Məhkəmə qərarları › İş №3(005)-2133/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2133/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2133/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan MR., Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, İsveç Krallığında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 18 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs icra sənədi verildiyi tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 10368.86 manat aliment borcu vardır. Bununla bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2015-ci il tarixdə daxil olmuş, xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Borclu ilə icra sənədinin icra olunması ilə əlaqədar dəfələrlə söhbət edilsə də, borclu icra sənədi üzrə öhdəliyini maddi imkansızlığı səbəbi ilə əlaqədar icra etmək imkanının olmadığını bildirmişdir. Bununla da borclu icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bir sözlə icra sənədinin icra olunması üçün yalnız hərəkətsizlik göstərilmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə tələbkara 10368.86 AZN məbləğdən 4399.54 AZN ödəniş etmişdir. Belə ki, uşaqlar 2019-cu il dekabr ayından 2022-ci il fevral ayı da daxil olmaqla atası və anasının yanında qalmış və bu zaman ərzində övladlarına özü baxmışdır. Odur ki, həmin müddət ərzində aliment ödəməmişdir. Eyni zamanda qalan 5969,32 AZN məbləğ hissəni isə maddi imkansızlığı səbəbindən icra sənədinin icrasını tam şəkildə təmin edə bilməmiş, eyni zamanda Azərbaycan Respublikasından kənarda İsveç Krallığında olduğundan və ödəmələrin həyata keçirilməsi üçün bank hesab nömrəsi verilmədiyindən ödəmələrin həyata keçirilməsində gecikmələr yaranmışdır. Hazırda da aliment ödənişlərini həyata keçirmək üçün ölkəyə gəldiyini və 5969,32 AZN məbləği 10 gün ərzində icra edə biləcəyini qeyd etmişdir. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi məhkəmə iclasında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, uşaqlar 2019cu ilin dekabr ayından 2022-ci ilin fevral ayı da daxil olmaqla atasının valideynlərinin yanında qalmışdır. Həmin hissədə alimentin tələb edilməməsi ilə razılaşmış, övladlarının öz yanında saxlandığı zaman ödənilməyən 5969,32 AZN aliment məbləğini ödənilməsini tələb etmişdir. Lakin əgər dediyi kimi Şəxs dediyi kimi 10 gün içərisində qeyd olunan məbləği ödəyəcəyini bildirirsə, bununla razılaşdığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, iddianın qismən təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs X1 xeyrinə hər ay hər uşağa 108 manat sabit pul məbləğində 216 manat alimentin tutulması, alimentin tutulmasının xx.xx.2015-ci il tarixdən başlayaraq hesablanması qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən 10368.86 AZN borcundan 4399.54 AZN vəsaitin tələbkar X1 xeyrinə ödənilməsi təmin edilmişdir. Eyni zamanda inzibati materiallardan görünürkü müxtəlif vaxtlarda Baxşıyeva Elnarə adına “Western union” vasitəsilə ödəmələr həyata keçirilmişdir. Bu, həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həm də zərərçəkmiş şəxsin izahatları ilə təsdiq olunur. Digər tərəfdən də iş materiallarından görünür ki, borclu Şəxs tərəfindən icra sənədi əsasında ödəmələr həyata keçirilərkən hərəkətsizlik nümayiş etdirilməmiş sonuncu ödəməni 2019-cu ilin oktyabr ayında həyata keçirmiş, 2019-cu ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək uşaqlar Şəxs valideynlərinin yanında qalmış, qalan müddət ərzində yaranan borcu isə 10 gün ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesabedir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun hesabınaödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Əlisoy Xalidə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar