Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2137/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27422923 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27422923 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 15.01-də Nəsimi Rayon Ərazisində **-LS-*** nömrəli avtomobili idarə edərkən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta etməsinə dair protokol tərtib olunub. Həmin protokoldan ayrıca şikayət edərək nəqliyyat vasitəsinin tərəfindən idarə olunmasını bildirmişdir. Oğlu da eyni məzmunlu ərizə ilə elektron qaydada müraciət etmişdir. Bundan sonra protokol onun adına keçirilib. Paralel olaraq barəsində tətbiq olunan protokoldan özü də şikayət etmiş və bildirmişdir ki, protokolla razı deyildir. .Protokol işin faktiki hallarına uyğun değildir, təqsiri və əməlində inzibati xəta yoxdur. Bildirmişdir ki, mümkündürsə, iştirakı ilə təkrar araşdırma aparılsın, protokol ləğv edilsin və icraata inzibati xəta olmaması əsası ilə xitam verilsin. Lakin, şikayəti təmin edilməmişdir, bu üzdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, o, S.Vurğun küçəsi ilə üzü aşağı hərəkət edərkən işıqforun tələbinə riayət edərək, dərhal avtomobili saxlamış, "sarı" qadağa işarəsinin zolağının üzərində dayanıb qaydaları pozmamış və sol tərəfdən gələn avtomobillərin hərəkətini gözləmişdir. Daha sonra qırmızı işığın yaşıl işıqla əvəzləndiyi zamanda soldan gələn avtomobillər YHQ-nı pozaraq işıqforun tələbinə riayət etməmiş və "sarı"qadağa xətlərinin zolağının üzərində dayanmışlar. Bu zaman yaşıl işığın yarattığı imkandan istifadə edərək irəlidəki boşluğa doğru hərəkət etmişdir (nəqliyyat vasitəmin uzunluğunun 80% ölçüsündə, daha sonra nəqliyyat vasitəsinin tam ölçüsü boyunda) və sfetoforun səmtindəki xətti keçərək irəliləmişdir ki, sarı zolaqda dayanmış avtomobillər hərəkət edən o da hərəkət etsin. Lakin onlar yaşıl işığın yanma müddətində dayandıqlarından irəliləyə bilməmişdir.(onların qayda pozmalarına görə). Sonra,qırmızı işıq yandıqda o, artık sağ yan tərəfində yaranmış boşludan istifadə edərək geri deyil irəli getmişdir. Çünki arxada maşınlar olub. Bu zaman niyyəti "sarı”qadağa işarəsinin üzərində dayanıb soldan gələcək avtomibillərə mane olmamaq olub. Əməlimdə inzibati xəta yoxdur, çünki yol-hərəkəti qaydasını pozmamışdır. Ondan öncə hərəkət edən avtomobillər “sarı” zolaqlı məkanda, sfetoforun tələbinə riayət edib dayanmadıqlarından onun və onun yanında olan digər avtombillərin hərəkət istiqaməti üzrə yaşıl işıqda hərəkətinə mane olublar, bu isə, qırmızı işıqda "sarı"zolaq üzərində dayanma vəziyyəti yaratdığı üçün, geriyə deyil, irəliyə hərəkət edib hərəkətin dayanmamasına diqqət yetirmişdir. Sarı zolaq üzərində yaranmış boşluqdan istifadə edərək hərəkət istiqaməti üzrə avtomobili idarə edib vəziyyətdən çıxmışdır. Bu üzdən əməlimdə inzibai xəta tərkibi yoxdur. Dəlillərinə, şikayət və xahişinə baxmayaraq protokol ləğv edilməmiş, icraata xitam verilməmişdir. Barəsində İXM-nin 327.2-ci maddəsi ilə EQ 27422923 nömrəli elektron qərar qəbul edilmişdir. Bu barədə ona xx.xx.2025-ci il tarixdə B-15833 nömrəli məktubla məlumat verilmişdir. Hesab edir ki, araşdırma obyektiv, tam və hərtərəfli aparılmamış, qeyd etdiyi faktlar nəzərə alınmamışdır. Bu üzdən də qərarı əsassız və qanunazidd hesab edərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasınd aiştirak edən şikayət vermiş şəxs X5 şikayətə uyğun çıxış edərək heç bir qayda pozuntusunu törətmədiyini, video görüntüdəndə aydın olur ki, artıq avtomobilinin böyük hissəsi xətti keçmişdir. Buna görə də qərar əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak edə bilməmiş, lakin məhkəməyə inzibati xətanın törədildiyi müddəti əks etdirən görüntü təqdim etmiş və iclasın təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27422923 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunan DVD disk görüntüsündən və fotoşəkillərdən aydın olur ki, X2 idarə etdiyi “KİA K5” minik markalı **- LS-*** qeydiyyat nişanlı avtomobil qadağanedici işıqda keçərək İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi fakt müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Məhkəmədə tədqiq edilən vidogörüntüdən də aydın olur ki, X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 42-ci maddəsinin XV bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27422923 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2137/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2137/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver