Məhkəmə qərarları › İş №3(005)-2129/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2129/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2129/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyininin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-2(103)-275/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2(82)-403/2012 saylı, xx.xx.2012-ci il tarixli və sair icra sənədinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 10 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, icra sənədinin icrası borclu hüquqi şəxsin rəhbəri Şəxs tərəfindən üzrsüz səbəbdən icra olunmamışdır. Ünvanına göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq “İHQ Qanununun 3.2; 84.1 maddələrin tələblərinə biganə yanaşaraq icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyininin nümayəndəsi X5 "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı protokola əlavədə qeyd olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-403/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 292129,60 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Azneft” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)- 2122/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 164746,20 manat məbləğində pul tutularaq tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin“Azneft” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(82)- 343/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu "xxxx" QSC və “X1” MMC-dən cəmi 52240,33 manat müştərək qaydada tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-908/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 347491,66 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-217/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu “X1” MMC-dən cəmi 527876,35 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-275/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu “X1” MMC-dən cəmi 256108,80 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-475/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu “X1” MMC-dən cəmi 293350,11 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar “X4” LTD-nin xeyrinə tutulmalıdır. İcra sənədi müxtəlif tarixlərdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu "xxxx" MMCnin yerləşdiyi ünvana bildiriş gğndərilmişdir. İcra sənədi üzrə borclu "xxxx" MMC tərəfindən “Azneft” İB-nə 131559 manat, "xxxx" ASC-nin xeyrinə 25613 manat ödənilmişdir.Borclu "xxxx"MMC-nin əmlak vəziyyəti yoxlanılarkən onun adına bank hesabları aşkar olunmuş və müxtəlif tarixlərdə bank hesablarına inkasso sərəncamı tətbiq olunmuş, lakin bank hesablarında vəsait olmadığı üçün icra sənədlərinin icrası tam təmin edilməmişdir. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-403/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 292129,60 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Azneft” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-2122/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 164746,20 manat məbləğində pul tutularaq tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin“Azneft” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(82)-343/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu "xxxx" QSC və “X1” MMC-dən cəmi 52240,33 manat müştərək qaydada tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-908/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 347491,66 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-217/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu “X1” MMC-dən cəmi 527876,35 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-275/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu “X1” MMC-dən cəmi 256108,80 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-475/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu “X1” MMC-dən cəmi 293350,11 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar “X4” LTD-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs oğlu məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, yuxarıda sadalanan icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədlərinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar