Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2145/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs "xxxx" ASC-nin baş direktoru Ayhan Keskinkılıçın vəkili X8, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan "xxxx" ASC-nin baş direktoru Ayhan Keskinkılıçın verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin baş direktoru Ayhan Keskinkılıç, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra “Əmək müfəttişliyi” adlanacaq) "xxxx" ASC-nin (bunda sonra “Korporasiya” adlanacaq) Baş direktoru Ayhan Keskinkılıç barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokola baxaraq, X3 istehsalat xəsarəti alması ilə əlaqədar əmək qabiliyyətinin 50 %-nin itirilməsinə baxmayaraq Korporasiya tərəfindən xəsarətə görə ödəncin xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməməsi qənaətinə gələrək xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Əmək müfəttişliyi qeyd olunan qərara əsasən Ayhan Keskinkılıçı Azərbaycan Respublikası İXM-nin (bundan sonra - İXM) 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 1500 manat məbləğində cərimə etmişdir. Qərarın surəti Korporasiyaya, Ayhan Keskinkılıça 04 iyul 2023-cü il tarixdə poçt vasitəsi ilə təqdim olunmuşdur. Hesab edirlər ki, qərar ləğv olunmalıdır. X4 "xxxx" ASC-nin işçisi olmuş və 01 aprel 2015-ci il tarixdə istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış, ona xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən dirsək oynağının funksional pozulması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, askiloza və ya kontrakturası, hərəkət həcminin müəyyən dərəcədə pozulması diaqnozu qoyulmaqla 3-cü dərəcəli əlillik verilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Korporasiya həmin tarixdən etibarən X3 xx.xx.2021-ci il tarixinədək əmək qabiliyyətini 50 % itirdiyinə görə əmək haqqının 50 % həddində ödənc ödəmişdir. xx.xx.2021-ci il tarixində X2 əlilliyi ləğv olunmuş, ona görə də ödəncin verilməsi dayandırılmışdır. Daha sonra X4 əlilliyinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə əlilliyin təyin edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş və xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beyin travmatik xəstəliyin nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu diaqnozu qoyularaq 3-cü dərəcəli əlillik verilmişdir. X3 xx.xx.2016-cı il tarixdə istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alması ilə əlaqədar Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 3-cü dərəcəli əlillik verilərkən dirsək oynağının funksional pozulması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, askiloza və ya kontrakturası, hərəkət həcminin müəyyən dərəcədə pozulması diaqnozu qoyulmuş, hazırda isə xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 3-cü dərəcəli əlillik verilərkən ona başqa diaqnoz, üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beyin travmatik xəstəliyin nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. X2 əvvəlki diaqnozu ilə hazırkı diaqnozu arasında uyğunsuzluq olduğu üçün X11-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 14 fevral 2023-cü il tarixli, 03-01/60 nömrəli məktubla müraciət etmiş, lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi şəxsin razılığı olmadan həmin şəxsə dair məlumatın, habelə həkim sirri təşkil edən məlumatın verilməsinin mümkün olmadığını qeyd edərək sorğularına cavab verməkdən imtina etmişdir. X3 istehsalatda xəsarət alması ilə əlaqədar əlillik təyin olunduğu üçün Korporasiya tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək mütəmadi olaraq ödənc verilmiş, xx.xx.2021-ci il tarixində növbəti müayinə zamanı onun əlilliyi ləğv olunduğu və daha sonra xx.xx.2022-ci il tarixdə ona əlillik təyin olunarkən əvvəlki diaqnozu ilə indiki diaqnozu arasında uyğunsuzluq olduğundan və Korporasiya tərəfindən bu uyğunsuzluğa aydınlıq gəlirilməsi mümkün olmadığından X3 ödəncin verilməsi diaqnozlardakı uyğunsuzluğa aydınlıq gətirilənədək müvəqqəti olaraq dayandırılmışdır. Beləliklə hesab edirlər ki, yuxarıda qeyd olunan səbəblərdən X3 ödəncin verilməsində Korporasiyanın Baş direktorunun təqsiri yoxdur və X10 bütün qeyd olunanlara aydınlıq gətirmədən əsassız olaraq Ayhan Keskinkılıç barəsində inzibati tənbeh tədbiri barədə qərar qəbul etmişdir. Qeyd olunanların nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayət vermiş şəxs "xxxx" ASC-nin baş direktoru Ayhan Keskinkılıçın vəkili X13 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X9 izahatında göstərdi ki, X2 "xxxx" ASC-nin Baş direktoru Ayhan Keskinkılıç tərəfindən hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar tərəflərindən müəyyən edilmişdir ki, X2 "xxxx" ASC-də istehsalat xəsarəti alması zamanı əmək qabiliyyətinin 50 %-nin itirilməsinə baxmayaraq xəsarətə görə ödənci xx.xx.2021-ci il tarixdən hesablanıb bugünədək ödənilməmişdir. Bununla da qanun pozuntularına yol verilmişdir. Buna görə də, "xxxx" ASC-nin Baş direktoru Ayhan Keskinkılıç barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında 20 iyun 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla Ayhan Keskinkılıç Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən qərar qanunauyğun qəbul edildiyindən ləğv edilməsi barədə verilmiş şikayət əsassızdır və həmin şikayətin təmin edilməməsini xahiş etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AK0003502 nömrəli əmək müqaviləsinə 9 saylı əlavədən görünür ki, 26 sentyabr 2012-ci il tarixdə "xxxx" ASC ilə X4 arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və X4 "xxxx" ASC-də İnfrastruktur Tikintisi Departamentinin Svay qazmaları bölməsinə maşinist vəzifəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli Müayinə Aktından olan Çıxarışdan görünür ki, X1 açıq baldır oynağının postravmatik kontrokturası, həmin oynağın osteoortrozu diaqnozu qoulmuş, 5 (beş) il müddətinə 3-cü dərəcəli əlillik verilmişdir (xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək). Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7592/2021 nömrəli qərarından görünür ki, iddianın təmin edilməsi, iddiaçı X3 qiymətləndirildiyi 05 fevral 2021ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, X3 üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beyin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu diaqnozu qoyulmuş, 5 (beş) il müddətinə əlillik verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaş X2 "xxxx" ASC-də istehsalat xəsarəti alması zamanı əmək qabiliyyətinin 50 %-nin itirilməsinə baxmayaraq xəsarətə görə ödənci xx.xx.2021-ci il tarixdən hesablanıb bugünədək ödənilməmişdir. Bununla da, "xxxx" ASC-nin Baş direktoru Ayhan Keskinkılıç tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmənin 18 iyul 2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 avqust 2023-cü il tarixli məktubundan görünür ki, V.Süleymanovun əlillik vəziyyəti ilkin olaraq dövlət tibb müəssisəsinin göndərişi əsasında elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əliliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixdən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə 5 il müddətinə (xx.xx.2021-ci ilədək) əlillik təyinatı barədə qərar qəbul olunmuşdur. Sonrakı dövrdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7592/2021 nömrəli qərarına əsasən Agentlikdə keçirilən əyani müayinə nəticəsində Vüqar Süleymanova Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ümumi xəstəlik səbəbindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beyin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu” diaqnozu ilə əlillik əlaməti təyin etmir qərarı qəbul edilmiş, lakin istehsalat zədəsi səbəbindən “Sol qamış sümüyünün iç topuğun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, pəncənin yarımçıxığından sonrakı vəziyyət. Sol aşıq baldır oynağının travmadan sonrakı artrozu. Sol aşıq baldır oynağının açıcı-bükücü kəskin kontrakturası.” diaqnozu ilə diaqnoz xx.xx.2021-ci il tarixdən (əmək qabiliyyətinin 50 faiz itirilməsi ilə) 5 il müddətinə (xx.xx.2026-cı ilədək) üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış əmək müqaviləsinə əsasən X4 ASC-də İnfrastruktur Tikintisi Departamentinin Svay qazmaları bölməsinə maşinist vəzifəsinə işə qəbul olunmuşdur. X4 "xxxx" ASC-də istehsalat xəsarəti alması zamanı əmək qabiliyyətinin 50 %-nin itirmiş və xəsarətə görə ödəncinin xx.xx.2021-ci il tarixdən hesablanıb bugünədək ödənilməməsi ilə bağlı X6 ərizə ilə müraciət etmişdir. X2 ərizəsi X10 tərəfindən araşdırılmış və həqiqətən də X2 "xxxx" ASC-də istehsalat xəsarəti alması zamanı əmək qabiliyyətinin 50 %-ni itirmiş və xəsarətə görə ödəncinin xx.xx.2021-ci il tarixdən hesablanıb bugünədək ödənilməməsi müəyyən olunmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə X10 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi tərəfindən 09 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, protokola baxan X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 "xxxx" ASC-nin Baş direktoru Ayhan Keskinkılıç barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən "xxxx" ASC-nin vəzifəli şəxsi əmək qanunvericiliyinin tələblərini pozaraq işçi X2 hüquqları pozulmuşdur. Bu fakt işdə olan sübutlarla bir daha təsdiq olunmuşdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 16 avqust 2023-cü il tarixli məktubla bildirmişdir ki, Vüqar Süleymanovun əlillik vəziyyəti ilkin olaraq dövlət tibb müəssisəsinin göndərişi əsasında elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əliliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixdən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə 5 il müddətinə (xx.xx.2021-ci ilədək) əlillik təyinatı barədə qərar qəbul olunmuşdur. Sonrakı dövrdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7592/2021 nömrəli qərarına əsasən Agentlikdə keçirilən əyani müayinə nəticəsində Vüqar Süleymanova Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ümumi xəstəlik səbəbindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beyin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu” diaqnozu ilə əlillik əlaməti təyin etmir qərarı qəbul edilmiş, lakin istehsalat zədəsi səbəbindən “Sol qamış sümüyünün iç topuğun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, pəncənin yarımçıxığından sonrakı vəziyyət. Sol aşıq baldır oynağının travmadan sonrakı artrozu. Sol aşıq baldır oynağının açıcı-bükücü kəskin kontrakturası.” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən (əmək qabiliyyətinin 50 faiz itirilməsi ilə) 5 il müddətinə (xx.xx.2026-cı ilədək) üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" ASC-nin Baş direktoru Ayhan Keskinkılıçın Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Ayhan Keskinkılıç barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliiyn tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, "xxxx" ASC-nin Baş direktoru Ayhan Keskinkılıçın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan "xxxx" ASC-nin baş direktoru Ayhan Keskinkılıçın verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2145/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2145/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver