı. O da idarə etdiyi avtomobili dayandırmaq üçün əyləci basmışdır. Lakin, məsafə yaxın olduğuna görə avtomobili dayandıra bilmədi və nəticədə ön hissəsi “TOYOTA PRİUS-minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpıldı, zərbənin təsirindən sonuncu avtomobildə qarşıya gedib qarşısında dayanmış “TOYOTA PRİUS- minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpıldı. Toqquşma zamanı “TOYOTA PRİUS-minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan qadın bədən xəsarəti aldığını bildirdiyinə görə əyləşdiyi avtomobilin sürücüsü TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etdi. Qısa zamanda hadisə yerinə TTYS-nm həkim briqadası gəlib qadının bədənini müayinə edib xəstəxanaya apardılar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib araşdırmaya başladılar. Əməlindən peşman olduğu üçün barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclas zalında iştirak edən zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, zərərçəkmiş şəxs 20 may 2022-ci il tarixində saat 16:00 radələrində Toyota Prius-minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən taksi sürücüsünün avtomobilində olarkən avtomobilin arxa hissəsinə başqa bir avtomobillə toqquşması nəticəsində zərərçəkmiş şəxs xəsarət almışdır. Lakin daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə maraqlanmamış və üzərinə düşən bir sıra öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində zəruri tədbirlər görməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 xx.xx.2022-ci il tarixli, 543 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər 3-cü və 4-cü fəqərələrarası məsafənin mərkəzdən daralmasə və qabarması ilə müşayiət olunan boyunun gərilməsi və sağ dizin küt əşyanın təsirindən törənib, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqiliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-si ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2113/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2113/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver