Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2171/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs – X5, Barəsində inzibati xəta haqqında icraat aparılan –Fətullayeva (Əhədova) Yasəmən Saday qızının və onun müdafiəçisi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Fətullayeva (Əhədova) Yasəmən Saday qızı barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Fətullayeva (Əhədova) Yasəmən Saday qızı barəsində MN seriyalı ******* nömrəli, 19 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Fətullayeva (Əhədova) Yasəmən Saday qızı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7570/2019 saylı, 16 avqust 2019-cu il tarixli icra sənədi üzrə ümumilikdə 8.000 manat məbləğində qızıl zinət əşyaları borclu Fətullayeva (Əhədova) Yasəmən Saday qızı tərəfindən verilməmişdir. Bununla da Fətullayeva (Əhədova) Yasəmən Saday qızı İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2171/2022 saylı, 19 iyul 2022ci il tarixli qərarı ilə Fətullayeva (Əhədova) Yasəmən Saday qızının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2056/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı ilə tələbkar X9 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərarının apelyasiya şikayətinə münasibətdə ləğv edilməsi və inzibati xəta haqqında iş materiallarının yenidən baxılaraq hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fətullayeva (Əhədova) Yasəmən Saday qızı tərtib olunmuş protokolla razılaşmayaraq ifadəsində göstərmişdir ki, icra sənədinin könüllü icra olunması üçün çoxsaylı cəhdlərinə baxmayaraq, tələbkar icra sənədində göstərilən qəzəl saat və qızıl üzüyü qəbil etməkdən imtina edir. Bu səbəbdən də icra sənədini tam icra edə bilmir. Hazırda məhkəmə iclas zalında da həmin əmlakı tələbkara qaytarmaq üçün özü ilə gətirmişdir. X14 həmin əşyaları qəbul etmir. Həmin qızıl saatın və qızıl üzüyün İlham Əhədova məxsus olması təqdim etdiyi videogörüntülərlə də təsdiq olunur. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan qızıllar ona məxsus deyildir. Bu səbəbdən də özünə məxsus əşyalarının təqdim edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, Şəxs icra vərəqəsinin icrasından yayınmaq məqsədilə tamamilə başqa qızılları təklif edir. Qeyd edilənlərə əsasən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7570/2019 saylı, 16 avqust 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, “Mercedes 250D, ** XO ***” dövlət qeydiyyat nişanlı avtomobilə X9 və X3 bərabər hissələrdə paylarının tanınması, birgə nikahda əldə edilmiş evə aid olan əşyalara tərəflərin bərabər hissələrdə paylarının tanınması, cavabdeh Yasəmən Əhədovadan 950 ABŞ dolları pul vəsaiti, 1 ədəd dəyəri 7000 manat olan qızıl kişi qol saatı və 1 ədəd dəyəri 1000 manat olan qızıl kişi üzüyü, olmadığı təqdirdə isə onların dəyəri X5 xeyrinə tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzilə iddiaçı X3 3/5 hissədə, cavabdeh X5 2/5 hissədə paylarının tanınması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7570/2019 saylı, 16 avqust 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7570/2019 saylı, 16 avqust 2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra olunması X2 xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2171/2022 saylı, 19 iyul 2022ci il tarixli qərarından görünür ki, Əhədova (Fətullayeva) Yasəmən Saday qızının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2056/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarından görünür ki, tələbkar X9 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərarının apelyasiya şikayətinə münasibətdə ləğv edilməsi və inzibati xəta haqqında iş materiallarının yenidən baxılaraq hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fətullayeva (Əhədova) Yasəmən Saday qızı məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqinin icrasını təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Həmçinin, məhkəmə iclası zamanı təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, video görüntülərdə X5 istifadə etdiyi 01 ədəd qol saatı və 01 ədəd üzük ilə Fətullayeva (Əhədova) Yasəmən Saday qızının məhkəmə iclasında təqdim etdiyi əşyalar arasında eynilik müəyyən edilməmişdir. Bununla da, Fətullayeva (Əhədova) Yasəmən Saday qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Fətullayeva (Əhədova) Yasəmən Saday qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Fətullayeva (Əhədova) Yasəmən Saday qızı Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2171/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2171/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver