Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2129/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, Bakı şəhər X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin sanksiyası çərçivəsində 40 manat inzibati cərimə tənbeh edilmişdir. O, həmin qərarla razı deyil, hesab edir ki, qərar qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Qeyd edir ki inzibati xəta haqqında qərar qəbul edilməsinə əsas olaraq məlumatverici-göstərici nişanın (5.9) tələbinə riayət etməyərək sürücünün avtobus nəqliyyat vasitələri üçün ayrılmış zolaq üzrə hərəkət etməsi göstərilmişdir. Qanunun tələbindən aydın olur ki, mahiyyət etibarı ilə 5.9 nişanının istifadəsində məqsəd sadəcə sürücünü yol hərəkətinin rejimi barədə məlumatlandırmaqdan ibarətdir. Qadağan və ya məcburi hərəkət istiqaməti nişanlarından fərqli olaraq 5.9 nişanı sürücünün həmin yolda hərəkətini qadağan etməyərək dispozitiv xarakter daşıyır və sürücüyə digər zolaq üzrə hərəkət etməyin üstünlüyünü bildirir ki, bu da özlüyündə inzibati xəta hadisəsinin mövcudluğunu istisna edir. Hazırki məsələyə münasibətdə deyilə bilər ki, dispozitiv xarakterli nişanın tələbinə riayət edib etməmək sürücünün şəxsi seçimidir, burada hansısa hüquqazidd və ya təqsirli sayılan əməldən, dolayısı ilə inzibati xətadan söhbət gedə bilməz, əksinə bu səbəbdən şəxs inzibati məsuliyyətə cəlb edilməklə qanunvericiliyin əsas prinsipləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda məlumatverici nişanın tələbinə riayət edilməməsinin inzibati tənbeh tətbiq edilməsinə əsas olaraq göstərilməsi konstitusion prinsiplərlə ziddiyyət təşkil edir. Göstərilənlərdən əlavə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Onun inzibati xətanı törətməyini təsdiq edən hər hansı sübut müəyyən edilmir. Onun 09 may 2024-cü il tarixdə yol nişanının tələbinə riayət etməməyi nə ilə sübut olunur? İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur, inzibati orqan xətanı təsdiq edən sübutlar qərara əlavə edilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq X5 məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda X5 məhkəmənin elektron poçt ünvanına ərizə təqdim edərək xx.xx.2024-cü il tarixə, saat 15:40-a təyin edilmiş məhkəmə iclasında vəkillik fəaliyyəti ilə bağlı olaraq iştirak edə bilməyəcəyini, şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, hazırki şikayətə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş yol patrul xidməti əməkdaşının ona verdiyi məlumata əsasən, Bakı şəhəri, Səttar Bəhlulzadə döngə 2 ünvanı Nəsimi rayonu ərazisinin yursdiksiyasına aiddir və X3 barəsində inzibati xəta haqqında protokol Nəsimi rayonu ərazisində tərtib olunmuşdur. Hesab edir ki, X3 şikayətinə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir.” Şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, inzibati xəta Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş vermişdir. Həmçinin iş materiallarından görünür ki, X1 rayonu Nizami kəndində qeydiyyatdadır və iş materiallarında onun Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşamasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhər X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə X3 şikayəti ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ Bakı şəhər X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə X3 şikayəti ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2129/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2129/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver