Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2152/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, özünə məxsus olan Land Rover X9 markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsi istiqamətində hərəkət edərkən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindəki yol ayrıcına sola dönmək məqsədi ilə sağdan ikinci zolaqla yaxınlaşarkən yolda hərəkət intensiv olduğundan zolağını dönəcəyi istiqamətə ən yaxın zolağa dəyişə bilmədiyi və yol ayrıcına qədər 1.18 məcburi hərəkət istiqaməti yol nişanlanmasını görmədiyi üçün sağdan ikinci zolaqla sola dönərək işıqforun yaşıl rəngli siqnalı yanan zaman yol ayrıcını dönmə siqnalından istifadə edərək keçmişdir. Bu zaman Yol Patrul Xidməti inspektoru ona “saxla” əmrini vermiş və onun dönmə əməliyyatının qanunazidd olduğunu qeyd etmişdir. O, inspektora intensiv hərəkətin təşkil olunduğu yol ayrıcında 1.18 üfüqi məcburi hərəkət istiqaməti yol nişanlanması təkrarlanmadığı üçün yol nişanlanmasının yol nişanlarının quraşdırılması standartı ГOCT 23457-86 və "Yol nişanlarının quraşdırılması texniki reqlamenti"-nin tələblərinə cavab vermədiyini və standartdan kənar quraşdırılmış nişana görə sürücünün məsuliyyətə cəlb oluna bilməyəcəyini bildirməsinə baxmayaraq, inspektor iddiasının əsaslı olduğunu bildirərək və onun narazılığını nəzərə alaraq ona İXP6335942 nömrəli protokolu qərarsız tərtib etdi. Protokol onun iştirakı olmadan araşdırıldı və TP6579159 nömrəli icra qərarı barəsində qəbul edildi. O, yol nişanlarının quraşdırılması standartı ГOCT 23457-86 və "Yol nişanlarının quraşdırılması texniki reqlamenti"-nin tələblərini nəzərə alaraq İXP6335942 nömrəli protokol əsasında barəsində verilmiş TP6579159 nömrəli xx.xx.2024 tarixli icra qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayət tamamilə əsasızdır. Bu səbəbdən də şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri DYPİ-nin nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd DVD-R formatlı diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:09-da ünvan 1 ünvanında X5 idarə etdiyi “X9” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanlarının tələblərinə riayət etməməsi müəyyən edilir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 21:09-da ünvan 1 ünvanında idarə etdiyi “X9” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanlarının tələblərinə riayət etmir. Bu hal məhkəməyə təqdim olunmuş 01 ədəd DVD-R formatlı diskdə olan görüntülərlə tam təsdiqini tapır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2152/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2152/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver