Məhkəmə qərarları › İş №3(005)-2157/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2157/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2157/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Günəhir ərazi dairəsi, Horavenc kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyevin 10 iyun 2024-cü il tarixli qərarından və 09 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 22:30 radələrində Koroğlu Rəhimov küçəsi ilə üzü Ak.Həsən Əliyev küçəsinin kəsişməsinə yol vərəqəsi ilə idarə etdiyi Toyota Prius markalı **-PK-*** d.q.n-lı avtomobili ilə hərəkətdə olduğu zaman işıqforun yaşıl işığından keçib Ak.Həsən Əliyev küçəsinə yəni, sola dönmə əməliyatını etdiyi zaman Koroğlu Rəhimov küçəsinin əks istiqamətində hərəkətdə olan BMW 530 markalı **-RY-*** d.q.n-lı avtomobillə toqquşmuş və toqquşma nəticəsində X26, X6, X10, X7, X14 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 22:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 13:25 radələrində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ilə üzü Ak.Həsən Əliyev küçəsinin kəsişməsinə yol vərəqəsi ilə idarə etdiyi Toyota Prius markalı **-PK-*** d.q.n-lı avtomobili ilə hərəkətdə olduğu zaman işıqforun yaşıl işığından keçib Ak.Həsən Əliyev küçəsinə yəni, sola dönmə əməliyatını etdiyi zaman Koroğlu Rəhimov küçəsinin əks istiqamətində hərəkətdə olan BMW 530 markalı 90- RY-333 d.q.n-lı avtomobillə toqquşduğunu bildirmişdir. Bundan sonra avtopmobilindən düşdüyündə BMW 530 markalı **-RY-*** d.q.n-lı avtomobil digər BMW 535 markalı 77- XE-216 d.q.n-lı avtomobilə dəyib dayandığını gördüyünü qeyd etmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təhqiqat araşdırması zamanı vətəndaş X22 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 22:30 radələrində Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə ona məxsus olan BMW 535 markalı **-XE-*** d.q.n-lı avtomobilini yanında əyləşən həyat yoldaşı X19 idarə edirmiş, lakin Ak.Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsində işıqforun sağa dönmə işığı yaşıl olduğu üçün həyat yoldaşı sağa dönmə əməliyyatını etmək istədiyində Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olan Toyota Prius markalı **-PK-*** d.q.n-lı avtomobil Ak.Həsən Əliyev küçəsinə dönərək əks yol ilə hərəkətdə olan BMW 530 markalı **-RY-*** d.q.n-lı avtomobilin yoluna çıxaraq toqquşduqdan sonra BMW 530 markalı 90- RY-333 d.q.n-lı avtomobildə onların avtomobilinin sol hissəsinə dəyərək dayanmışdır. Bundan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə ilə bağlı olaraq heç bir şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. O, verilən suallara cavab olaraq heç bir xəsarəti olmadığı üçün məhkəmə tibbi ekspertizadan keçmək istəmədiyini, onların avtomobilində həyat yoldaşı Lalə, qaynanası X8, Zümrüd Məmmədli və Kamran Məmmədli olduğunu, lakin heç bir şəxs xəsarət almadığını, bildirmişdir. Araşdırma zamanı vətəndaş X19 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 22:30 radələrində Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə həyat yoldaşı X15 məxsus olan BMW 535 markalı **-XE-*** d.q.n-lı avtomobili idarə etdiyi zaman Ak.Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsində işıqforun sağa dönmə işığı yaşıl olduğu üçün sağa dönmə əməliyyatını etmək istədiyində Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olan Toyota Prius markalı **- PK-*** d.q.n-lı avtomobil Ak.Həsən Əliyev küçəsinə dönərək əks yol ilə hərəkətdə olan BMW 530 markalı **-RY-*** d.q.n-lı avtomobilin yoluna çıxaraq toqquşduqdan sonra BMW 530 markalı **-RY- *** d.q.n-lı avtomobildə onun idarə etdiyi avtomobilin sol hissəsinə dəyərək dayanmışdır. Bundan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmiş və hadisə ilə bağlı olaraq heç bir şəxsdən şikayət və tələbinin olmadığını bidirmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş X26 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 22:30 radələrində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ilə özünə məxsus olan BMW 530 markalı **-RY-*** d.q.n-lı avtomobili ilə üzü “ABU Areana” istiqamətində hərəkətdə olduğu zaman Ak.Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsində işıqforun yaşıl işığından keçdiyi zaman Koroğlu Rəhimov küçəsinin əks istiqamətində hərəkətdə olan Toyota Prius markalı **-PK-*** d.q.n-lı avtomobil onun yoluna çıxdığı zaman toquşduqdan sonra Ak.Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsinə dönmək istəyən BMW 535 markalı **-XE-*** d.q.n-lı avtomobilə dəyib dayandığını bildirmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş X23 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 22:30 radələrində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ilə dostu Ömərin idarə etdiyi BMW 530 markalı **-RY-*** d.q.n- lı avtomobili ilə üzü “ABU Areana” istiqamətində hərəkətdə olduğu zaman Ak.Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsində işıqforun yaşıl işığından keçdiyi zaman Koroğlu Rəhimov küçəsinin əks istiqamətində hərəkətdə olan Toyota Prius markalı **-PK-*** d.q.n-lı avtomobil onların yoluna çıxdığı zaman toqquşduqdan sonra Ak.Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsinə dönmək istəyən BMW 535 markalı **-XE-*** d.q.n-lı avtomobilə dəydikdən sonra dayanmışdır Araşdırma zamanı vətəndaş X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlanıldı və telefon söhbəti zamanı özünün və həyat yoldaşı X2 və X4 heç bir şikayət və tələbinin olmadığını bildrmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov tərəfindən tərtib edilmiş 1_ HK № 532/102-6694/ nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:44 radələrində vətəndaş X23 DİN-nin 102 xidmətinə verdiyi məlumatda, Nərimanov rayonu, Ak.Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində BMW markalı **-RY-*** d.q.n-lı avtomobil, BMW markalı **-XE-*** d.q.n-lı avtomobil və Toyota Prius markalı **-PK-*** d.q.n-lı avtomobillərin toqquşması nəticəsində xəsarət alan şəxslərin olduğunu bildirmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/25148 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, X9 alkoqol sərxoşluğunun dərəcəsi “Ayıq” olduğu qeyd edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/25177 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi “Ayıq” olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 128-M saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X16 adma tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarətlər-baş və boyunun küt travması -küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə tarixdə yol nəqliyyat hadisəsi nəticəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 129-M saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X1 adına tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarətlər-başm küttravması-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə tarixdə yol nəqliyyat hadisəsi nəticəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 130-M saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X5 adma tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarətlər-sol baldır, döş qəfəsinin küt travmasıküt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə tarixdə yol nəqliyyat hadisəsi nəticəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 131-M saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X2 adma tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət-baş beyinin küt travması-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 132-M saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şəxs adma tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət-başm bərk əzilməsi-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə tarixdə yol nəqliyyat hadisəsi nəticəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 133-M saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X11 adma tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət-başm səthi travması –küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə tarixdə yol nəqliyyat hadisəsi nəticəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Yol yərəkəti haqqında Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin (Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 77-ci maddəsinin 1-ci hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar