Məhkəmə qərarları › İş №3(005)-2135/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2135/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2135/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Şikayət vermiş şəxs- X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X8 və dövlət vergi müfəttişi X3 barəmdə MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokolda xx.xx.2020-ci il tarixdə saat 16:00-da xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmlakın siyahıya alınması haqqında qərarın icrası ilə əlaqədar cəmiyyətin ünvan 1 B ünvanında yerləşən ofisində rəhbər olaraq əmlakın siyahıya alınmasına şərait yaratmaması və maneə törətməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyim qeyd olunmuşdur. Barəsində tərtib olunmuş MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab etdiyi üçün imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X5 MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli qanunsuz və əsassız olaraq tərtib olunmuş inzibati xəta haqqında protokola əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunması ilə bağlı MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Barəsində tərtib olunmuş MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 545-ci maddəsinə nəzər salsaq görərik ki, maddənin dispozisiyası vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsindən bəhs edir. Yəni norma, qanunvericiliklə vergi orqanının əməkdaşlarının səlahiyyətlərinə aid edilmiş yaxud da qüvvəyə minmiş qərar əsasında müvafiq hərəkətləri etmək və ya ondan çəkilməkdən bəhs edir. Bildirir ki, burada vergi orqanının əməkdaşlarının qanuni tələblərindən söhbət belə gedə bilməz. Birincisi, 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən əmlakın siyahıya alınması barədə **********0 nömrəli xx.xx.2020-ci il tarixli qərar xx.xx.2020-ci il tarixdə onlayn kargüzarlıq sistemi vasitəsi ilə rəhbəri olduğu “xxxxxxxx” MMC-nin ünvanına daxil olmuşdur. Həmin qərarı qanunsuz və ədalətsiz hesab etdiyi üçün 28 nömrəli xx.xx.2020-ci il tarixli qərardan şikayəti yuxarı vergi orqanına ünvanlamışdır. Həmin şikayətə yuxarı vergi orqanı tərəfindən heç bir münasibət bildirilmədən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişləri əmlakı siyahıya almaq üçün “xxxxxxxx" MMC-nin faktiki ünvanına gəlmişlər ki, o da haqlı olaraq bunun üçün şərait yaratmamışdır. İkincisi, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş əmlakın siyahıya alınması barədə qərar əsaslandırılmamış (yəni, hansı zərurətdən dolayı əmlakın siyahıya alınması vacib hesab edilir), sadəcə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89- cü maddəsinə istinad edildiyi bildirilmişdir. Qeyd edir ki, AR VM-in 89-cu maddəsinin İİİ bəndinə əsasən, vergi orqanı iki halda (Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda və Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) vergi ödəyicisinin əmlakını siyahıya ala bilər. Hazırkı məqamda yuxarıdakı halların heç birini “xxxxxxxx” MMC-yə şamil etmək mümkün deyil. Çünki “xxxxxxxx” MMC nə riskli vergi ödəyicisidir, nə də vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Əsassız yazılmış vergi borclarının ödənilməməsinin tək səbəbi həmin qərarlarla bağlı Sumqayıt inzibati Məhkəməsində məhkəmə çəkişməsinin davam etməsidir. Məhz yuxarıda sadalanan hallar, onun barəsində heç bir qanuni əsas olmadan inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyinə dəlalət edir. Bu səbəbdən də həmin protokol və onun əsasında qəbul edilmiş qərarın inzibati xəta tərkibinin olmaması əsası ilə ləğv olunaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi daha məqsədəmüvafiqdir. Şikayət ərizəsi ilə müraciət etmiş Sahib Şərifov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş protokolu qəbul edirlər. Lakin həmin qərarı qanunsuz və ədalətsiz hesab etdiyi üçün xx.xx.2020-ci il tarixli qərardan şikayəti yuxarı vergi orqanına ünvanlamışdır. Həmin şikayətə yuxarı vergi orqanı tərəfindən heç bir münasibət bildirilmədən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişləri əmlakı siyahıya almaq üçün “xxxxxxxx" MMC-nin faktiki ünvanına gəlmişlər ki, o da haqlı olaraq bunun üçün şərait yaratmamışdır. Həqiqətdə isə o idarə ilə aralarında prinsip olduğundan ərizə ilə müraciət etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X7 tərəfindən verilmiş şikayət rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:00-da xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmlkaın siyahıya alınması haqqında qərarın icrası ilə əlaqədar olaraq cəmiyyətin ünvan 2 B ünvanında yerləşən ofisində olmuşlar, lakin cəmiyyətin rəhbəri əmlakın siyahıya alınmasına şərait yaratmamış buna mane törətmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, “xxxxxxxx” MMC-nin rəhbəri X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsinə əsasən vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarında qeyd edilən inzibati xətanın X7 tərəfindən törədilməsi iş materiallarında olan sənədlər, şikayət vermiş şəxsin inzibati xətanı törətməsinə dair etirafedici izahatı və inzibati qərar əsasında X4 törədilmiş inzibati xətada təqsirli bilinməsinin qanuniliyi mübahisə doğurmur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar