Məhkəmə qərarları › İş №3(005)-2151/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2151/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2151/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X4 iştirakları ilə, X4 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 17 iyun 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 17 iyun 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı Şəhər DYPİ-nin TP ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə 60 manat və 3 bal cərimə edilmişdir. Qeyd edir ki, bu qərar əsassızdır. xx.xx.2023-cü il tarixdə **-PS-*** nömrəli avtomobillə Xan Şuşinski küçəsindən Möhsün Sənani küçəsinə dönərkən Bakı şəhər DYP inspektoru onu saxlatdırıb 3.1 "Giriş qadağandır" yol nişanın tələbini pozduğunu bildirmişdir. O, şifahi olaraq etirazını bildirmişdir. İnspektor sənədlərini almış, şəkillərini çəkmişdir və yazılı protokol vermədən çıxıb getmişdir. Az sonra telefonuna İXM-nin 327.2-ci maddəsilə 60 manat cərimə olunmağı barədə sms gəlmişdir. Bu məsələ ilə bağlı nəqliyyat eksperti "AvtoStop" radio verilişinin aparıcısı Tural Yusifova, digər nəqliyyat eksperti Aqil Rəhimova və BŞDYPİ-nin Baş İnspektoru mayor Araz Əsgərliyə efirdən yol nişanlarının yolun hansı tərəfində quraşdırılması ilə bağlı sual vermişdir. Hər üçünün cavabı eyni olmuşdur. Belə ki, yol nişanları birmənalı olaraq yolun sağında olmalıdır. Azərbaycan Respublikasının X3 61-maddəsinin 7-ci bəndinə əsasən yol nişanları yolun sağında quraşdırılmalıdır. Qanunda deyildiyi kimi yol nişanı mütləq yolun sağında olmalı olduğu halda, qeyd olunan küçələrin kəsişdiyi yerdə Xan Şuşinski küçəsindən Möhsün Sənani küçəsinə döngədə yolun sağında heç bir yol nişanı olmadan bu qanunsuz və əsassız protokol yazılıb cərimə olunmuşdur. Bu qanunsuz protokolla bağlı xx.xx.2023-cü il tarixdə BDYPİ-nə şikayət vermişdir. Şikayətinə rəsmi cavab verilmədiyinə görə xx.xx.2023-cü il tarixdə BDYPİ-nə daha bir şikayət vermişdir. Yenə də şikayətinə rəsmi cavab verilmədiyinə görə Baş X10 İdarəsinə xx.xx.2023-cü il tarixdə daha bir şikayət vermişdir. Şikayətlərinə cavab gəlmədiyini görüb xx.xx.2023-cü il tarixdə BDYPİ-nin dəftərxanasına zəng edib şikayət ərizələrinə niyə cavab verilmədiyini soruşduqda onlar şikayətə hələ də cavab verilmədiyini bildirmişlər. Yalnız bundan sonra elektron poçtuna rəsmi cavab göndərilmişdir. Cavabda qeyd olunub ki, guya o, çağırışlara gəlmədiyinə görə şikayətinə onun iştirakı olmadan baxılıb və qərar qüvvədə saxlanılıb. Halbuki şikayətilə bağlı ona heç bir çağırış gəlməyib. Bundan sonra özü şəxsən BDYPİ-nə getmişdir və ona qanunsuz cərimə yazıldığını, şikayətlərinə vaxtında cavab verilməməsi, araşdırma üçün ona heç bir çağırışın gəlmədiyini bildirsə də heç bir nəticə olmamışdır. Bundan sonra o, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iş yenidən araşdırılması üçün Bakı şəhər DYPİ-yə göndərilmişdir. Lakin yenidən düzgün araşdırma aparılmamış və o, cərimə edilmişdir. Yekunda inzibati tənbeh vermə haqqında qərarın əsassız və qanunsuz qəbul edildiyinə görə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o, məsələni ictimailəşdirdikdən sonra Bakı şəhər DYPİ tərəfindən həmin ünvana artıq yol hərəkəti nişanı qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, şikayətin təmin edilməsinə etiraz edir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 17 iyun 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarının məhkəmə iclasında qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Möhsün Sənani küçəsində saat 09:57-də X7 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə cərimə edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 hərəkət etdiyi istiqamətdə yolun sağ kənarında “Giriş qadağandır” yol nişanı olmamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinə əsasən xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 17 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 17 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar