Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2153/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 602.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" QSC-də hərtərəfli yoxlama keçirilən dövrdə şirkətin rəhbərliyi tərəfindən Mərkəzi Bankın yoxlayıcı qrupuna xaricdə yerləşən "Alpaca Securities" şirkəti ilə olan təhrif edilmiş sənədlər təqdim olunmuşdur. Belə ki, qeyd edilən sənədlərlə bağlı "Alpaca Securities" şirkətinə elektron poçt vasitəsilə müraciət ünvanlanmış və həmin şirkət bu sənədlərin saxta olduğunu təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Şəxs nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz edərək bildirdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" QSC barəsində tərtib olunmuş xx.xx.2022-xx.xx.2023-cü il dövrü əhatə edən yoxlama haqqında hesabatda Cəmiyyət barəsində qeyd edilən bəzi nöqsan və çatışmazlıqlar ilə əlaqədar bildiriril ki, Cəmiyyət xx.xx.2021-ci il tarixdə investisiya fəaliyyətinin göstərilməsi üçün lisenziya (№ İŞ-08) alsa da faktiki olaraq investisiya şirkəti kimi fəaliyyətə 2023-cü ilin sonlarında başlamışdır. Nəzərə alınmalıdır ki, qeyd edilən nöqsanlar 2022-2023-cü illəri əhatə edir. Bu müddət ərzində, Cəmiyyət müxtəlif təşkilati və əməliyyat problemləri ilə üzləşmişdir. Bununla belə, 2023-cü ilin yay aylarından etibarən bu problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılmağa başlanmışdır. Şəxs Cəmiyyətə xx.xx.2023-cü il tarixdə təyin edilsə də həmin dövrdə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tələblərinin pozuntusu şəxsən onun tərəfindən törədilməmişdir. Mərkəzi Bank tərəfindən tərtib edilmiş protokolda nəzərdə tutulmuş qanunvericilik normalarının pozuntusu texniki olaraq Teymur Cəfəronun Cəmiyyətin qanuni təmsilçisi olduğu dövrə təsadüf etsə də şəxsən onun iştirakı və nəzarəti altında törədilməmişdir. O, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Şəxs barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində "X1 Şirkəti" QSC-də (investisiya şirkəti) xx.xx.2022-xx.xx.2023-cü il dövrlərini əhatə etməklə hərtərəfli yoxlama çərçivəsində qiymətli kağızlar bazarı haqqında qanunvericilik və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahələri qiymətləndirilmişdir. Yoxlanılan dövr ərzində qanunvericiliyin bir sıra müddəalarının pozulması faktları aşkarlanmış və həmin faktlar yoxlama hesabatında əks etdirilmişdir. Yoxlama nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 100.3-cü, 107.1.4-cü. 107-9.1-ci və 107-12.1-ci maddələrinin, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 31.7-ci, 31.9 cu, 32.2-ci, 32.3-cü, 33.3-cü, 38.11 -ci, 61.12-ci, 63.1-2-ci, 63.1.6-cı və 63.2-ci maddələrinin “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyat; keçirilməsi Qaydasının 3.4-cü, 3.5-ci, 13-cü, 17.1ci və 19.1 -ci bəndlərinin, “İnvestisiya şirkətini davamlı kapital tələbləri haqqında Qaydalar”nın 5.9.4-cü bəndinin, “Aktivlərin və öhdəlikləri inventarizasiyası Qaydaları”nın 2.13.-cü bəndinin, “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarımın 11.1-ci bəndinin, eləcə də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.4.1-ci, 4.4.4-cü, 4.5.1-ci, 4.10-cu, 4.6.3-cü, 10.1.1-ci, 10.1.2-ci, 10.1.4-cü, 10.1.5-ci və 21.7-ci maddələrinin tələblərinin pozulması halları müəyyən edilmişdir (anoloji tələblər xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş “Cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu”nun müvafiq olaraq 9.12.1 -ci, 9-2-ci, 9.2-ci, 12.1.1-ci, 12.1.8ci, 12.1.4-cü, 12.1.7-ci, 12.1.1-1-ci maddələrində də mövcuddur). Bununla yanaşı, İnvestisiya şirkəti tərəfindən yoxlama zamanı müştərisinə dair təhrif olunmuş sənədlərin yoxlama qrupuna təqdim edilməsi halı baş vermişdir. Eyni zamanda İnvestisiya şirkətində qeyd edilən pozuntularla bağlı məsuliyyət daşıyan əsas şəxsin şirkətin İcraçı direktoru olduğu müəyyən edilmişdir. Beləliklə, müəyyən edilir ki, “Troni İnvestisiya Şirkəti" QSC-də hərtərəfli yoxlama keçirilən dövrdə şirkətin rəhbərliyi tərəfindən Mərkəzi Bankın yoxlayıcı qrupuna xaricdə yerləşən "Alpaca Securities" şirkəti ilə olan təhrif edilmiş sənədlər təqdim olunmuşdur. Belə ki, qeyd edilən sənədlərlə bağlı "Alpaca Securities" şirkətinə elektron poçt vasitəsilə müraciət ünvanlanmış və həmin şirkət bu sənədlərin saxta olduğunu təsdiq etmişdir. İXM-in 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Şəxs tərəfindən İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də vəzifəli şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204-208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Məhkəmə iclasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, vəzifəli şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və barəsində 1.000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2153/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2153/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver