Məhkəmə qərarları › İş №3(005)-2159/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2159/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2159/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “DOSTLUQ” LTD şirkətinin vəkili X1 iştirakı ilə, “DOSTLUQ” LTD şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 237.1 və 239-cu maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “DOSTLUQ” LTD şirkəti barəsində İXM-in 237.1 və 239-cu maddələri ilə MN seriyalı ******* nömrəli, 04 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “DOSTLUQ” LTD şirkəti tərəfindən Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, məhəllə 2096, küçə 507 ünvanında yerləşən “DOSTLUQ” LTD şirkətində (alüminium profillər istehsalı) atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə qurğuların quraşdırılmadığı və müəssisədaxili monitorinqlərin aparılmadığı müəyyən olunmuşdur. Nəticədə ““DOSTLUQ” LTD şirkəti tərəfindən İXM-in 237.1 və 239-cu maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “DOSTLUQ” LTD şirkətinin vəkili X3 protokola yazılı etiraz və hesabatları təqdim edərək protokolda göstərilənlərlə razı olmadığını bildirdi və Şəxs rəhbərliyinə ünvanlanan 05 iyul 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, məhəllə 2096, küçə 507 ünvanında fəaliyyət göstərən Şəxs tərəfindən ətraf mühitin istehsalat monitorinqinin, fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatın aparılmadığı, 2TG statistik hesabatların təqdim edilmədiyi, ətraf mühitə atılan zərərli maddələrin qarşısını ala biləcək qurğu və avadanlıqların olaması müəyyən olunmuşdur və bununla Ekoloji qanunvericiliyin və İXM-nin 237.1 və 239-cu maddəsinin tələbləri pozulmuşdur. Sözügedən faktla əlaqədar olaraq Şəxs təqsirli bilinərək barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunmuşdur. İnzibati xəta artıq 2014-2015ci ildən baş vermişdir. Göründüyü kimi, inzibati xətanın baş verdiyi gündən 8-9 ilə yaxın vaxt keçmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxsnə qarşı tərtib etdiyi protokollar müddət ötürüldüyü səbəbindən ləğv olunmalıdır. Əlavə olaraq qeyd etmək istəyir ki, Şəxsndə tərtib olunmuş protokollarla bağlı nöqsanlar tam olaraq aradan qaldırılmışdır. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “DOSTLUQ” LTD şirkəti tərəfindən İXM-in 237.1 və 239-cu maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmır və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 iyun 2023-cü il tarixli 80417 saylı monitorinq aktından görünür ki, idarənin xx.xx.2023-cü il tarixli 049 №-li sərəncamına əsasən “DOSTLUQ” LTD şirkəti tərəfindən ətraf mühiin mühafizəsi haqqında AR Qanununun 18-ci maddəsinin ətraf mühitin müəssisə istehsalat monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar) tələblərinin qanunun 24-cü maddələrinin ətraf mühitin çirkləndirilməsinə və təbii resuslardan istifadəyə görə ödənişlər), eyni zamanda AR NK-nın Ətraf mühitinin çirkləndirilməsinə görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırmaq, təbiətdən istifadəçilərdən X4 sahəsində fəaliyyətini tənzimləmək və onların məsuliyyətini artıqmaq məqsədilə xx.xx.2022-ci il tarixli 308 №-li qərarları ilə təsdiq edilmiş yeni ödəniş normativləri əsasında ödənişlərin X4 üzrə Dövlət Fonduna ödənilməsi tələblərinin yerinə yetirilməsi ilə bağlı tərəfimizdən araşdırılma zamanı “DOSTLUQ” LTD şirkəti-nin əsas fəaliyyət istiqamətini, beton istehsalı daşınması, pompalama işləri və bununla bağlı digər texniki işlər olduğu müəyyən olundu. Özünü həmin şirkətin direktoru adlandıran icraçı direktoru kimi göstərən X2 şirkətin 1997-ci ildən fəaliyyət göstərdiyini fəaliyyət dövründə ekoloji ekspertiza rəyi alınmadığını, həmçinin 2007-ci ildə alınmış ekoloji pasportun müddətinin 2012-ci ildə bitdiyini, bitdiyi halda yenidən aidiyyatı üzrə müraciət olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli “DOSTLUQ” LTD şirkətinin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, ‘‘X4 haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 nömrəli Qərarına, həmin qərara edilmiş dəyişikliklər barədə 17 avqust 2022-ci il tarixli 308 nömrəli Qərarla təsdiq edilmiş yeni ödəniş normativlərinə əsasən rəhbərlik etdiyiniz müəssisənin istehsalat monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılması və ətraf mühitə atılan (axıdılan və yerləşdirilən) tullantılara görə hesablanmış ödənişlərin hər ayın 10-dan gec olmayaraq “X4 üzrə Dövlət Fondu”na ödənilməsinin təmin edilməsi ilə əlaqədar sizə xx.xx.2022-ci il tarixli 26/1389 nömrəli məktubla müraciət olunmuş, lakin tərəfinizdən bununla bağlı idarəyə heç bir məlumat təqdim edilməmiş və ödənişlərin qeyd edilən fonda ödənilməsi təmin edilməmişdir. Odur ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11:00-da idarəyə gəlməyiniz və ya səlahiyyətli nümayəndə (etibarnamə ilə birlikdə) göndərməyiniz xahiş olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 59.3cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən intina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir və göstərilən tarixdə üzrlü səbəb olmadan idarəyə gəlinməsə və ya həmin tarixə qədər gəlməmələrinin səbəbləri barədə İdarəyə məlumat verilməsə barəsində olan inzibati xəta haqqında işə iştirakları olmadan baxılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, Yaşıl EV” MMC (VÖEN: **********), X7 şəxsində, digər tərəfdən, bundan sonra “Sifarişçi” adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "Dostluq LTD” Şirkətinin (VÖEN: **********), icraçı direktor Nizami İsayev şəxsində «Sifarişçi» müəssisənin fəaliyyətiilə əlaqədar tələb olunan ekoloji normativ sənədin hazırlanması xidmətlərinin göstərilməsini «İcraçı»ya sifariş verməyi və razılaşdırılmış xidmət haqqını ödəməyi, «İcraçı» isə «Sifarişçisnin müəyyən etdiyi qaydalarla razılaşdırılmış xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürməsi qeyd olunmuşdur. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli “Tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti” haqqında müqavilədən görünür ki, Şəxs, direktoru İsayev Nizami şəxsində, və digər tərəfdən Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC şirkəti, direktoru Əliyev Süleyman şəxsində müqavilədən görünür ki, Podratçı, bu Müqavilənin şərtlərinə əsasən Şifarişçiye tullantılann yığılması, atılması, zərərsizləşdirilməsi, eləcə də təkrar emalı və Müqaviləyə əlavədə qeyd olunmuş digər xidmətləri (Xidmətlər) göstərir, Sifarişçi İsə görülmüş İşləri qəbul edib Qiymət razılaşma protokolunda müəyyən olunmuş məbləği Müqavilədə müəyyən edilmiş şərtlərlə Podratçıya ödəməyi öz öhdəsinə götürməsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən rəsmi statistika hesabatları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilmişdir və nəticələr aradan qaldırılmışdır və eyni zamanda İXM-nin 38-ci maddəsində nəzərdə tutulan müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 239-cu maddələrində nəzərdə tutulan əməli törətməsi ilə bağlı İXM-nin 38.1 maddəsində göstərilən müddətlər keçdiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 40, 43, 53, 75, 76, 84,114-115, 128-130 və 239, 271, 243.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 239-cu maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar