Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2114/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı R.Ağəliyin 09 iyun 2022-ci il tarixli HK-1\557 rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozaraq onun idarə etdiyi “VAZ 21074-minik” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində inşa edilmiş körpünün üzərində hərəkətdə olduğu zaman “BMW 520 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və bədən xəsarəti alan olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 20 may 2022-ci il tarixdə, təxminən saat 23:10 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21074-minik” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 70 km sürətlə Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə, metronun “20 Yanvar” stansiyası istiqamətindən metronun Koroğlu stansiyası istiqamətinə, 2 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı ilə hərəkət edərkən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində inşa edilmiş körpünün üzərində hərəkətini davam etdirdiyi zaman ondan qarşıda, eyni istiqamətdə hərəkətdə olan “BMW 520-minik” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anidən əyləci basıb avtomobilini dayandırmışdır. O da idarə etdiyi avtomobili dayandırmaq üçün əyləci basmış, lakin idarə etdiyi avtomobili dayandıra bilməmiş və nəticədə ön hissəsi qarşısında dayanmış “BMW 520-minik” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı avtomobilinin arxa oturacağında əyləşmiş bacısı X1 alın nahiyəsi harasa dəydiyinə görə xəsarət almışdır. Ona görə də hadisədən sonra bacısını yoldan keçən taksi ilə X13 xəstəxanaya göndərmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib araşdırmaya başlamışlar. Sonda törətdiyi əməlindən peşiman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1 N-557 /102-6247/ nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:57-də, vət: Şəxs “DİN”-nin 102 zəng məlumat mərkəzinə məlumat verərək bildirmişdir ki, Karl Marks körpünün üzərində idarə etdiyi ‘Vaz 2107” markalı **-XD-*** dövlət nömrə nişanlı avtomaşınla, “BMV” markalı **-VV-*** dövlət nömrə nişanlı avtomaşın toqquşması nəticəsində xəsarət alan olmuşdur. Araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, 20 may 2022-ci il tarixdə, təxminən saat 23:10 radələrində qardaşı Şəxs etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “VAZ 21074-minik” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə getdikləri zaman o avtomobilin arxa oturacağında əyləşmişdir. Şəxs avtomobil ilə saatda 70 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə, metronun 20 yanvar stansiyası istiqamətindən metronun Koroğlu stansiyası istiqamətinə, 2 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı ilə hərəkət edərkən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində inşa edilmiş körpünün üzərində hərəkətini davam etdirdiyi zaman onlardan qarşıda, eyni istiqamətdə hərəkətdə olan “BMW 520-minik” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anidən əyləci basıb avtomobilini dayandırmışdır. Lakin Şəxs idarə etdiyi avtomobili dayandıra bilməmiş və nəticədə ön hissəsi qarşısında dayanmış “BMW 520-minik” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Fladisə zamanı alm nahiyəsi avtomobilin oturacağının arxa hissəsinə dəydiyinə görə özünü narahat hiss etməyə başlamışdır. Ona görə Şəxs onu yoldan keçən taksi ilə X13 xəstəxanaya göndərmişdir. Xəstəxanada həkimlər özünün və 2020-ci ildə doğulmuş oğlu X4 bədənini müayinə edib ciddi xəsarətləri olmadığım bildirib evə göndərmişlər. Araşdırma zamanı X6 izahat verərək bildirmişdir ki, 20 may 2022-ci il tarixdə, təxminən saat 23:10 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “BMW 520-minik” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 40- 50 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə, metronun 20 yanvar stansiyası istiqamətindən metronun Koroğlu stansiyası istiqamətinə 2 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı ilə hərəkət edərkən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində inşa edilmiş körpünün üzərində hərəkətini davam etdirdiyi zaman ondan qarşıda, eyni istiqamətdə hərəkətdə olan “OPEL ASTRA-minik” markalı, dövlət qeydiyyat nişanına baxmadığı avtomobilin sürücüsü əyləci basıb avtomobilini dayandırmışdır. O da əyləci basıb idarə etdiyi avtomobili ondan 2-3 metr arxada dayandırmışdır. Lakin ondan arxada hərəkətdə olan “VAZ 21074-minik” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin ön hissəsi ilə avtomobilinin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı sonuncu avtomobildə sərnişin olan qadın bədən xəsarəti aldığına görə avtomobilin sürücüsü onu taksi ilə xəstəxanaya göndərmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib araşdırmaya başladılar. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 xx.xx.2022-ci il tarixli, 513 nömrəli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər- alnın çapılmış yarası, sağ göz ətrafının qançırı küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya adiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 541 saylı MTE-nin rəyindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. X4 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan “Üzün səthi travması” diaqnozu xəsarətlərin obyektiv əlamətləri ilə əsaslandırılmadığından həmin diaqnozu xəsarət kimi qiymətləndirmək mümkün olmamışdır. “Materil üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2114/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2114/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver