Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2158/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, protokol Nərimanov RPİ-nin müstəntiqi Nadir Rzazadənin rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 11 may 2024-cü il tarixdə saat təxminən 19:55 radələrində ona təhkim olunmuş, yol vərəqəsi əsasında idarə etdiyi Kia Optima markalı ** BD *** dövlət nömrə nişanlı avtomobil ilə C.Hacıbəyli küçəsi ilə hərəkət edib sağ tərəfə dönüb Vaqif küçəsi ilə Göl adlanan yerin yaxınlığı ilə üzü Gənclik istiqamətinə doğru saatda 80-90 km sürətlə hərəkət edərkən əks istiqamətdə yolun bir hissəsində təmirlə bağlı dəmir lövhələr quraşdırıldığından və bununla da yolun hərəkət hissəsi eni azaldığından əks istiqaməti ayıran plasmas bardurları görüb sağ tərəfi ilə eyni istiqamətlə avtomobil hərəkət etmişdir. Ona dəyməmək üçün avtomobilini plasmas bardur tərəfə yəni sol tərəfə sürüb çəkib və həmin anda idarə etməni itirib əks hərəkət hissəyə keçib avtomobilinin önü ilə əks istiqamətdən hərəkət edən sonradan Honda İnsight markalı avtomobilin önü ilə toqquşmuş və zərbədən avtomobili çarpazvari dayanmışdır. O avtomobildən düşüb dərhal Honda markalı avtomobilin sürücüsünə yaxınlaşmış və ona köməklik etməyə çalışmışdır və hadisə yerinə təcili yardım çağırmış və 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Yol nəqliyyat hadisəsi onun yol hərəkəti qaydasını ehtiyatsızlıqdan pozamğı səbəbindən baş verib. Hadisə zamanı avtomobildə tək olmuş və heç bir xəsarətdə almamışdır. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK 1 №-534 (***-*******) nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:08-də DİN-nin 102 XZM-dən daxil olmuş məlumat, vətəndaş Şəxs zəng edərək, Dədə Qorqud parkının yanında idarə etdiyi Kia **-BD-*** d.q.n-lı avtomobil ilə Honda ** MK *** d.q.n avtomobil toqquşub hər iki tərəfin yüngül xəsarət almasını bildirdi. HK-2 №-9963 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:30-da KTM-dən həkim Qasımova məlumat verərək bildirdi ki, Dədə Qorqud parkının yanında YNH zamanı 1998-ci il təvəllüdlü X1 xəsarət almışdır. Araşdırma zamanı izahatı alınmış X3 izahatında bildirmişdir ki,xx.xx.2024-cü il tarixdə saat 19:50 radələlərində o etibarnamə əsasında idarə etdiyi Honda İnsight markalı ** MK *** dövlət nömrə nişanlı avtomobil ilə F.X.Xoyski küçəsi iıə üzü Azpetrol YDM-n tərəfə hərəkət edib Vaqif küçəsi ilə üzü C.Hacıbəyli küçəsi ilə olan kəsişməyə doğru yolun soldan birinci zolağı ilə saatda 40-50 km sürətlə hərəkət etmişdir, lakin Vaqif küçəsində sağ tərəfdə yolun hərəkət hissəsində təmir olduğundan yol daralmış və sağ tərəfdə qoruyucu dəmir lövhələr quraşdırıldığından yolda sıxlıq olmuş və o avtomobilinin sürətini satada təxminən 10-15 km sürətinə azaltmış və soldan birinci zolaqla artıq iki avtomonbilin hərəkət etməsi üçün olan yol ilə hərəkətinə düzünə davam edərkən qəflətən görmədiyi halda avtomobilinin qabaq sol tərəfinə bərk zərbə dəymişdir.Nəticdə avtomobili çarpazvari dayanmışdır.O,toqquşma nəticəsində xəsarət almışdır.Toqquşma əks istiqamətlə hərəktədə olan Kia Optima markalı avtomobilin əks tərəfə keçəklə yolu ayıran plasmas bardurlara dəyib sonra onun avtomobilinə çırpılması səbəb olmuşdur.Hadisədən sonra təcili yarıdm onu gəlib KTM-nə aparmışlar.O həmin sürücüdən şikayətçidir, tələbi qarşı tərəf sürücü avtomobilinə dəymiş maddi ziyanı tam ödəməsidir.Hadisə zamanı avtomobildə tək olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 Məhkəmə-tibbi ekspertizanın 541 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, vət. X2 almış olduğu xəsarətlər - ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ mil - bilək oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi və hematoması, burunun, sağ diz oynağının və bayır səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yo hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin İ bəndinə tələbinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2158/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2158/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver