Məhkəmə qərarları › İş №3(005)-2139/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2139/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2139/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Füzuli anadan olmuş, evli, "xxxx" MMC-də sürücü işləyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Nadir Rza-zadənin 23 iyun 2023-cü il tarixli qərarından və xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ona təhkim olunmuş, yol vərəqəsi əsasında idarə etdiyi 67 saylı marşurut xətt üzrə Daewoo markalı ** MO *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Nərimanov rayonu F.X.Xoyski küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsinə çatıb işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək yolayırıcına daxil nəticəsində ehtiyatsızlıq edərək sürücü X1 etibarnamə ilə idarə etdiyi Vaz 21041 markalı ** BO *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində souncuya yüygül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Daewoo markalı ** MO *** dövlət nömrə nişanlı sərnişin avtobusun sürücüsü olan Şəxs şikayətçidir. Həmin sürücü onunla maraqlanmayıb ona heç bir tibbi və maddi yardım göstərməyib. Həmin sürücü avtobusu qırmızı işıqdan keçərək onun avtomobili ilə toqquşub. Avtomobili yararsız vəziyyətdədir. Ona dəymiş ziyanın ödənməsini ondan tələb edir. Avtomobilinə zərər dəymişdir. Şəxs barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qeyd edilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/16816 nömrəli, 29 may 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyəti olmamışdır; Təhqiqat araşdırması üzrə izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o ona təhkim olunmuş, yol vərəqəsi əsasında idarə etdiyi 67 saylı marşurut xətt üzrə Daewoo markalı ** MO *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Nərimanov rayonu F.X.Xoyski küçəsi boyunca üzü Həsənoğlu küçəsi ilə olan kəsişməyə doğru yolun soldan birinci zolağı ilə işıqforun yaşıl işığından 50 km sürətlə hərəkət edib həmin yolayırıcına daxil olub düzünə hərəkət edərkən sağ tərəfdən kəsişməyə yəni Həsənoğlu küçəsindən F.X.Xoyski küçəsi ilə kəsişməyə işıqforun qırmızı işığından daxil olan avtomobili görüb əyləcdən istifadə etsədə, idarə etdiyi avtobusun ön hissəsi ilə Vaz 2104 markalı avtomobilin sol qabaq və arxa tərəfləri bakavin hissələri toqquşub həmin maşını irəli sürünmüşdür.O maşından düşüb sürücüyə tərəf yaxınlaşmış, sağ qabaq qapı tərəfdən ətrafda olan insanların köməkliyi ilə onu oradan çıxartmışlar.Sonra hadisə yerinə PPXB yaxınlaşmış və daha sonr TTYS onu gəlib xəstəxanaya aparmışdır.Hadisə zamanı idarə etdiyi avtobusda təxminən 10-15 nəfər sərnişin olmuşdur.Avtomobil ilə toqquşmadan sonra hamısı avtobusdan özləri düşüb piyada çıxıb getmişdir, heç kəs xəsarət almamışdır.Kəsişməni keçəndə artıq işıqforun qırmızı işığı yanmışdır. Təhqiqat araşdırması üzrə izahatı alınmış X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15.15 radələrində o etibarnamə ilə idarə etdiyi VAZ-21041 markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospekti ilə hərəkət edib sağ tərəfə dönüb Həsənoğlu küçəsi ilə üzü Təbriz küçəsi ilə olan kəsişməni keçib Həsənoğlu küçəsi ilə üzü F.X.Xoyski küçələrin kəsişməsinə doğru yolun soldan birinci zolağı 30 km sürətlə hərəkət edib kəsişməyə çatmaış işıforun qırmızı işığı yanması səbəbindən avtomobili tam saxlamışdır.İşıqforun yaşıl işığı yanandan sonra onunla eyni istiqamətlə olan 3-4 avtomobil sol tərəfə yəni Gənclik tərəfə döndükdən sonra o hərəkətinə həmin istiqamətə yəni sol tərəfə dönərkən qəflətən üzərinə sərnişin avtobusun gəldiyini görüb avtomobili qaçıra bilmədiyi üçün avtobus qabaq hissəsi ilə avtomobilinin sol qabaq və arxa qapı tərəfləri ilə toqquşmuşdur. Zərbənin təsirindən avtomobil bərk əzilmiş və o da sıxışıb maşını içində qalmışdır. Maşından onu tanımadığı insanlar çıxartmışdır. Ona stol gətirib oturtmuşlar, daha sonra isə TTYS gəlib onu maşını ilə KTM-nə aparmışdır.O sonradan adı ona məlum olan Daewoo markalı ** MO *** dövlət nömrə nişanlı sərnişin avtobusun sürücüsü olan Şəxs şikaqyətçidir.Həmin sürücü onunla maraqlanmayıb ona heç bir tibbi və maddi yardım göstərməyib. Həmin sürücü avtobusu qırmızı işıqdan keçərək onun avtomobili ilə toqquşub.Avtomobili yararsız vəziyyətdədir.Ona dəymiş ziyanın tam ödənməsini ondan tələb edir.Hadisə vaxtı avtomobildə tək olmuşdur. Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AD 048571 nömrəli xx.xx.2014-cü il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BCD kateqoriyalı sürücüdür; xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ QİS tərəfindən verilmiş ABN 501891 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2104” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r; İş materiallarında olan Nəqliyyat vasitələrinin istifadə edilməsi(sürmək üçün) haqqında etibarnamədən görünür ki, Şəxs xx.xx.2023-xx.xx.2023 tarixləri ərzində qüvvədə olan etibarnə əsasında ** MO *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə etmək hüququna malikdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin X5 09 iyun 2023-cü il tarixli, 670 nömrəli sağlamlığa zərər vurmanın təyini barədə ekspert rəyindən görünür ki, Vət. X2 aşkar edilmiş xəsarətlər-boyunun arxa səthinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan -hematoması, döş qəfəsinin sol yarısının və sol əlin arxa səthlərinin sıyrıqları-küt əşyanın (əşyaların] təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Nadir Rza-zadətərəfindən 23 iyun 2023-cü il tarixdə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən iş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar