Məhkəmə qərarları › İş №3(005)-2172/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2172/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2172/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 275.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-01741/24 nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, BBGİ Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/009058 saylı xx.xx.2024 il tarixli raporta əsasən, Şəxs MMC ünvanına 77JF833/99YC833 saylı nəqliyyat vasitəsilə ö ərazisinə daxil olmuş yüklər **********9984 saylı gömrük bəyannaməsi ilə gömrük orqan bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı faktiki gömrük bəyannaməsində göstəri malların 678 saylı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallara aid edildiyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə qeyd edilən faktla bağlı Təhqiqat şöbəsində araşdır başlanılmışdır. Aparılan araşdırma zamanı xx.xx.2024-cü il tarixində Şəxs MMC-nin direktoru X3 izahatında X2 idarəsinin rəyi ilə razı olmadığını, idxal etdiyi mail qablaşdırmada istifadə edildiyini, həmin malların hazırda Binəqədi rayonu, Rəsulzadə qəsət Baksol 1 ərazisində yerləşən anbarda olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs direktoru X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxsnə qarşı tərtib edilmiş 00100-01741/24 nömrəli, 09 iyul 2024cü il tarixli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olduğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/009058 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən "xxxx" MMC ünvanına 77JF833/99YC833 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük **********9984 sorğu "ömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı faktiki gömrük bəyannaməsində göstərilən malların 678 saylı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ekspertizanın aparılması və istehsalçının rəsmi saytının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına **********/1810/011 saylı xx.xx.2023-cü il tarixli invoysun 1-4cü mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümünələr 3 növ, plastmasdan, birdəfəlik istifadə üçün yararlı, qapaqlı stəkanlardır, İnvoysun 1-ci mövqeyi üzrə idxal olunan yükdən təqdim edilmiş nümünə “Стакан ПЕТ 300 мл, прозрачный” adlı “Veqqo 01 PET S09” nişanlı, tutumu 300ml olan, pomidorların, giləmeyvələrin qablaşdırması, həmçinin sərinləşdirici içkilər, kokteyllər, soyuq qəhvələr üçün nəzərdə tutulmuş stəkanlardır, invoysun 2 və 3-cü mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümünələr “Стакан ПЕТ 400 мл, прозрачный” adlı “Veqqo 01 PET S07” nişanlı, tutumu 400 ml olan, “Стакан ПЕТ 500 мл, прозрачный” adlı “Veqqo 01 PET S03” nişanlı, tutumu 500 ml olan, sərinləşdirici içkilər üçün nəzərdə tutulmuş stəkanlardır. Stəkanların üzərində qida məhsulları ilə təmasa yararlı, polietilentereftalat (CAS 25038-59-9) (PET) əsaslı plastmasdan hazırlanmasını göstərən markalanma mövcuddur. Həmçinin invoysun 4-cü mövqeyi üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələr “Крышка купольная ПЕТ c/o прозрачный” adlı, polietilentereftalat (CAS 25038-59- 9) əsaslı, üzəri çap olunmamış, rəngsiz, şəffaf, dairəvi formalı, üzərində dəlik olan qapaqlar olub, bütün stəkanlar üçün sayına və ölçüsünə uyğun formadadır. Nümunələrin 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında "Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322-ci maddəsinin, 322.1 bəndinə əsasən MGEİ-nin funksional baxımdan səlahiyyətlərinə aid deyildir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC ünvanına 77JF833/99YC833 saylı nəqliyyat vasitəsilə ö ərazisinə daxil olmuş yüklər **********9984 saylı gömrük bəyannaməsi ilə gömrük orqan bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı faktiki gömrük bəyannaməsində göstəri malların 678 saylı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallara aid edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli ‘‘Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəf indən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İXM-in 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Qanunla qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmaması və ya verilməməsi məcburi hal kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən bu tələb pozulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet (Binəqədi rayonu, Rəsulzadə qəsət Baksol 1 ərazisində yerləşən anbarda saxlanılan plastmasdan məmulatlar, OOO “MEGAPLAST”, Rusiya, Malların nəqli və ya qablaşdırılması üçün plastik qablar, Podloika D-31 “A” çern P-208000 ədəd) müsadirə edilməklə 3.000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar