Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2135/2025 20.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru məmuru X9 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2811/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri icra edilməmiş və icra sənədləri üzrə 16150 manat aliment borcu yaranmışdır. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X9 protokola uyğun izahat verərək, bildirdi ki protokolda qeyd olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2811/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclunun 15980 manat və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən isə 5170 manat olmaqla, ümumilikdə 21150 manat borcu mövcud olmuşdur, bundan hissə-hissə ödənişlər etmiş, sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə 500 manat ödənmişdir, hazırda hər iki icra sənədi üzrə ümumilikdə 16150 manat borcu yaranmışdır. Məhkəmədən borclu barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından boyun qaçırmamışdır. Əvvəllər alimenti hissə-hissə ödəyib, sonra işləmədiyi üçün ödənişlər etməyib. Bildirdi ki, iş tapa bilmir, məşğulluq xidmətinə işsizliklə bağlı müraciət etməmişdir, Bakı şəhərində iş tapa bilir, lakin keçmiş həyat yoldaşı ona maneçilik törədir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2811/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2811/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, X5 xx.xx.2020cı il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2185/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün cavabdeh X5 tutulan alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh X5 hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X7 xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2811/2020 nömrəli, xx.xx.2020-ci il tarixli sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək tələbkəra borcunu ödəməmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları (əməlindən səmimi peşmançılığını), ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiqi tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev İş № 3(005)-2601/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 23 avqust 2024-cü il Bakı Şəhəri X19 Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X4, Zərərçəkmiş şəxs X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 ilə, X13nunAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 16:20-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X9, zərəçəkmiş şəxs (tələbkar) X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X13 məhkəmə iclasına gəlmişlər. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan azərbaycan dilində başa düşməklərini və danışa bilmələrini soruşur. İşdə iştirak edənlər hər biri ayrı- ayrılıqda azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrlik etdiyini, məhkəmə iclas katibinin Dilənova Aydan Vüsal qızının olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən iştirakçıların şəxsiyyətini və səlahiyyətini müəyyənləşdirir: Protokol tərtib etmiş şəxs: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X9 r): X11- xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikası Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan. Barəsində inzibati X13- xx.xx.1988-cü il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 yaşayan. Sədrlik edənin sualına barəsində inzibati icraat aparılan şəxsin cavabı: Barəsində inzibati icraat aparılan şəxs:- İnzibati xəta haqqında protokolla tanış olmuşam. Sədrlik edən işdə iştirak edənlərə onların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçılarının hər biri hüquq və vəzifələrinin onlara aydın olunduğunu bildirir. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədirlik edən əlavələrin olub olmamasını soruşur. Əlavələr daxil olmadı. Sədrlik edən icra məmuruna icra işini məhkəməyə təqdim etməyi təklif edir. İcra məmuru icra işi məhkəməyə təqdim edir. İşin baxılmasında iştirak edən şəxslərin izahatları dinlənilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X4 izahatı: - Hörmətli hakim! İnzibati xəta haqqında protokolda göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3649/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi borclu X13 tərəfindən icra edilməmişdir. Bununla da, X13 barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əlavə suallar daxil olmadı. Sədrlik edən zərər çəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası İXM-nin 530 və 532-ci maddələrində nəzərdə tutulan məsuliyyətini izah edir və ondan bu barədə iltizam alır. Zərərçəkmiş şəxs (tələbkar) X8 izahatı: - Hörmətli hakim! Ödənişinin tam şəkildə ödənilməsini tələb edirəm. Sədrlik edənin sualına X8 cavabı: -Şikayətçiyəm. Əlavə sual daxil olmadı. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3: - Hörmətli hakim! Uşaqlarımın saxlanılması üçün aliment pulunu hər ay verməyə çalışıram. Yığılmış məbləği tam olaraq hazırda ödəyə bilmirəm. Məhkəmə qərarının icrasından boyun qaçırmıram. Borcumu qısa zaman içərisində hissə-hissə ödəyəcəyəm. Sadəcə hal-hazırda ödəniş edə bilmirəm. Göstərilənlərin nəzərə alınmasını və barəmdə inzibati icraata xitam verilməsini xahiş edirəm. Sual daxil olmadı. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(005)-2135/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2135/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver