Məhkəmə qərarları › İş №3(005)-2134/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2134/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2134/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X16, X14 və X15 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi vəya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X17 məhkəmə iclasında izahatında DİN tərəfindən verilmiş məlumat əsasında portaldan iş icazəsi alınmış X16, X14 və X4 ƏMAS sistemində əmək müqaviləsi bildirişinin olub-olmamasına dair araşdırılma aparıldığını bildirmişdir. Müəyyən olunmuşdur ki, X16, X14 və X15 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi vəya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. X17 protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxsnın nümayəndəsi X5 etiraz edərək bildirmişdir ki, Şəxs Qarabağ regionunda yükdaşıma və evakuasiya xidməti işləri ilə məşğuldur. Bunun üçün Şəxs şirkətlər ilə subpodrat müqavilələri bağlayır. İnzibati xəta haqqında protokol tərtib olunarkən Şəxs nümayəndəsinin izahatı alınmamış, onun müdafiə hüququ pozulmuşdur. X16, X14 və X15 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri olmuşdur. Onların işə qəbul edilməsi, əmək haqqları və əmək müqaviləsinə xitam verilməsi YÜK TAKSİSİ.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətlərinə daxildir. X13 Xidməti tərəfindən Şəxs MMC-yə göndərilən xx.xx.2024-cü il tarixli 3-17-5/2-40517/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, “2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına ƏƏSMN-in X1 Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bu faktı əsas götürən DƏMX"xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati protokol tərtib etmişdir. Həmin protokola əsasən şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli hesab olunur. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə şəxslərin adı, həmin əraziyə maneəsiz giriş-çıxış məqsədilə daxil edilir. Nərimanov Rayon Məhkəməsinə göndərilən inzibati xəta üzrə iş materiallarından görünür ki, DƏMX-in əmək müqaviləsi bağlanmadan işlədiyini iddia etdiyi şəxslər X16, X15, X10r. Həmin şəxslərdən X14 monitorinqin aparıldığı vaxt (2024-cü ilin may ayında) “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində icraçı şirkət kimi qeydiyyata alınan Şəxs MMC-nin əmək müqaviləsi üzrə işçisi olmuşdur (əmək müqaviləsi bildirişi əlavə olunur). DƏMX bu şəxsin “Əmək və Məşğulluq” altsistemində Şəxs MMC ilə əmək müqaviləsinin olduğunı necə müəyyən edə bilməmişdir. X16 və X15 isə, Şəxs MMC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi fəaliyyətə subpodratçı olaraq cəlb etdiyi "xxxx" MMC-nin işçiləri olmuşdur. Monitorinqin aparıldığı vaxt (2024-cü ilin may ayında) həmin şəxslərin qüvvədə olan əmək müqavilələri olmuşdur (əmək müqaviləsi bildirişi əlavə olunur). Şəxs MMC ölkə ərazisində sahibkarlıq fəaliyyətini müxtəlif subpodratçı şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirir. Həmin şirkətlərdən biri də "xxxx" MMC-dir. Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 01.01.022-cü il tarixli “Subpodrat müqaviləsi” qoşmaya əlavə edilir. Qeyd olunanları nəzərə alaraq “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi, bu ərazilərə maneəsiz giriş-çıxışın tənzimlənməsi məqsədilə yaradılmışdır. Hesab olunur ki, həmin informasiya sisteminin məlumatlarını ətraflı təhlil etmədən və dəqiq araşdırma aparmadan girişinə icazə verilən şəxslərin əmək müqavilələrinin olmaması və ya olsa belə, bu şəxslərin mütləq sistemə adı əlavə edilən icraçı şirkətin işçiləri olması yanaşmasını yanlış hesab edilir, bu cür dəyərləndirmə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarır və qanunvericilikdə də buna dair hər hansı imperativ tələb yoxdur. DƏMX tərəfindən Şəxs MMC-yə göndərilən xx.xx.2024-cü il tarixli 3-17-5/2-40517/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə əlaqədar onlar xx.xx.2024cü il tarixdə saat 10:30-da DƏMX-ə dəvət olunmuşdur. Həmin məktub onlara rəsmi qaydada xx.xx.2024-cü il tarixdə çatmışdır (poçt göndərişinin tarixçəsi əlavə olunur) və bu səbəbdən onlar həmin görüşdə iştirak edə bilməmişlər DƏMX isə, məktubun onlara çatıb-çatmadığını dəqiqləşdirmədən, prosessual hüquqlarını kobud şəkildə pozaraq iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata başlamış və barəsində inzibati protokol qəbul etmişdir. Bütün yuxarıda sadalanan hallar sübut edir ki, Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. O, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki Şəxsnın əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X16, X14 və X15 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi vəya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Şəxs (1-ci tərəf) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (2-ci tərəf) arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli müqavilədən görünür ki, 1-ci tərəf müvafiq xidmətlər üzrə (daşıma, anbar, təmizlik və s.) ona daxil olmuş sifarişləri 2-ci tərəfə yönləndirir, həmin Tərəf isə sifarişləri yüksək səviyyədə və lazimi şəkildə icra edilməsini təmin edir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “sürücü” vəzifəsində işləyən X16 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “sürücü” vəzifəsində işləyən X15 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “sürücü” vəzifəsində işləyən X14 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin pozulmasında təqsirli bilindiyi işçilər X16, X14 və X15 ilə əmək müqaviləsi Subpodratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq olaraq xx.xx.2023-cü il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixində bağlanmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və Məşğulluq” altsisteminə yerləşdirilmişdir. Subpodratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, sözügedən işçilərdən X11 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X6 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə (tərəflərdən birinin təşəbbüsü) ilə xitam vermişdir. Bundan başqa X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində inzibati material araşdırılarkən nə X3, X7 və X8, nədə Şəxsnın nümayəndəsinin iştirakı təmin olunmamış və onların izahatları alınmamışdır. Beləliklə inzibati icraat qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən X16, X14 və X15 əmək müqaviləsi vəya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Şəxs (1-ci tərəf) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (2-ci tərəf) arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli Subpodrat müqaviləsi bağlanmış və X16, X14 və X15 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri olmuşdur. Subpodratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, sözügedən işçilərdən X11 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X6 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə (tərəflərdən birinin təşəbbüsü) ilə xitam vermiş və onların əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Bununla da, X16, X14 və X15 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi vəya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi sübuta yetirilmişdir. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar