Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2130/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin İdarə Heyətinin sədri X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov həmin İdarənin tərtib etdiyi protokol üzrə vəzifəli şəxs kimi onun barəsində MN ******* nömrəli 22 avqust 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onu 1000 manat cərimə etmişdir. Qərarda göstərilmişdir ki, tərtib edilmiş 2022-ci il 08 avqust tarixli MN ******* nömrəli protokol üzrə X4 barəsində Azərbaycan Respublikası ƏM-nin 169-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq ona əmək haqqı və son haqq-hesab ödənilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İdarə göstərilən qərarı ASC-yə göndərməmiş, yalnız 8 (səkkiz) aydan sonra xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmin vaxtlar icra məmuru qərar barədə məlumat vermiş və o, İdarəyə müraciət edərək barəsində çıxarılan qərarın surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. İdarə 25 iyun 2023-cü il tarixdə barəsində çıxarılan qərarı ona təqdim etmişdir. Qərarla tanış olarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası ƏM-nin tələbləri pozulan dövürdə o, həmin ASC-də işləməmiş və İdarənin qərarından məlumatı olmamışdır. Həmin qanunsuz və əsassız qərarın ləğv edilməsinə dair məhkəməyə şikayət verilmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq prosessual müddətin ötürülməsinin səbəblərini üzürlü hesab edərək bərpa edib, şikayətin baxılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 prosessual müddətin bərpa olunmasına dair ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X6 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, şikayət ərizəsi qanunla nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə - 10 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur ki, bu da verilmiş şikayətin rədd edilməsi üçün əsasdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verilməsi üçün qanunla müəyyən edilən prosessual müddətin buraxılmasını üzrlü hesab etməyə əsas olan hər hansı tutarlı dəlil bildirmədi. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs X6 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verilməsi üçün qanunla müəyyən edilən prosessual müddət üzrsüz səbəbdən buraxılmış, buna görə də vəsatət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin İdarə Heyətinin sədri X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verilməsi üçün buraxılmış prosesual müddətin bərpa olunmasına dair ərizəsi təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2130/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2130/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver