Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2175/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin 3-cü hissəsinin 5-ci bəndini, yəni qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir, həmin Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin, yəni svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında, piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar) tələblərini pozmuşdur. Protokol Nərimanov RPİ-nin təhqiqatçısı Toğrul Məmmədovun rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:30 radələrində o yol vərəqəsi əsasında idarə etdiyi "X11 xüsusi təyinatlı" ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü Ə.Əbdürrəhimov küçəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt həkim X2 da və tibb bacısı X1 da avtomobildə əyləşmişdi. Həmin vaxt Atatürk prospektində çağrış gəldiyi üçün o sayrışaq işıqları qoşaraq hərəkət etmişdir. Onlar K.Rəhimov küçəsi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsinə çatan zaman hərəkəti qadağan edən qırmızı işıq yansa da, çağrışa gecikdikləri üçün hərəkətinə davam etmişdir. Bu zaman Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət edən mopedin sağ yan hissəsi ilə onların avtomobilin ön hissəsi toqquşmuşdur. Hadisədən sonra o və həkimlər dərhal həmin mopedin sürücüsünü avtomobilə əyləşdirərək ilkin yardım edib, xəstəxanaya aparmışlar. Bundan sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. O xəsarəti olmadığı üçün MTEdan keçməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1 №-651 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:00-da KTM-dən həkim Fətullayeva məlumat vermişdir ki, K.Rəhimov küçəsi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsində baş vermiş YNH-si zamanı 2002-ci il təvəllüdlü X4 xəsarət almışdır. xx.xx.2023-cü il tarixli, 2/18711 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur - ayıqdır Araşdırma zamanı izahatı alınmış X1 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:30 radələrində sürücü Şəxs yol vərəqəsi əsasında idarə etdiyi "X11 xüsusi təyinatlı" ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü Ə.Əbdürrəhimov küçəsi istiqamətində hərəkət etmişlər. Həmin vaxt həkim X2 da avtomobildə əyləşmişdi. Həmin vaxt Atatürk prospektində çağrış gəldiyi üçün Rasim sayrışaq işıqları qoşaraq hərəkət etmişdir. Onlar K.Rəhimov küçəsi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsinə çatan zaman hərəkəti qadağan edən qırmızı işıq yansa da, Rasim hərəkətinə davam etmişdir. Bu zaman Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət edən mopedin sağ yan hissəsi ilə onların avtomobilin ön hissəsi toqquşmuşdur. Hadisədən sonra onlar dərhal həmin mopedin sürücüsünü avtomobilə əyləşdirərək ilkin yardım edib, xəstəxanaya aparmışlar. Bundan sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə zamanı o xəsarət almadığı üçün MTE-dan keçməkdən imtina etmişdir. Araşdırma zamanı izahatı alınmış X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:30 radələrində sürücü Şəxs yol vərəqəsi əsasında idarə etdiyi "X11 xüsusi təyinatlı" ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü Ə.Əbdürrəhimov küçəsi istiqamətində hərəkət etmişlər. Həmin vaxt tibb bacısı X1 da avtomobildə əyləşmişdi. Həmin vaxt Atatürk prospektində çağrış gəldiyi üçün Rasim sayrışaq işıqları qoşaraq hərəkət etmişdir. Onlar K.Rəhimov küçəsi ilə Ak.H.Əliyev küçəsinin, kəsişməsinə çatan zaman hərəkəti qadağan edən qırmızı işıq yansa da, Rasim hərəkətinə davam etmişdir. Bu zaman Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət edən mopedin sağ yan hissəsi ilə onların avtomobilin ön hissəsi toqquşmuşdur. Hadisədən sonra onlar dərhal həmin mopedin sürücüsünü avtomobilə əyləşdirərək ilkin yardım edib, xəstəxanaya aparmışlar. Bundan sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə zamanı xəsarət almadığı üçün MTE-dan keçməkdən imtina etmişdir. Araşdırma zamanı izahatı alınmış X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21.30 radələrində o idarə etdiyi Moon markalı moped ilə Nərimanov rayonu Ak.Həsən Əliyev küçəsi ilə Ə.Rəcəbli küçəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətinə 3 zolaqdan ibarət avtomobil yolundan sağdan 2-ci zolaqla saatda 30 km sürətlə hərəkət etmişdir. O idarə etdiyi mopedlə Ak.Həsən Əliyev küçəsi ilə K.Rəhimov küçəsinin kəsişməsinə çatan zaman svetaforun qırmızı işığı sönüb dayanmışdır. Hərəkətə icazə verilən yaşıl işıq yandıqdan sonra hərəkətinə davam etdikdə bu zaman K.Rəhimov küçəsi ilə Təbriz küçəsi istiqamətində hərəkət edən TTYS-na məxsus "X11 xüsusi təyinatlı” ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil svetaforun qırmızı işığında hərəkətinə davam edərək avtomobilin ön hissəsi ilə onun idarə etdiyi mopedin sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində o yerə yıxılaraq xəsarət almışdır. Sonra aldığı xəsarətlə bağlı onu xəstəxanaya aparmışlar. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 749 saylı xx.xx.2023-cü il tarixli nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü X3 almış olduğu xəsarət-sağ pəncənin iç alt səthinin geniş həcmli əzilmiş yarası, sağ əlin V barmağının və sol dizin sıyrıqları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya-aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİİ hissəsinin 5-ci bəndinin tələbinə əsasən, svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: sarı rəngli işığın yanması— bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Həmin Qanunun 60-cı maddəsinin İİ hissəsinin tələbinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2175/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2175/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver