Məhkəmə qərarları › İş №3(005)-2149/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2149/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2149/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Qazax rayonunda anadan olan,subay, ali təhsilli, Qazax rayonu, Sabir küçəsi ev 31-də qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 11 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində ünvan 1 ünvanında borclu "xxxx" MMC-nin rəhbəri Şəxs, "xxxx" MMC-nin borclu olduğu icra sənədi üzrə tələb vəzifəli şəxs kimi tələb olunmuş, lakin Şəxs tələbi icra edə bilmədiyini bildirmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 nömrəli, xx.xx.2022-ci il il tarixli icra sənədinə əsasən Şəxs öhdəliklərini icra etmir. Bu səbəbdən barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təzəliklə direktor təyin olunmuşdur. "xxxx" MMC-nin əvvəlki direktoru X4 idi. Şəxs qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 500 manat ödəmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zəif fəaliyyət göstərir. Pul əldə etdikcə təyinatı üzrə ödəyəcəyini bildirmişdir. Ona görə də hazırki işlə bağlı İXM-nin 528.1 maddəsinin tərkibi olmadıgından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında protokola ******* №-li inzibati xəta haqqında protokola əlavədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 25 iyul 2018-ci il tarixindən 01 aprel 2021-ci il tarixinədək ödənilməyən ödəniş üçün 10080 (on min səksən) manat pul, 01 aprel 2021-ci ildən başlayaraq hər ay 315 (üç yüz on beş) manat aylıq ödəniş və dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat məbləğində pul vəsaiti borclu "xxxx" MMC-dən tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. İcra sənədinin icrası könüllü təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumatda borclunun adına bank hesablarının, nəqliyyat vasitəsinin və daşınmaz əmlakın mövcud olduğu qeyd olunmuş, bank hesabları ilə bağlı xx.xx.2022-ci il tarixdə inkasso sərəncamları qəbul edilərək müvafiq banklara göndərilmiş, lakin borclunun bank hesablarında vəsait aşkar edilməmişdir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin "xxxx" MMC-nin adına olduğu müəyyən olunmuşdur. “Mersedes Benz minik” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Bank Standard” KB-da girov predmeti olduğu və məhkəmə qərarı üzrə 55034,78 ABŞ dolları məbləğində kredit borcunun olduğu məlum olmuşdur. Bu səbəbdən əmlaklarla bağlı tədbir görülməmişdir. Borclunun hüquqi ünvanında olan zaman "xxxx" MMC-nin həmin ünvanda fəaliyyət göstərmədiyi müəyyən olunmuş, borclunun əvvəlki rəhbəri X4 barəsində bütün zəruri icra hərəkətləri həyata keçirilmiş, Nərimanov Rayon Məhkəməsinin 3(005)-506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X4 barəsində 1200 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-620/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 3(005)-506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin əvvəlki rəhbəri X4 barəsində icra tədbirləri davam etdirilən zaman "xxxx" MMC-nin rəhbəri vəzifəsindən çıxarılmış və yerinə Şəxs təyin olunmuşdur. "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədinin icrası ilə bağlı nəzərdə tutulmuş könüllü müddət bitdikdən sonra o, şöbəyə çağırılmış, eyni zamanda onun istifadəsində olan mobil nömrəyə “Elektron İcra” İnformasiya Sistemi vasitəsilə “SMS” bildiriş göndərilmiş, lakin Şəxs şöbəyə gəlməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. İcra sənədi üzrə borcdan ödəniş olunmamışdır. Göstərilənlərə əsasən, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, iddia təmin edilərək, 25 iyul 2018-ci il tarixindən 01 aprel 2021 -ci il tarixinədək ödənilməyən ödəniş üçün 10080 (on min səksən) manat pul, 01 aprel 2021-ci ildən başlayaraq hər ay 315 (üç yüz on beş) manat aylıq ödəniş və dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən “İcraata başlamaq haqqında” qərarın və müvafiq bildirişlərin surətindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, e138520/2022-15-12 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş icra vərəqələrinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar