Məhkəmə qərarları › İş №3(005)-2138/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2138/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2138/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir anadan olmuş, evli, orta təhsilli, taksi sürücü işləyən, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu, C.Məmmədquluzadə küç. ev 1də qeydiyyatda olan Abşeron ray.Xirdalan şəh. Nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Toğrul Məmmədovun 20 iyun 2023-cü il tarixli qərarından və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 may 2023-cü il tarixdə saat 20:14 radələrində idarə etdiyi idarə etdiyi «TOYOTA PRİUS (HİBRİD)» minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində düzünə hərəkət edərkən müştəri götürmək üçün ara məhəlləyə girmək məqsədi ilə sağa dönmə əməliyyatı edərkən manevretmə qaydalarını pozması nəticəsində ehtiyatsızlıq edərək onunla eyni istiqamətdə düzünə hərəkətdə olan sürücü X3 etibarnamə əsasında idarə etdiyi "Bajaj Pulsar NS 160" markalı 99 E 789 dövlət qeydiyyat nişanlı motosiklet ilə toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxslərə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təhqiqat araşdırması üzrə izahatı alınmış Şəxs qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat ən 20:14 radələrində etibarnamə əsasında idarə etdiyi "Toyota Prius- minik" markalı 580 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində 2 zolaqdan avtomobil yolunda sağdan 1-ci zolaqla saat da 25 km sürətlə düzünə hərəkət etmişdir.O idarə etdiyi avtomobil ilə müştərini götürmək üçün ara məhəlləyə girmək məqsədi ia dönmə işığını yandırmış və daha sonra məhəlləyə daxil olmaq istəmişdir.Bu zaman bir az arxada sağda hərəkət edən 99 E 789 dövlət qeydiyyat nişanlı motosikleti görməmiş və nəticədə idarə etdiyi avtomobilin sağ ön qabaq hissəsi ilə motosikletin ön sol hissəsi ilə toqquşmuşdur.Zərbənin təsirindən motosikletin sürücüsü müvazinətim saxlaya bilməyib, yerə yıxılmışdır. Bundan sonra o dərhal həmin şəxsə yaxınlaşaraq xəsarət alıb, almadığını soruşmuşdur.O da, ciddi bədən xəsarəti olmadığını demişdir.Bundan sonra hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşı və YPX əməkdaşı gələrək araşdırma aparmağa başlamış və o da həmin araşdırmada iştirak etmişdir.Hadisə zamanı o xəsarət almayıb, hadisə zamanı avtomobildə tək olmuşdur. Təhqiqat araşdırması üzrə izahatı alınmış X6 qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:14 radələrində o etibarnamə əsasında idarə etdiyi "Bajaj NS 160" markalı 99 E 789 dövlət qeydiyyat nişanlı motosiklet ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqla saatda 30 km sürətlə hərəkət etmişdir.O idarə etdiyi motosiklet ilə düzünə hərəkətdə olan zaman onunla sağda hərəkət edən "Toyota Prius-minik" markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən sağa dönərək həyətyanı sahəyə daxil olmaq istəmişdir.Bu avtomobilin sağ ön yan hissəsi ilə onun idarə etdiyi motosikletin ön sol hissəsi toqquşmuşdur.Zərbənin təsirindən o müvazinətim saxlaya bilməyib yerə yıxılmışdır.Bu zaman isə bədən xəsarətləri almışdır.Bundan sonra o DİN-nin 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir.Bundan sonra hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamışdır.O da həmin araşdırmada iştirak etmişdir.Hadisə zamanı o bədən xəsarəti almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 09 iyun 2023-cü il tarixli, 648 saylı MTE-nin rəyindən görünür ki 1996-ci il təvəllüdlü Hüseynov Elçin oğlunda aşkar edilmiş xəsarətlər-ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol aşıq baldır oynağının və sol ayağın yumuşaq toxumalarının şişkinlik əzilməsi-aşıq baldır oynağının iç səthinin, sol ayağı İ barmağı qançırları, sol diz oynağnın ön səthində, sol baldırın aşağı üçdə birinin arxa səthinin sıyrıqları-küt əşyaların təsirindən törənmişdir, qəranın təsviri hissəsində qeyd olunan xx.xx.2023-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın üddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Ərşad Məmmədov tərəfindən tərtib edilmiş HK-1 N 580/102-7083/ nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, saat 20:12-də DİN-in 102 Xidməti Mərkəzinə müraciət edən vət. X6 məlumat verərək, K.Rəhimov küçəsində idarə etdiyi Bajaj markalı 99-E-789 d.q.n-lı motosiklet ilə Toyota marl 530 d.q.n-lı avtomobilin toqquşması nəticəsində yüngül xəsarət almasını bildirmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş BB 332749 nömrəli, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ/ Gəncə Asan x.m tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; 2/16642 nömrəli, xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin X1 barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar